Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3136/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqavilələri) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Playstation 5 Slim üçün 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu Sh932144l43 İpad 10.9-X1 üçün 612.66 (altı yüz on iki manat, 66 qəpik) manat ödənilməmiş hissə, 61.27 (altmış bir manat, 27 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PS5 Dualsense 3 ədəd üçün, 317.80 (üç yüz on yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, 31.78 (otuz bir manat, 78 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Mikser Kenwood, Qəhvəbişirən Delonghi, Qəhvəüyüdən Delonghi,Qəhvə Delonghi üçün 162.60 (yüz altmış iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, 16.26 (on altı manat, 26 qəpik) manat cərimə, ümumilikdə 2258.37 manat borc, 42.59 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, Playstation 5 Slim, İmei Kodu Sh932144l43 İpad 10.9-X1, Ps5 Dualsense 3 Ədəd, Mikser Kenwood, Qəhvəbişirən Delonghı, Qəhvəüyüdən Delonghi, Qəhvə Delonghi almış və nəticədə 2258.37 (iki min iki yüz əlli səkkiz manat, 37 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1464 (min dörd yüz altmış dörd) manat (12 ay x 122 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5 Slim üçün ümumilikdə, 1056 (min əlli altı) manat olmaqla ondan, 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96 (doxsan altı) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900.96 (doqquz yüz manat, 96 qəpik) manat (6 ay x 141.66 manat + 51 manat ilkin ödəniş) olan İmei Kodu Sh932144l43 İpad 10.9-X1 üçün ümumilikdə, 673.93 (altı yüz yetmiş üç manat, 93 qəpik) manat olmaqla ondan 612.66 (altı yüz on iki manat, 66 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.27 (altmış bir manat, 27 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 479.88 (dörd yüz yetmiş doqquz manat, 88 qəpik) manat (12 ay x 39.99 manat + 0 manat ilkin ödəniş) olan Ps5 Dualsense 3 ədəd üçün ümumilikdə, 349.58 (üç yüz qırx doqquz manat, 58 qəpik) manat olmaqla ondan, 317.80 (üç yüz on yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.78 (otuz bir manat, 78 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 367.20 (üç yüz altmış yeddi manat, 20 qəpik) manat (18 ay x 20.40 manat + 0 manat ilkin ödəniş) olan Mikser Kenwood, Qəhvəbişirən Delonghi, Qəhvəüyüdən Delonghi, Qəhvə Delonghi üçün ümumilikdə, 178.86 (yüz yetmiş səkkiz manat, 86 qəpik) manat olmaqla ondan, 162.60 (yüz altmış iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.26 (on altı manat, 26 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1158.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı və cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* saylı alğısatqı müqaviləsinə əsasən mikser Kenwood,qəhvəbişirən Delonghi,qəhvəüyüdən Delonghi və qəhvə Delonghi iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır.
5. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
6. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən ******* nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.
7. xx.xx.2023-cü il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 20,4 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
8. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 36,72 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
9. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13758025 saylı alğı-satqı müqaviləsinə əsasən playstation 5 slim nisyə satılmışdır.
10. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
11. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 13758025 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.
12. xx.xx.2024-cü il tarixli, 13758025 saylı saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 122 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
13. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 146,4 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
14. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13407545 saylı alğı-satqı müqaviləsinə əsasən PS5 dualsense starlight blue 3 ədəd nisyə satılmışdır.
15. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
16. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 13407545 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.
17. xx.xx.2024-cü il tarixli, 13407545 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 39,99 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
18. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 47,99 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
19. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 08503803 saylı alğı-satqı müqaviləsinə əsasən iPad 10.9-inch nisyə satılmışdır.
20. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
21. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 08503803 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.
22. xx.xx.2024-cü il tarixli, 08503803 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən 51 manat ilkin ödəniş olmaqla alınan əşyanın dəyərinin hər ay 141,66 manat olmaqla 6 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
23. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 90,1 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
24. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2023-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
25. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 162,6 manat ödənilməmiş əsas borcu, 16,26 manat cərimə, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 960 manat ödənilməmiş əsas borc, 96 manat cərimə, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 317,8 manat ödənilməmiş əsas borcu, 31,78 manat cərimə, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 612,66 manat ödənilməmiş əsas borc, 61,27 manat cərimə olmaqla, cəmi 2053,06 manat əsas borc, 205,31 manat cərimə, ümumilikdə isə 2258,37 manat borcu vardır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
32. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
33. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
34. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya ümumilikdə 2053,06 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.
35. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 16,26 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 96 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə 31,78 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə 61,27 manat cərimə, ümumilikdə 205,31 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
37. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
38. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 144 manat müəyyən edilməlidir.
40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli alğı-satqı müqavilələri üzrə 2053,06 manat əsas, 144 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 42,59 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 2053,06 manat əsas, 144 manat cərimə borcu, ödənilmiş 42,59 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2239,65 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil