Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2973/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, ACER ASPİRE 3 Kompüter, SEYF GRİFFON, İmei kod **********81668 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İmei kod **********47937 SAMSUNG GALAXY A23 DS markalı telefon, İmei kod **********32388 SAMSUNG GALAXY A23 DS markalı telefon, HD GLASS SAMSUNG, AKAMİ CASE almış və nəticədə 1844.85 (min səkkiz yüz qırx dörd manat 85 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2597.04 (iki min beş yüz doxsan yeddi manat, 04 qəpik) manat (24 ay x 108.21 manat + 0 manat ilkin ödəniş) olan ACER ASPİRE 3 Kompüter, SEYF GRİFFON üçün ümumilikdə, 319.95 (üç yüz on doqquz manat, 95 qəpik ) manat olmaqla ondan, 213.3 (iki yüz on üç manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 106.65 (yüz altı manat, 65 qəpik) manat cərimə. xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1454.94 (min dörd yüz əlli dörd manat, 94 qəpik) manat (18 ay x 80.83 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********81668 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İmei kod **********47937 SAMSUNG GALAXY A23 DS markalı telefoünçün ümumilikdə, 966.60 (doqquz yüz altmış altı manat, 60 qəpik) olmaqla ondan, 644.4 (altı yüz qırx dörd manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 322.20 (üç yüz iyirmi iki manat, 20 qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 838.98 (səkkiz yüz otuz səkkiz manat, 98 qəpik) manat (18 ay x 46.61 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32388 SAMSUNG GALAXY A23 DS markalı telefon, HD GLASS SAMSUNG, AKAMİ CASEüçün ümumilikdə, 558.30 (beş yüz əlli səkkiz manat, 30 qəpik) manat olmaqla ondan, 372.2 (üç yüz yetmiş iki manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 186.10 (yüz səksən altı manat, 10 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2023-cü il olmaqla cəmi ödədiyi məbləğ 3661.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 213.3 (iki yüz on üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 106.65 (yüz altı manat, 65 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 644.4 (altı yüz qırx dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 322.20 (üç yüz iyirmi iki manat, 20 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 372.2 (üç yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 186.10 (yüz səksən altı manat, 10 qəpik) manat cərimə borclu olmaqla ümumilikdə 1844.85 manat borc, ödənilmiş 38.45 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, ACER ASPİRE 3 Kompüter, SEYF GRİFFON, İmei kod **********81668 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İmei kod **********47937 SAMSUNG GALAXY A23 DS markalı telefon, İmei kod **********32388 SAMSUNG GALAXY A23 DS markalı telefon, HD GLASS SAMSUNG, AKAMİ CASE-i İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 213.3 (iki yüz on üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 106.65 (yüz altı manat, 65 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 644.4 (altı yüz qırx dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 322.20 (üç yüz iyirmi iki manat, 20 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 372.2 (üç yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 186.10 (yüz səksən altı manat, 10 qəpik) manat cərimə borclu olmaqla ümumilikdə 1844.85 manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sözügedən müqavilələr “müqavilə azadlığı” prinsipinin kontekstindən etibarlı müqavilə hesab edilir, müqavilə üzrə tam və ya hissəvi (müvafiq bəndlər üzrə) etibarsızlıq xüsusatları müəyyən edilmir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cərimə pulunu 106.65 manat məbləğində deyil, 10 (on) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cərimə pulunu 322.20 manat deyil, 30 (otuz) manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə cərimə pulunu 186.1 manat deyil, 20 (iyirmi) manat tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, ACER ASPİRE 3 Kompüter, SEYF GRİFFON, İmei kod **********81668 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İmei kod **********47937 SAMSUNG GALAXY A23 DS markalı telefon, İmei kod **********32388 SAMSUNG GALAXY A23 DS markalı telefon, HD GLASS SAMSUNG, AKAMİ CASE-i İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləyə əsasən 213.3 (iki yüz on üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 644.4 (altı yüz qırx dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 372.2 (üç yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borclu olmaqla ümumilikdə 1289.90 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 3661.6 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 38,45 manat məhkəmə xərcinin 27 (iyirmi yeddi) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 213.3 (iki yüz on üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 644.4 (altı yüz qırx dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 372.2 (üç yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borclu olmaqla ümumilikdə, 1289.90 (min iki yüz səksən doqquz manat doxsan qəpik) manat pul və dövlət rüsumu qismində ödənilmiş 38,45 manat məhkəmə xərcinin 27 (iyirmi yeddi) manat hissəsi tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 213.3 (iki yüz on üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 644.4 (altı yüz qırx dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 372.2 (üç yüz yetmiş iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borclu olmaqla ümumilikdə, 1289.90 (min iki yüz səksən doqquz manat doxsan qəpik) manat pul və dövlət rüsumu qismində ödənilmiş 38,45 manat məhkəmə xərcinin 27 (iyirmi yeddi) manat hissəsi tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2973/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2973/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver