Məhkəmə qərarları › İş №e-2(004)-3054/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3054/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3054/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış SM 75539 saylı xx.xx.2022-ci il tarixli, SM 73269 saylı xx.xx.2022-ci il tarixli, SM 73270 saylı xx.xx.2022-ci il tarixli, SM 55799 saylı xx.xx.2021-ci il tarixli, SM 55800 saylı xx.xx.2021-ci il tarixli, SM 55801 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqısatqı müqavilələri üzrə yaranmış cəmi 1506.00 manat əsas borc, 384.80 manat cərimə olmaqla ümumilikdə 1890.80 manat borcun və 38.91 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış aşağıda göstərilən 6 Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. SM 75539 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 13-dən gec olmamaqla 36 manat ödəməyic avabdeh öhdəsinə götürmüşdür. SM 73269 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 36 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. SM 73270 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 36 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. SM 55799 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 04-dən gec olmamaqla 53 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. SM 55800 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 04-dən gec olmamaqla 34 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. SM 55801 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 04-dən gec olmamaqla 41 manat ödəməy icavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdehin axırıncı yaşayış yerinə məktub göndərilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli borca dair arayışlardan və çıxarışlardan görünür ki: SM 75539 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş etməmiş və 432.00 manat olan əsas borcdan 1 ay ərzində cəmi 35.00 manat ödəmişdir. Beləliklə,cavabdehin 397.00 manat əsas, 75.60 manat cərimə, ümumilikdə 472.60 manat borcu qalmışdır. SM 73269 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş etməmiş və 432.00 manat olan əsas borcdan 2 ay ərzində cəmi 71.00 manat ödəmişdir. Beləliklə, cavabdehin 361.00 manat əsas, 70.40 manat cərimə, ümumilikdə 431.40 manat borcu qalmışdır. SM 73270 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş etməmiş və 432.00 manat olan əsas borcdan 2 ay ərzində cəmi 72.00 manat ödəmişdir. Beləliklə,cavabdehin 360.00 manat əsas, 70.20 manat cərimə, ümumilikdə 430.20 manat borcu qalmışdır. SM 55799 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 50.00 manat ilkin ödəniş etmiş və 636.00 manat olan əsas borcdan 9 ay ərzində cəmi 473.00 manat ödəmişdir. Beləliklə, cavabdehin 163.00 manat əsas, 73.60 manat cərimə, ümumilikdə 236.60 manat borcu qalmışdır. SM 55800 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 50.00 manat ilkin ödəniş etmiş və 408.00 manat olan əsas borcdan 10 ay ərzində cəmi 306.00 manat ödəmişdir. Beləliklə, cavabdehin 102.00 manat əsas, 45.80 manat cərimə, ümumilikdə 147.80 manat borcu qalmışdır. SM 55801 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 50.00 manat ilkin ödəniş etmiş və 492.00 manat olan əsas borcdan 9 ay ərzində cəmi 369.00 manat ödəmişdir. Beləliklə, cavabdehin 123.00 manat əsas, 49.20 manat cərimə, ümumilikdə 172.20 manat borcu qalmışdır

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SM 55801 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən İMEİ kodu **********11023 olan “Samsung A225 64GB green” markalı telefon cavabdehə ilkin ödəniş 50 manat olmaqla qalıq 492 manat borcun 12 ay ərzində hər ay 41 manat ödənilməsi şərtilə nisyə satılmışdır.

5. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SM 55799 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən İMEİ kodu **********09878 olan “Samsung A225 64GB green” markalı telefon cavabdehə ilkin ödənniş 50 manat olmaqla qalıq 636 manat borcun 12 ay ərzində hər ay 53 manat ödənilməsi şərtilə nisyə satılmışdır.

6. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM 73269 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən İMEİ kodu **********16523 olan “Xiaomi Redmi 10C 128GB gray” markalı telefon cavabdehə ilkin ödənniş olmadan 432 manat borcun 12 ay ərzində hər ay 36 manat ödənilməsi şərtilə nisyə satılmışdır.

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SM 55800 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən İMEİ kodu **********95868 olan “Huawei P40 Lite E 64GB black” markalı telefon cavabdehə ilkin ödəniş 50 manat olmaqla qalıq 408 manat borcun 12 ay ərzində hər ay 34 manat ödənilməsi şərtilə nisyə satılmışdır.

8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM 73270 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən İMEİ kodu **********63004 olan “Xiaomi Redmi 10C 128GB gray” markalı telefon cavabdehə ilkin ödəniş olmadan 432 manat borcun 12 ay ərzində hər ay 36 manat ödənilməsi şərtilə nisyə satılmışdır.

9. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM 75539 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən İMEİ kodu **********71921 olan “Xiaomi Redmi 10C 64GB gray” markalı telefon cavabdehə ilkin ödəniş olmadan 432 manat borcun 12 ay ərzində hər ay 36 manat ödənilməsi şərtilə nisyə satılmışdır.

10. Müqavilələrin 3.1-ci bəndlərinə əsasən alıcı ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, aylıq ödənişin ödənilmə tarixindən gecikməyə görə hər gün üçün qrafikə uyğun aylıq ödəniş məbləğinin 3%-i həcmində mübahisəsiz olaraq cərimə ödəyir.

11. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli, 55801, xx.xx.2021-ci il tarixli, 55799 saylı, xx.xx.2022-ci il tarixli, 73269 saylı, xx.xx.2021-ci il tarixli, 55800 saylı, xx.xx.2022-ci il tarixli, 73270 saylı və xx.xx.2022-ci il tarixli, 75539 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 20 gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

12. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli arayışlara əsasən müəyyən edilir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 55801 saylı alqı-satqı müqaviləsi üzrə 123 manat əsas, 49,2 manat cərimə olmaqla, ümumilikdə 172,2 manat, xx.xx.2021-ci il tarixli, 55799 saylı alqı-satqı müqaviləsi üzrə 163 manat əsas, 73,6 manat cərimə olmaqla, ümumilikdə 236,6 manat, xx.xx.2022-ci il tarixli, 73269 saylı alqı-satqı müqaviləsi üzrə 361 manat əsas, 70,4 manat cərimə olmaqla, ümumilikdə 431,4 manat, xx.xx.2021-ci il tarixli, 55800 saylı alqı-satqı müqaviləsi üzrə 102 manat əsas, 45,8 manat cərimə olmaqla, ümumilikdə 147,8 manat, xx.xx.2022-ci il tarixli, 73270 saylı alqı-satqı müqaviləsi üzrə 360 manat əsas, 70,2 manat cərimə olmaqla, ümumilikdə 430,2 manat, xx.xx.2022-ci il tarixli, 75539 saylı alqı-satqı müqaviləsi üzrə 397 manat əsas, 75,6 manat cərimə olmaqla, ümumilikdə 472,6 manat borcu vardır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya cəmi 1506 manat (xx.xx.2021-ci il tarixli, 55801 saylı alqısatqı müqaviləsi üzrə 123 manat + xx.xx.2021-ci il tarixli, 55799 saylı alqı-satqı müqaviləsi üzrə 163 manat + xx.xx.2022-ci il tarixli, 73269 saylı alqı-satqı müqaviləsi üzrə 361 manat + xx.xx.2021-ci il tarixli, 55800 saylı alqı-satqı müqaviləsi üzrə 102 manat + xx.xx.2022-ci il tarixli, 73270 saylı alqı-satqı müqaviləsi üzrə 360 manat + xx.xx.2022-ci il tarixli, 75539 saylı alqı-satqı müqaviləsi üzrə 397 manat) məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

17. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən hesablanmış cəmi 384,8 manat (xx.xx.2021-ci il tarixli, 55801 saylı alqı-satqı müqaviləsi üzrə 49,2 manat + xx.xx.2021-ci il tarixli, 55799 saylı alqı-satqı müqaviləsi üzrə 73,6 manat + xx.xx.2022-ci il tarixli, 73269 saylı alqı-satqı müqaviləsi üzrə 70,4 manat + xx.xx.2021-ci il tarixli, 55800 saylı alqı-satqı müqaviləsi üzrə 45,8 manat + xx.xx.2022-ci il tarixli, 73270 saylı alqı-satqı müqaviləsi üzrə 70,2 manat + xx.xx.2022-ci il tarixli, 75539 saylı alqı-satqı müqaviləsi üzrə 75,6 manat) cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

18. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır

20. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 105 manat müəyyən edilməlidir.

22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1506 manat əsas, 105 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1506 manat əsas, 105 manat cərimə borcu, ödənilmiş 38,91 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1649,91 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar