Məhkəmə qərarları › İş №e-2(004)-3100/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3100/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3100/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə 17.05.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 05.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “Sony” markalı playstation-4 və “DS4” oyun diski üçün 510 manat ödənilməmiş hissə, 51 manat cərimə, 27.05.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********41810 olan “X2 10” markalı telefon üçün 837 manat ödənilməmiş hissə, 83 manat cərimə, 03.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “Samsung” markalı televizor üçün 1452,2 manat ödənilməmiş hissə, 145,8 manat cərimə, 10.03.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********84517 olan “Samsung Galaxy A7” markalı telefon üçün 96,3 manat ödənilməmiş hissə, 9,7 manat cərimə, 25.11.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********81424 olan “X1 8” markalı telefon üçün 142 manat ödənilməmiş hissə, 14 manat cərimə, 30.04.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********63673 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 611 manat ödənilməmiş hissə, 61 manat cərimə, 13.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 2 ədəd oyun diski üçün 220 manat ödənilməmiş hissə, 22 manat cərimə, 28.05.2020-ci il tarixli İMEİ kodu **********49871 olan “X1 9S” markalı telefon üçün 80 manat ödənilməmiş hissə, 8 manat cərimə ümumilikdə 4343 manat borc və 63,43 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “Sony” markalı playstation-4 və “DS4” oyun diski Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 27.05.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********41810 olan “X2 10” markalı telefon cavabdeh Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 03.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “Samsung” markalı televizor cavabdeh Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 10.03.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********84517 olan “Samsung Galaxy A7” markalı telefon cavabdeh Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 25.11.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********81424 olan “X1 8” markalı telefon cavabdeh Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 30.04.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********63673 olan “Samsung Galaxy A30s” markalı telefon cavabdeh Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 13.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 2 ədəd oyun diski cavabdeh Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 28.05.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********49871 olan “X1 9S” markalı telefon cavabdeh Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan 05.01.2020-ci il tarixli, 20015187 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla 1110,6 manat toplam məbləğin hər ay 90 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 112 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 27.05.2020-ci il tarixli, 20311271 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla 1612,6 manat toplam məbləğin hər ay 68,2 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 162 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 03.01.2020-ci il tarixli, 20009504 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla 2260,2 manat toplam məbləğin hər ay 123,4 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 227 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 10.03.2019-cu il tarixli, 00556167 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla 1000 manat toplam məbləğin hər ay 54 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 100 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 25.11.2019-cu il tarixli, 01076327 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla 589 manat toplam məbləğin hər ay 49 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 59 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 30.04.2020-ci il tarixli, 20250018 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla 846 manat toplam məbləğin hər ay 47 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 85 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 13.01.2020-ci il tarixli, 20035528 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla 331,2 manat toplam məbləğin hər ay 18,4 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 34 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 28.05.2020-ci il tarixli, 20315500 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla 855,6 manat toplam məbləğin hər ay 46,7 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 86 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan 12.05.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 05.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 510 manat ödənilməmiş hissə, 51 manat cərimə olmaqla, cəmi 561 manat, 27.05.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 837 manat ödənilməmiş hissə, 83 manat cərimə olmaqla, cəmi 920 manat, 03.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1452,2 manat ödənilməmiş hissə, 145,8 manat cərimə olmaqla, cəmi 1598 manat, 10.03.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 96,3 manat ödənilməmiş hissə, 9,7 manat cərimə olmaqla, cəmi 106 manat, 25.11.2019-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 142 manat ödənilməmiş hissə, 14 manat cərimə olmaqla, cəmi 156 manat, 30.04.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 611 manat ödənilməmiş hissə, 61 manat cərimə olmaqla, cəmi 672 manat, 13.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 220 manat ödənilməmiş hissə, 22 manat cərimə olmaqla, cəmi 242 manat və 28.05.2020 -ci il tarixli alğı-satqı müqaviləsi üzrə 80 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla, cəmi 88 manat, ümumilikdə isə 4343 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 05.01.2020-ci il tarixli müqavilə üzrə 36 manat, 27.05.2020-ci il tarixli müqavilə üzrə 59 manat, 03.01.2020-ci il tarixli müqavilə üzrə 102 manat, 10.03.2019-cu il tarixli müqavilə üzrə 7 manat, 25.11.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 30.04.2020-ci il tarixli müqavilə üzrə 43 manat, 13.01.2020-ci il tarixli müqavilə üzrə 15 manat və 28.05.2020-ci il tarixli müqavilə üzrə 6 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 05.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 510 manat ödənilməmiş hissə, 36 manat cərimə olmaqla, cəmi 546 manat, 27.05.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 837 manat ödənilməmiş hissə, 59 manat cərimə olmaqla, cəmi 896 manat, 03.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1452,2 manat ödənilməmiş hissə, 102 manat cərimə olmaqla, cəmi 1554,2 manat, 10.03.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 96,3 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, cəmi 103,3 manat, 25.11.2019-cu il il tarixli alğı-satqı müqaviləsi üzrə 142 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 152 manat, 30.04.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 611 manat ödənilməmiş hissə, 43 manat cərimə olmaqla, cəmi 654 manat, 13.01.2020-ci il-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 220 manat ödənilməmiş hissə, 15 manat cərimə olmaqla, cəmi 235 manat, 28.05.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 80 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, cəmi 86 manat, ümumilikdə 4226,5 manat borc və 62,3 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 4288,8 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 05.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 510 manat ödənilməmiş hissə, 36 manat cərimə olmaqla, cəmi 546 manat, 27.05.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 837 manat ödənilməmiş hissə, 59 manat cərimə olmaqla, cəmi 896 manat, 03.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1452,2 manat ödənilməmiş hissə, 102 manat cərimə olmaqla, cəmi 1554,2 manat, 10.03.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 96,3 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, cəmi 103,3 manat, 25.11.2019-cu il il tarixli alğı-satqı müqaviləsi üzrə 142 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 152 manat, 30.04.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 611 manat ödənilməmiş hissə, 43 manat cərimə olmaqla, cəmi 654 manat, 13.01.2020-ci il-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 220 manat ödənilməmiş hissə, 15 manat cərimə olmaqla, cəmi 235 manat, 28.05.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 80 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, cəmi 86 manat, ümumilikdə 4226,5 manat borc və 62,3 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 4288,8 (dörd min iki yüz səksən səkkiz manat səksən qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar