Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3091/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı cavabdehlər Cavabdeh2 Nizami qızı və Cavabdeh1 qarşı müqavilə üzrə pulun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxışına hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək ərizənin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən hazırkı iş üzrə iddia ərizəsi baxışa təyin edilmədən geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. İş üzrə 16 may 2022-ci il tarixdə ödənilmiş 55,67 manat məbləğində dövlət rüsumu (Qəbzin nömrəsi: 905250002, Büdcə səviyyə kodu 1, Qeydiyyat kodu: **********, Büdcə təsnifat kodu: 14221, Xəzinə hesabı: AZ17CTRE********************, Transaksiya nömrəsi: **********59) “X1” tərəfindən İddiaçınə geri qaytarılsın. Hüquqi şəxsin bank rekvizitləri: İban: AZ86KABA********************, Yapıkredi bank Azərbaycan, Bank kodu: 509987, VÖEN: **********, Müxbir hesab: AZ51NABZ********************, SWİFT BİC: KABAAZ22. Qərardad dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Hakim Təhminə Xəlilova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi Tel: (012) 510-74-99,Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 2(004)-3091/2022 22 iyun 2022-ci il Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə Az 1001, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3091/2022 saylı qərardadı icra olunması üçün Sizə göndərilir. Qoşma: qərardad, dövlət rüsumunun ödənilməsi barədə qəbz Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-3091/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3091/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver