Məhkəmə qərarları › İş №e-2(004)-3003/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3003/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3003/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə barədə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, BL282196 saylı xx.xx.2019-cu il və BL282202 saylı xx.xx.2019-cu il tarixli nisyə satış müqavilələri üzrə “xxxxxxxxxxxxxxxx” MMC-yə 1263 manat əsas borc, 128 manat hesablanmış cərimə, ümumlikdə 1391 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında BL282196 saylı xx.xx.2019-cu il və BL282202 saylı xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsi bağlanmışdır. BL282196 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 01 saylı əlavəsinə əsasən, Cavabdeh 12 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 117 manat ödəməyi üzərinə götürmüşdür. BL282202 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 01 saylı əlavəsinə əsasən, cavabdeh 06 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 167 manat ödəməyi üzərinə götürmüşdür. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli borca dair arayışdan görünür ki, BL282196 saylı xx.xx.2019-cu il və BL282202 saylı xx.xx.2019-cu il tarixli nisyə satış müqavilələri üzrə Cavabdeh İddiaçı MMC-yə 1263 manat əsas borc, 128 manat hesablanmış cərimə, ümumilikdə 1391 manat borcu vardır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxılıb tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli, BL282196 və BL282202 saylı nisyə satış müqavilələrindən görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən bu müqavilələrə əsasən qiyməti 1455 AZN və 1029 AZN olan avadanlıqları Cavabdeh vermiş, cavabdeh isə öz növbəsində avadanlıqı qəbul edib, onun qiymətini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh BL282202 saylı nisyə satış müqavilə əsasən xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 331 manat, cərimə borcu üzrə 34 manat, cəmi 365 manat, BL282196 saylı nisyə satış müqaviləsinə görə isə xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 932 manat, cərimə borcu üzrə 94 manat, cəmi 1026 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh pretenziya qaydasında hər iki müqavilə üzrə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, BL282196 və BL282202 saylı nisyə satış müqavilələri bağlanmış, BL282196 saylı müqavilənin 01 saylı əlavəsinə əsasən, Cavabdeh 12 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 117 manat ödəməyi, BL282202 saylı müqavilənin 01 saylı əlavəsinə əsasən isə, cavabdeh 06 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 167 manat ödəməyi üzərinə götürmüşdür. Lakin cavabdeh müvafiq müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, 1263 manat əsas borc, 128 manat hesablanmış cərimə olmaqla ümumlikdə 1391 manat borcu qalmaqdadır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1391 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh BL282196 saylı xx.xx.2019-cu il tarixli və BL282202 saylı xx.xx.2019 tarixli kredit müqaviləsi üzrə 1263 (bir min iki yüz altmış üç) manat əsas borc, 694,48 (altı yüz doxsan dörd manat qırx səkkiz qəpik) manat faiz borcu və 128 (yüz iyirmi səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1391 (bir min üç yüz doxsan bir) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar