Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2967/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, “Bakı Hərrac Mərkəzi“ MMC-nin Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzilinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli İcra vərəqəsinə əsasən iddiaçı "xxxx"ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli SF/280-19 nömrəli kredit müqaviləsinə əsasən 35.565,50 manat əsas, 1.975,86 manat faiz borcu olmaqla, cəmi 37.541,36 manat məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci m/n-da yerləşən 15/21A saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Buna müvafiq olaraq hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən əvvəlcə xx.xx.2022-ci il tarixində birinci hərrac barədə bildiriş göndərilmiş və bildirişdə hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il saat 11:00, keçirilmə yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C göstərilmişdir. Daha sonra Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixində ikinci hərrac barədə bildiriş göndərilmiş və bildirişdə hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il, saat 11:00, keçirilmə yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C, əmlakın satış qiyməti kimi isə 55250 manat göstərilmişdir. İki hərracın baş tutmaması əsas gətirilərək ipoteka predmeti "xxxx"ASC tərəfindən 41437,50 manata alınmış və buna dair X4 Avrasiya arasında müqavilə imzalanmışdır. Hərracın keçirilmə yeri və vaxtı barədə ümumiyyətlə məlumatlandırılmamış və hazırda buna dair heç bir sübut mövcud deyildir. Hərrac təşkilatı tərəfindən hərrac keçirilən zaman “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, hərracın keçirilməsi ilə bağlı bildiriş onun ünvanına göndərilməmişdir. Həmin bildirişlərdən məlumatlı olmadığından hərracda iştirak edə bilməmiş və nəticədə “İpoteka haqqında” AR qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş iştirak hüququndan məhrum olmuşdur. Bundan əlavə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı özünün rəsmi internet saytında elan verməmişdir. Belə ki, hazırda hərracı keçirmiş hərrac təşkilatının özünün internet səhifəsi mövcud olmamışdır. Qeyd edilən hallar bir daha sübut edir ki, faktiki olaraq həmin bildirişlər formal olaraq tərtib edilmiş, əslində aidiyyəti üzrə və vaxtında göndərilməmiş, qanunvericliyin tələbləri hərrac təşkilatı tərəfindən pozulmuşdur. Nəzərə alınsa ki, ikinci hərrac xx.xx.2022-ci il tarixində keçirilib və buna dair bildiriş yalnız xx.xx.2022-cı il tarixində tərtib edilmişdir. Bu zaman hərrac təşkilatı iki halda qaydanı pozmuş olur: a) İpoteka haqqında AR qanunun 42.1-cimaddəsinində nəzərə tutulmuş “hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” normanı, b) Eyni zamanda həmin maddənin ikinci cümləsində nəzərdə tutulmuş “Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir” normasını. "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tərəfindən hərracın nəticələrini mübahisələndirildiyindən və keçirilmiş hərracın nəticəsində ipoteka predmeti olmuş daşınmaz əmlak ipoteka saxlayan və tələbkar kimi "xxxx" ASC tərəfindən əldə edildiyindindən və bunda dair daşınmaz əmlakın dövlət reyesterindən müvafiq qaydada çıxarış əldə edildiyindən iddia tələbi üzrə qəbul edilən məhkəmə qərarı "xxxx" ASC-nin mənafelərinə toxunur. Belə ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2022ci il tarixli 050/22 nömrəli protokola əsasən "xxxx" MMC-nin mülkiyyətində olmuş Sumqayıt şəhəru, 2-ci mikrorayon, ev № 15/21 A, 3 saylı mənzil son satış qiyməti 41437,50 manat olmaqla "xxxx" ASC tərəfindən əldə edilmiş və həmin tarixdə tərəflər arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə mzalanmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxıarışa əsasən həmin mənzil "xxxx" ASC-nin mülkiyyətindədir. Qeyd edilən səbəbdən hazırki iş üzrə "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçün şəxs kimi mülki işə cəlb edilməlidir. Məhkəmə tərəfindən "xxxx" ASC hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X2 ərizə verərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və üçüncü şəxsin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddia əsassızdır. Belə ki, qanuni qüvvəsini almış qətnamə mövcuddur. Həmin qətnamə əsasında icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən qiymətləndirici dəvət edilərək, onun rəyi əsasında ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmiş, daha sonra, ipoteka predmeti açıq hərracda satılaraq bankın ləğvedicisi tərəfindən qanuni əsaslarla əldə olunmuşur. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-220/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli SF/280-19 nömrəli kredit müqaviləsinə əsasən 35.565,50 manat əsas, 1.975,86 manat faiz borcu olmaqla, cəmi 37.541,36 manat məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci m/n-da yerləşən 15/21A saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin icra vərəqəsi əsasında Sumqayıt şəhər İcra İdarəsinin sifarişi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzil "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. Birinci hərracın keçirilməsi ilə bağlı tərəflərə xx.xx.2022-ci il tarixdə, ikinci hərracın keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə bildiriş gönfərilmiş, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə bu barədə “Market” qəzetində elan yerləşdirilmişdir. İş materiallarında olan “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli 050/22 saylı protokolun surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-220/2021 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzil Sumqayıt şəhər İcra İdarəsinin sifarişi əsasında hərraca çıxarılmış, hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" ASC əmlakı 41437,50 manata almışdır. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzil 41437,50 manata "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxıarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzil xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin adına qeydiyyatdan keçmişdir. Hazırda İddiaçı hərracın yekunları barədə protokolun etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müdafiə etdiyi tələbi əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə gedişatında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 050/22 saylı protokolunun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelllyasiya şikayəti verə bilərlər. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2967/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2967/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver