Məhkəmə qərarları › İş №e-2(004)-3142/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3142/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3142/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılmasına dair Bakı şəhər X10 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının xx.xx.2005-ci ildə vəfat etmiş mərhum X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X7 onun əridir və o, xx.xx.2005-ci ildə vəfat etmişdir. Bakı şəhər X10 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən X6 Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində bağ sahəsi ayrılmışdır. Həmin komitənin xx.xx.1989-cu il tarixli, 54 saylı məktubunda sözügedən bağ sahəsində Q.Mustafayevə bağ evi tikməyə və hasar çəkməsinə icazə verildiyi qeyd olunmuşdur. 2023-cü ilin yanvar ayında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınmasını xahiş etmişdir. Həmin müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, “ ... ərizə və ərizəyə surəti əlavə edilmiş xx.xx.1988-ci il tarixli, 8953 nömrəli arayışda 5145 saylı bağ sahəsinin X2 ayrıldığı qeyd edilsə də, notariat ofisinin məktubunda, ölüm və evlənmək haqqında şəhadətnamələrin surətində mərhumun ata adı “Qədim” kimi yazılmışdır...”. Həmçinin həmin məktubda sözügedən bağ sahəsinin mərhum X11 (Mirqardaş) oğluna ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin idarədə aşkar edilmədiyi göstərilmişdir. Bundan sonra o Bakı şəhər X10 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarından arxiv çıxarışını Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından rəsmi qaydada əldə etmişdir. Həmin arxiv çıxarışında da X4 ata adı “Mirqardaş” olaraq göstərilmişdir. Beləliklə, sözügedən sənədlər əsasında bağ sahəsi üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəsə də, həmin sənəddə mərhum ərinin ata adı onun şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən ata adı ilə düz gəlmədiyindən bu, mümkün olmamışdır. Ona görə də o bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialının məhkəməyə göndərilmiş məktubdan görünür ki, Bakı şəhər X10 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən X6 Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində bağ sahəsi ayrılmışdır, lakin həmin sənəddə X4 adı X3 olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 sentyabr 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri xidmətinin məktubundan görünür ki, X5 barədə Əhalinin Dövlət Reyestrinin X1 Sistemində heç bir məlumat aşkarlanmamışdır. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-M-0089/02-8/2023 nömrəli “bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə” məktubdan görünür ki, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, ərizə və ərizəyə surəti əlavə edilmiş xx.xx.1988-ci il tarixli 8953 nömrəli arayışda 5145 saylı bağ sahəsinin X2 ayrıldığı qeyd edilsə də, notariat ofisinin məktubunda, ölüm və evlənmək haqqında şəhadətnamələrin surətində mərhumun ata adı “Qədim” kimi yazılmışdır. Məlumat üçün bildiririk ki, mövcud elektron məlumat bazasında Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 9/549 nömrəli qərarı ilə Ləhic bağ massivində 29 nömrəli bağ tikinti kooperativi nəzdində X2 bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi göstərilməmişdir. Həmçinin Ləhiş bağ massivi, 5145 saylı bağ sahəsinin ayrılmasına dair mərhum X11 (və ya Mirqardaş) oğlunun adına hüquqmüəyyənedici sənəd (order, eləcə də ərizəyə surəti əlavə edilmiş arayış və tikintiyə icazə verilməsi haqqında sənəd) İdarənin arxivində aşkar olunmamışdır. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılmasına dair Bakı şəhər X10 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının xx.xx.2005-ci ildə vəfat etmiş mərhum X6 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılmasına dair Bakı şəhər X10 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının xx.xx.2005-ci ildə vəfat etmiş mərhum X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar