Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3032/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********78162 olan X2 8 markalı telefon üçün 241 manat ödənilməmiş hissə, 24 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98209 olan Samsung Galaxy A 50 markalı telefon üçün 316 manat ödənilməmiş hissə, 31 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********29470 olan X3 markalı telefon və aksesuar üçün 121 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********66418 olan Huawei P Smart markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 43 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung televizoru və Hoffmann paltaryuyan üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu olmaqla, ümumilikdə 1294 manat borc və 32,94 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" İMEİ kodu **********78162 olan X2 8 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 12 ay müddətinə hər ay 43 manat olmaqla, ümumilikdə ilkin ödəniş də daxil olmaqla, 516 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" İMEİ kodu **********98209 olan Samsung Galaxy A 50 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 12 ay müddətinə hər ay 53 manat olmaqla, ümumilikdə ilkin ödəniş də daxil olmaqla, 636 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" İMEİ kodu **********29470 olan X3 markalı telefon və aksesuarı cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 12 ay müddətinə hər ay 32 manat olmaqla, ümumilikdə ilkin ödəniş də daxil olmaqla, 390 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" İMEİ kodu **********66418 olan Huawei P Smart markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 12 ay müddətinə hər ay 48,2 manat olmaqla, ümumilikdə ilkin ödəniş də daxil olmaqla, 578,4 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən malın istehlak xassəsinin pozulmasına görə Cavabdeh 90 manat məbləğində pul tutulmuşdur. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" Samsung televizoru və Hoffmann paltaryuyanı cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 18 ay müddətinə hər ay 130 manat olmaqla, ümumilikdə ilkin ödəniş də daxil olmaqla, 2490 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann paltaryuyanı və X1 xx.xx.2018-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 972 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş tarixi xx.xx.2019-cu il olmaqla, cəmi ödədiyi məbləğ 1442 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 972 manat, digər 5 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1104,4 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2018-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78162 olan X2 8 markalı telefon üçün 241 manat ödənilməmiş hissə, 24 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98209 olan Samsung Galaxy A 50 markalı telefon üçün 316 manat ödənilməmiş hissə, 31 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29470 olan X3 markalı telefon və aksesuar üçün 121 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********66418 olan Huawei P Smart markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 43 manat ödənilməmiş hissə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung televizor və Hoffmann paltaryuyan üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, ümumilikdə 1294 manat borc və 32,94 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78162 olan X2 8 markalı telefon üçün 241 manat ödənilməmiş hissə, 24 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98209 olan Samsung Galaxy A 50 markalı telefon üçün 316 manat ödənilməmiş hissə, 31 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29470 olan X3 markalı telefon və aksesuar üçün 121 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********66418 olan Huawei P Smart markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 43 manat ödənilməmiş hissə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung televizor və Hoffmann paltaryuyan üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, ümumilikdə 1294 manat borc və 32,94 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3032/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3032/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver