Məhkəmə qərarları › İş №e-2(004)-3077/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3077/2025

19.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3077/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər A Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinə vərəsəlik payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X11 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. O, Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinin mülkiyyətçisi olmuşdur. Mİras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi vərəsələr arasında miras əmlakın bölgüsü ilə əlaqədar mübahisə olduğundan və vərəsələrin miras əmlakın qəbul etməsinə dair sənədləri təqdim edə bilmədiyinə görə, ona vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. X29 hələ xx.xx.2000-ci il tarixdə, yəni ölümündən 5 il əvvəl, qeyd olunan əmlaka dair onun adına vəsiyyətnamə verib. Atasının vəfatından sonra qeyd olunan ünvanda yerləşən miras əmlakda qeydiyyatda olan birinci dərəcə vərəslər aşağıdakilərdır: X4, X2, vəfat etmiş qardaşı X10 uşaqları: X15, X16, X25, vəfat etmiş qardaşı X5 uşaqları: X17, X18, vəfat etmiş bacısı X8 uşaqları: X28, Cavabdeh1 (etiraz edənlər) Cavabdeh2 (etiraz edənlər). Hazırda, atası X6 mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinə dair vəsiyyətnamə ilə əmlak ona vəsiyyət edildiyindən tam pay hüququnun tanınmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan xx.xx.1966-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X21 göstərilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 132099 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2000-ci il tarixdə verilmiş vəsiyyətnamənin surətindən görünür ki, X11 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsini oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 927 saylı məktubdan görünür ki, İddiaçı vəfat etmiş atası X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin vərəsələr arasında əmlak bölgüsü ilə əlaqədar mübahisə olduğundan və vərəsələrin miras əmlakın qəbul etməsinə dair sənədlər təqdim edə bilmədiyinə gğrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Bələdiyyələşdirilməmiş tikitilərin reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsi X9 mülkiyyətində olmuşdur. Məhkəmə tərəfindən sorğu edilərək alınmış 07/2025 saylı vərəsəlik işi materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Ofisində 8İ-749 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı müvafiq ərizə ilə Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X7 miras qalan Bakı şəhəri Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Ofisində təsdiq edilmiş 8İ-750 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X13 müvafiq ərizə ilə Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X7 miras qalan Bakı şəhəri Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Ofisində təsdiq edilmiş 8İ-756 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X22 müvafiq ərizə ilə Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X7 miras qalan Bakı şəhəri Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Həmin qərarda ifadə edilmiş mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının atası X6 qeyd olunan qərara əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsinə istinad etməklə miras əmlaka vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbi tam əsassızdır. İlk növbədə, miras əmlaka dair vəsiyyətnamənin mövcudluğu həmin əmlaka dair müddət və digər qəbul şərtlərinin müzakirəsi məsələsini aradan qaldırır. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı doğma atası X12 xx.xx.2004-cü ildə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsi miras qalmışdır. İddiaçının atası sağlığında həmin əmlaka dair vəsiyyətnamə tərtib etmiş və həmin əmlakı iddiaçıya vəsiyyət etmişdir. İddiaçı atasının vəfatından sonra əmlakı fatiki olaraq qəbul etmiş və xx.xx.2025-ci il tarixdə miras əmlakın qəbul edilməsi ilə əlaqədar, digər qanun üzrə vərəsələr - X13 və X22 Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edərək atalarından qalmış miras əmlak, Bakı şəhəri Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Tərəflər arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, X1 xx.xx.2000-ci il tarixində tərtib edilmiş vəsiyyətnamə ilə mülkiyyətində olan əmlakı İddiaçı vəsiyyət etmiş, iddiaçı miras qalan əmlakı faktiki qəbul etmişdir. Bununla da, artıq miras əmlaka dair vəsiyyətnamə mövcud olduğundan, qanun üzrə vərəsəliyin tətbiqi istina edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X3 miras qalmış Bakı şəhəri Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinə vəziyyət üzrə vərəsə İddiaçı vərəsəlik hüququ tanınmalı, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, 10 nömrəli yaşayış evinin 1/9 hissəsinə vəsiyyət üzrə vərəsə İddiaçının vərəsəlik hüquqları tanınsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar