Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2955/2023 06.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi İddiaçı Bakı şəhəri 42 saylı notariat ofisini, Cavabdeh2, Cavabdeh3 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, arvadı X1 miras qalmış, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 276 nömrəli Sərəncamına əsasən X3 ayrılmış Səngəçal qəsəbəsində 600 kv.m. torpaq sahəsinin onun tərəfindən (mirasın) qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadının ölümündən sonra ərizəçi ondan miras qalmış torpaq sahəsinə sahiblik etməyə və sahəni idarə etməyə başlamış, bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Hazırda o torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını (dövlət qeydiyyatına alınmasını) istəyir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni tam müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxslər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ünvan 1 ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X6 ifadələrində ərizəçi İddiaçı və onun arvadını tanıdıqlarını, onlara məxsus Səngəçal qəsəbəsində bağ sahəsinin olduğunu, arvadının ölümündən sonra ərizəçinin bağa gedib-gəldiyini və ona qulluq etdiyini ğöstərmişlər. Maraqlı şəxslər Cavabdeh3 və Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, analarından miras qalmış Səngəçal qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsində olan miras paylarından imtina etdiklərini, analarının vəfatından sonra torpaq sahəsinin ataları İddiaçı tərəfindən faktiki olaraq qəbul olundugunu, torpaq sahəsinə sahiblik və idarə edildiyini, ataları İddiaçı ilə aralarında miras əmlakla bağlı hər hansı mübahisənin olmadıgını və miras əmlaka onun vərəsəlik hüququnun müəyyən edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : X4 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 276 nömrəli Sərəncamına əsasən X3 fərdi yaşayış evinin tikintisi üçün Səngəçal qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 178976 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə, Bakı şəhərində vəfat etmişdir. Xaçmaz rayon Yalama kənd soveti tərəfindən verilmiş 11 avqust 1977-ci il tarixli 44789993 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və İddiaçı xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 İddiaçı ilə birgə nikahından xx.xx.1978-ci il təvəllüdlü X5 və xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3 Abdulağa oğlu doğulmuşdur. Bakı şəhəri 42 saylı notariat ofisinin İddiaçı ünvanlanmış 84 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ona vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilməsi izah edilmiş və mirasın qəbulu üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X3 məxsus Səngəçal qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsini onun ölümündən sonra əri İddiaçı sahiblik etməklə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X2 ölümündən sonra ondan miras qalmış, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 276 nömrəli Sərəncamına əsasən X3 ayrılmış Səngəçal qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinin əri İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-2955/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2955/2023
06.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver