Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2964/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli 23058347 nömrəli müqavilə bağlamaqla Hoffmann markalı soyuducu, xx.xx.2021-ci il tarixli 23118846 nömrəli müqavilə bağlamaqla Hoffmann Siac markalı kondisioner, xx.xx.2021-ci il tarixli 23150216 nömrəli müqavilə bağlamaqla Samsung Galaxy A12 markalı mobil telefon, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə bağlamaqla Hoffmann markalı soyuducu almışdır və ümumilikdə 816 (səkkiz yüz on altı) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 536,40 (beş yüz otuz altı manat qırx qəpik) manat olan (18 ay x 29,80 manat, ilkin ödəniş olmadan) Hoffmann markalı soyuducu üçün ümumilikdə, 102 (yüz iki) manat olmaqla ondan, 92,20 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9,80 (doqquz manat səksən qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 685 (altı yüz səksən beş) manat olan (18 ay x 38,00 manat + 1,00 manat ilkin ödəniş) Hoffmann Siac markalı kondisioner üçün ümumilikdə, 160 (yüz altmış) manat olmaqla ondan, 145,80 (yüz qırx beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 14,20 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 (dörd yüz iyirmi) manat olan (20 ay x 21,00 manat, ilkin ödəniş olmadan) Samsung Galaxy A12 markalı mobil telefon üçün ümumilikdə, 322 (üç yüz iyirmi iki) manat olmaqla ondan, 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500,40 (beş yüz manat qırx qəpik) manat olan (18 ay x 27,80 manat, ilkin ödəniş olmadan) Hoffmann markalı soyuducu üçün ümumilikdə, 232 (iki yüz otuz iki) manat olmaqla ondan, 210,40 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 21,60 (iyirmi bir manat altmış qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1400,40 (min dörd yüz manat qırx qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli 23058347 nömrəli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 92,20 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9,80 (doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 102 (yüz iki) manat, xx.xx.2021-ci il tarixli 23118846 nömrəli müqaviləyə əsasən Hoffmann Siac markalı kondisioner üçün 145,80 (yüz qırx beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 14,20 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 160 (yüz altmış) manat, xx.xx.2021-ci il tarixli 23150216 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı mobil telefon üçün 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla ümumilikdə 322 (üç yüz iyirmi iki) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 210,40 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 21,60 (iyirmi bir manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 232 (iki yüz otuz iki) manat, yekun olaraq 816 (səkkiz yüz on altı) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 23058347 nömrəli müqavilədən görünür ki, Hoffmann markalı soyuducunu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 23118846 nömrəli müqavilədən görünür ki, Hoffmann Siac markalı kondisioneri İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 23150216 nömrəli müqavilədən görünür ki, Samsung Galaxy A12 markalı mobil telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, Hoffmann markalı soyuducunu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 4-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-ə xx.xx.2021-ci il tarixli 23058347 nömrəli müqavilə üzrə 92,20 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9,80 (doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 102 (yüz iki) manat, xx.xx.2021-ci il tarixli 23118846 nömrəli müqavilə üzrə 145,80 (yüz qırx beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 14,20 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 160 (yüz altmış) manat, xx.xx.2021-ci il tarixli 23150216 nömrəli müqavilə üzrə 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla ümumilikdə 322 (üç yüz iyirmi iki) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 210,40 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 21,60 (iyirmi bir manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 232 (iki yüz otuz iki) manat, yekun olaraq 816 (səkkiz yüz on altı) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli 23058347 nömrəli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 92,20 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9,80 (doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 102 (yüz iki) manat, xx.xx.2021-ci il tarixli 23118846 nömrəli müqaviləyə əsasən Hoffmann Siac markalı kondisioner üçün 145,80 (yüz qırx beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 14,20 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 160 (yüz altmış) manat, xx.xx.2021-ci il tarixli 23150216 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı mobil telefon üçün 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla ümumilikdə 322 (üç yüz iyirmi iki) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 210,40 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 21,60 (iyirmi bir manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 232 (iki yüz otuz iki) manat, yekun olaraq 816 (səkkiz yüz on altı) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli 23058347 nömrəli, xx.xx.2021-ci il tarixli 23118846 nömrəli, xx.xx.2021-ci il tarixli 23150216 nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli nisyə alqısatqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 23058347 nömrəli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 92,20 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9,80 (doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 102 (yüz iki) manat, xx.xx.2021-ci il tarixli 23118846 nömrəli müqaviləyə əsasən Hoffmann Siac markalı kondisioner üçün 145,80 (yüz qırx beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 14,20 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 160 (yüz altmış) manat, xx.xx.2021-ci il tarixli 23150216 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı mobil telefon üçün 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla ümumilikdə 322 (üç yüz iyirmi iki) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 210,40 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 21,60 (iyirmi bir manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 232 (iki yüz otuz iki) manat, yekun olaraq 816 (səkkiz yüz on altı) manat pul və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23058347 nömrəli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 92,20 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9,80 (doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 102 (yüz iki) manat, xx.xx.2021-ci il tarixli 23118846 nömrəli müqaviləyə əsasən Hoffmann Siac markalı kondisioner üçün 145,80 (yüz qırx beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 14,20 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 160 (yüz altmış) manat, xx.xx.2021-ci il tarixli 23150216 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı mobil telefon üçün 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla ümumilikdə 322 (üç yüz iyirmi iki) manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən Hoffmann markalı soyuducu üçün 210,40 (iki yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 21,60 (iyirmi bir manat altmış qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 232 (iki yüz otuz iki) manat, yekun olaraq 816 (səkkiz yüz on altı) manat pul və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2964/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2964/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver