Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3106/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/186/20 saylı, 12 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 8389.32 manat, dəbbə pulu 800.00 manat, cəmi 9189.32 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 111.89 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 noyabr 2020-ci il tarixdə 01/186/20 saylı nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 13,222.27 manat olan 1 (bir) ədəd 2020-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb . Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 8389.32 manat, dəbbə pulu 800 manat olmaqla , cəmi 9189.32 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 1014 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə2 Fərhad qızı elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01/186/20 saylı, 12 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borc 5509.27 manat, dəbbə pulu 550.00 manat, cəmi 6059.27 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 80.59 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə2 Fərhad qızı elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə iclasına onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək, borcu ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan tərəflər arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli, NAS01/186/20 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC ümumi dəyəri 13222.27 manat olan 1 ədəd 2020-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını ləvazimatları ilə birlikdə ilkin ödənişsiz, ayda 550.93 manat ödənilməsi şərti ilə 24 ay müddətinə Cavabdeh mülkiyyətinə verməyi, alıcı Cavabdeh isə əşyanı qəbul edib əvəzində bu müqavilə ilə müəyyən edilmiş pul məbləğini (qiyməti) hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Nisyə alqı-satqı müqaviləsinin 10.1-ci bəndinə əsasən alıcı müəyyən edilmiş müddətlərdə bu müqavilə ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, satıcı ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş ödənişin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər, alıcı isə həmin dəbbə pulunu satıcı tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 12 noyabr 2020-ci il tarixli, NAS01/186/20 nömrəli nisyə alqısatqı müqaviləsinə 2 nömrəli əlavəyə 1 saylı ödəniş qrafikinə əsasən dəyəri 13222.27 manat olan malın ilkin ödənişsiz, ayda 550.93 manat olmaqla 24 ay müddətinə ödənilməsi müəyyənləşdirilmişdir. İş materiallarında olan 12 noyabr 2020-ci il tarixli, NAS01/186/20 nömrəli nisyə alqısatqı müqaviləsinə 2 nömrəli əlavəyə xx.xx.2020-ci il tarixli əmlakın təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 1 ədəd 2020-ci il buraxılışlı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh NAS-01/186/20 saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 8389.32 manat ödənişlər üzrə borc qalığı, 100 manat cərimə haqqı olmaqla, cəmi 8489.32 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 114 nömrəli maliyyə arayışına əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış NAS-01/186/20 saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-xx.xx.2024-cü il dövrü üçün 2 230.00 (iki min iki yüz otuz) manat borc məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə tələb məktubuna əsasən iddiaçı cavabdehə NAS- 01/186/20 saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənişləri 1014 gündür gecikdirdiyini, xx.xx.2024-cü il tarixinə olan cari borcun 8389.32 manat təşkil etdiyini, borcun ödənilməsinin gecikdirilməsinə görə 800 manat məbləğində dəbbə pulunun hesablandığını bildirmiş, bu borcun dərhal ödənilməsi tələb etmiş və 7 gün ərzində yaranmış ödənişlər üzrə borcu ödəmədiyi halda, müqavilənin ləğvi, verilmiş əşyanın və dəbbə pulunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-1148/2023 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilərək, Cavabdeh 12 noyabr 2020-ci il tarixli, 01/186/20 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 4810.02 (dörd min səkkiz yüz on manat iki qəpik) manat əsas borc, 300 manat cərimə olmaqla, cəmi 5110.02 (beş min yüz on manat iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 98.56 (doxsan səkkiz manat əlli altı qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7176 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları, ödəniş cədvəli və İddiaçı MMC ilə Cavabdeh arasında 12 noyabr 2020-ci il tarixdə 01/186/20 saylı alqı-satqı müqaviləsi şərtləri əsas götürülməklə cavabdehin əsas borcu: xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə və xx.xx.2022-ci il tarixədək 8389.32 manat; xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5360.95 manat müəyyən olunmuşdur. Həmçinin qeyd edilir ki, iş materiallarında İddiaçı MMC ilə Cavabdeh arasında 12 noyabr 2020-ci il tarixdə 01/186/20 saylı alqı-satqı müqaviləsi üzrə iş materiallarında cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırma zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli, NAS01/186/20 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC ümumi dəyəri 13222.27 manat olan 1 ədəd 2020-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını ləvazimatları ilə birlikdə ilkin ödənişsiz, ayda 550.93 manat ödənilməsi şərti ilə 24 ay müddətinə Cavabdeh mülkiyyətinə verməyi, alıcı Cavabdeh isə əşyanı qəbul edib əvəzində bu müqavilə ilə müəyyən edilmiş pul məbləğini (qiyməti) hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə (alıcıya) təhvil vermiş, lakin Cavabdeh müqavilənin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə və qaydada ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Hazırda iddiaçı cavabdehin öhdəliklərini lazımınca icra etməməsi, ödənişləri tam həyata keçirməməsi səbəbindən həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Məhkəmə həmçinin cavadehin məhkəmə iclasında iştirak edərək iddianı etiraf etməsini qəbul və təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddiaçının gecikdirilmiş ödənişlərə görə 550.00 manat məbləğində cərimə ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, cavabdehin nisyə alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini və cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, NAS01/186/20 nömrəli müqavilə üzrə 5509.27 manat əsas, 225.73 manat cərimə borcu olmaqla, cəmi 5735 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 77.35 manat məbləğində dövlət rüsumu və 150 manat məbləğində məhkəmə-mühasibat ekspertizası xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5509.27 (beş min beş yüz doqquz manat iyirmi yeddi qəpik) manat əsas, 225.73 (iki yüz iyirmi beş manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 5735 (beş min yeddi yüz otuz beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 77.35 (yetmiş yeddi manat otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibat ekspertizası ilə bağlı 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3106/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3106/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver