Məhkəmə qərarları › İş №e-2(004)-2953/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2953/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2953/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE MACBOOK PRO 13 kompüter, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti imei kod SGL4WQ0HJWW İPAD 10.9 markalı planşet, ZƏMANƏT + 1 il xidməti almış və nəticədə 3454.85 (üç min dörd yüz əlli dörd manat, 85 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4828 (dörd min səkkiz yüz iyirmi səkkiz) manat (24 ay x 184.5 manat + 400 manat ilkin ödəniş) olan APPLE MACBOOK PRO 13 kompüter, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti üçün ümumilikdə 2399.91 (iki min üç yüz doxsan doqquz manat, 91 qəpik) manat olmaqla ondan, 2181.74 (iki min yüz səksən bir manat, 74 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 218.17 (iki yüz on səkkiz manat, 17 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1819 (min səkkiz yüz on doqquz) manat (18 ay x 100.95 manat + 1.9 manat ilkin ödəniş) olan İmei kod SGL4WQ0HJWW İPAD 10.9 markalı planşet, ZƏMANƏT + 1 il xidməti üçün ümumilikdə, 1054.93 (min əlli dörd manat, 93 qəpik) manat olmaqla ondan, 959.03 (doqquz yüz əlli doqquz manat, 03 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 95.90 (doxsan beş manat, 90 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3506.23 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2181.74 (iki min yüz səksən bir manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 218.17 (iki yüz on səkkiz manat on yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 959.03 (doqquz yüz əlli doqquz manat üç qəpik) manat ödənilməmiş hissə, 95.90 (doxsan beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3454.85 (üç min dörd yüz əlli dörd manat səksən beş qəpik) manat borc, ödənilmiş 54.55 (əlli dörd manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024-cü il nömrəli müqavilələr bağlamaqla APPLE MACBOOK PRO 13 kompüter, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti imei kod SGL4WQ0HJWW İPAD 10.9 markalı planşet, ZƏMANƏT + 1 il xidmətini İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2181.74 (iki min yüz səksən bir manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 218.17 (iki yüz on səkkiz manat on yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 959.03 (doqquz yüz əlli doqquz manat üç qəpik) manat ödənilməmiş hissə, 95.90 (doxsan beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3454.85 (üç min dörd yüz əlli dörd manat səksən beş qəpik) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2023-ci il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024-cü il nömrəli müqavilələr bağlamaqla APPLE MACBOOK PRO 13 kompüter, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti imei kod SGL4WQ0HJWW İPAD 10.9 markalı planşet, ZƏMANƏT + 1 il xidmətini İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərinə əməl etməmişdir və nəticədə, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2181.74 (iki min yüz səksən bir manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 218.17 (iki yüz on səkkiz manat on yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 959.03 (doqquz yüz əlli doqquz manat üç qəpik) manat ödənilməmiş hissə, 95.90 (doxsan beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3454.85 (üç min dörd yüz əlli dörd manat səksən beş qəpik) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3506.23 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 54.55 (əlli dörd manat əlli beş qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2181.74 (iki min yüz səksən bir manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 218.17 (iki yüz on səkkiz manat on yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 959.03 (doqquz yüz əlli doqquz manat üç qəpik) manat ödənilməmiş hissə, 95.90 (doxsan beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3454.85 (üç min dörd yüz əlli dörd manat səksən beş qəpik) manat borc, ödənilmiş 54.55 (əlli dörd manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2181.74 (iki min yüz səksən bir manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 218.17 (iki yüz on səkkiz manat on yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 959.03 (doqquz yüz əlli doqquz manat üç qəpik) manat ödənilməmiş hissə, 95.90 (doxsan beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3454.85 (üç min dörd yüz əlli dörd manat səksən beş qəpik) manat borc, ödənilmiş 54.55 (əlli dörd manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar