Məhkəmə qərarları › İş №e-2(004)-3103/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3103/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3103/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Vyaçeslavoviçə qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Vyaçeslavoviçə qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Vyaçeslavoviç İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə bağlamaqla **********73142 İMEİ kodlu NOKİA 5310 markalı telefon alaraq 146 (yüz qırx altı) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 174,84 ( yüz yetmiş dörd manat səksən dörd qəpik) manat olan **********73142 İMEİ kodlu NOKİA 5310 markalı telefon üçün ümumilikdə 146 (yüz qırx altı) manat olmaqla onun 133 (yüz otuz üç) manat hissəsi ödənilməmiş hissə, 13 (on üç) manat isə cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 41,84 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti alqı-satqı qiyməti 174,84 ( yüz yetmiş dörd manat səksən dörd qəpik) manat olan **********73142 İMEİ kodlu NOKİA 5310 markalı telefon üçün üçün 133 (yüz otuz üç) manat hissəsi ödənilməmiş hissə, 13 (on üç) manat isə cərimə borcu olmaqla ümumilikdə 146 (yüz qırx altı) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Vyaçeslavoviçdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh Vyaçeslavoviç arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, **********73142 İMEİ kodlu NOKİA 5310 markalı telefonu iddiaçı "xxxx" MMC Cavabdeh Vyaçeslavoviçə satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 25 may 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh Vyaçeslavoviçin İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 133 (yüz otuz üç) manat hissəsi ödənilməmiş hissə, 13 (on üç) manat isə cərimə borcu olmaqla ümumilikdə 146 (yüz qırx altı) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, beləliklə, pretenziya qaydasına əməl olunmuşdur. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh Vyaçeslavoviç İddiaçı MMCdən xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən **********73142 İMEİ kodlu NOKİA 5310 markalı telefonu almış və nəticədə müqavilə öhdəliklərinə əməl etməyərək 133 (yüz otuz üç) manat hissəsi ödənilməmiş hissə, 13 (on üç) manat isə cərimə borcu olmaqla ümumilikdə 146 (yüz qırx altı) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələriçıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbininfaktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Vyaçeslavoviçdən xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 133 (yüz otuz üç) manat hissəsi ödənilməmiş hissə, 13 (on üç) manat isə cərimə borcu olmaqla ümumilikdə 146 (yüz qırx altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh Vyaçeslavoviçə qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Vyaçeslavoviçdən xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 133 (yüz otuz üç) manat hissəsi ödənilməmiş hissə, 13 (on üç) manat isə cərimə borcu olmaqla ümumilikdə 146 (yüz qırx altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar