Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3191/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7, Cavabdeh Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyevin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 074/23 nömrəli, 26 may 2023-cü il tarixli Cavabdeh3 MMC-nin hərracın nəticələri haqqında yekun protokolun və xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab olunması və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzrə çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 may 2017-ci il tarixli Qaradağ rayon məhkəməsinin 2(002)-902/2017 saylı qətnaməyə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC-dən, ondan, X1 və X3 müştərək qaydada ümumi 59285,94 (əlli iki min iki yüz səksən beş) ABŞ dolları məbləğində pul vəsaitinin BANK VTB ASC-yə ödənilməsi, tutmanın ünvan 1 ünvanında. 8-ci mərtəbədə yerləşən ümumi 47,92 kvadrat metrdən ibarət 2 otaqlı, 56 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan göstərilən mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir. Qeyd etmək istəyir ki, bu iş üzrə yekun məhkəmə qərarı 12 fevral 2018-ci il tarixdə Ali Məhkəmənin 29102)-786/2018 saylı mülki iş üzrə olmuşdur. Bundan sonra iş icra olunması üçün Qaradağ rayon İcra və Probasiya şöbəsinə icra olunması üçün göndərilmişdir. Qaradağ rayon icra və Probasiya şöbəsi tərəfindən həmin işin icra olunması məqsədi ilə hərraca göndərilmişdir və hərrac keçirilmişdir. Qeyd etmək istəyir ki, bundan sonra iş aidiyyəti üzrə Yasamal rayon icra və probasiya şöbəsinə göndərilərkən, Bakı Hərrac Mərkəzi MMC tərəfindən iki hərrac keçirilmişdir. Halbuki, hərracların keçirilməsi və yekun protokolun çıxarılması barədə tərəfimdən rəsmi olaraq qəbul olunmamışdır. Bunu da qeyd etmək istəyir ki, hərracın keçirilməsi barəsində bildirişi alarkən, ilkin hərracın keçirilinəsi barəsində yazılı protokol olmalı idi və ona rəsmi göndərilməli idi. Lakin ona rəsmi olaraq heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa ikinci hərrac birinci hərracın keçirilməsindən 45 gün keçməmək şərti ilə olmalı idi, halbu ki, ikinci hərrac barəsində də heç bir məlumat gəlməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən nəticəyə gəlmək olar ki, hərracın keçirilməsi zamanı qanuna zidd hərəkətlərin əməllər həyata keçirilmiş və ikinci hərracın keçirilmə müddəti ötürülmüşdür. Belə bir halda hərracın müddəti ötürülmüş hesab olunur. Belə ki, 2018-ci il tarixdə hərrac keçirilmiş, bundan sonra 2023-cü il tarixdə hərrac keçirilmişdir. İlk olaraq hərracın keçirilmə müddəti ötürülmüş, bundan başqa isə hərrac iki dəfədən çox keçirilmişdir. Qeyd etmək istəyir ki, bundan öncə tərəfindən hərracın nəticələrinin ləğv olunmasına dair məhkəməyə müraciət olunmuş, lakin xx.xx.2023-cü il tarixli 2(004)-5398/2023 saylı qətnaməsinə əsasən iddia ərizəsi ona əsasən rədd edilmişdir ki, tərəfindən Hərracın nəticələrinin və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin ləğv edilməsi tələbinə dair verilmişdir. Beləliklə, məhz buna əsasən xx.xx.2023-cü il tarixli Yasamal Rayon Məhkəməsinin 2(004)-5398/2023 saylı qətnaməsi rədd olunaraq, qətnamədə izah edilmişdir ki, hərracın ləğv olunmasına yox etibarsız hesab olunmasına dair müraciət oluna bilər. Məhz buna əsasən tərəfindən xx.xx.2023-cü il tarixli 074/23 savlı hərracın nəticələrin və xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə müraciət olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil həmçinin iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İsmayılov Musa iddia tələbini qəbul etməyərək, bildirdi ki, hazırki iddia tələbinin nə hüquqi, nə də ki, faktiki baxımından heç bir əsası yoxdur və bu səbəbdən hazırki iddia tələbi təmin oluna bilməz. Həmçinin iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyev məhkəməyə verdiyi izahatında göstərdi ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-902/2017 saylı, 23 may 2017-ci il tarixli icra sənədi üzrə bütün lazimi icra hərəkətlərini yerinə yetirmişdir. Belə ki, borclu icra sənədinin könüllü icrasını təmin etməkdən yayındığından Hərrac Mərkəzinə hərracın təşkili ilə əlaqədar sifariş verilmiş, hərrac iki dəfə baş tutmamış, nəticə etibarilə ipoteka predmeti bank tərəfindən alınmışdır. Odur ki, bunun məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh "xxxx" MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, MMC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər "xxxx" MMC, İddiaçı, X4 və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2502/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı, X4 və X2 cavabdehlər Cavabdeh2 ASC və "xxxx" MMC-nə qarşı qiymətləndirmənin ləğv edilməsi, yeni ekspertizanın keçirilməsi və hərracın yenidən keçirilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5398/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “Bakı Hərrac Mərkəzi" MMC, “Bank VTB (Azərbaycan)" ASC və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv olunması tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. "xxxx" MMC-nin borclu İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 074/23 nömrəli hərrac bildirişə və xx.xx.2023-cü il tarixli qaiməyə əsasən MMC ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçiriməsi barədə İddiaçı məlumat göndərmişdir. "xxxx" MMC-nin borclu İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 074/23 nömrəli hərrac bildirişə və xx.xx.2023-cü il tarixli qaiməyə əsasən MMC ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçiriməsi barədə İddiaçı məlumat göndərmişdir. "xxxx" MMC-nin borclu İddiaçı +**********72 telefon nömrəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli sms/mms bildirişi çıxarışından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsi barədə İddiaçı məlumat verilmişdir. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli №73 çıxarışından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçiriləcəkdir (lot 074/23). “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli №73 çıxarışından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçiriləcəkdir (lot 074/23). “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli №73 çıxarışından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçiriləcəkdir (lot 074/23). “Bakı Hərrac Mərkəzi" MMC-nin 26 may 2023-cü il tarixli, 074/23 nömrəli "Hərracın nəticələri haqqında” protokoluna əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Ə.A.Ağamirzəyevə məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzil ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" 26 may 2023-cü il tarixli müqaviləsinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-902/2017 saylı icra sənədinə əsasən Ə.A.Ağamirzəyevə məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilinə dair hərrac təşkilatçısı "xxxx" MMC və ipoteka saxlayan “Bank VTB (Azərbaycan)" ASC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-902/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər "xxxx" MMC, İddiaçı, X4 və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC-dən, ondan, X1 və X3 müştərək qaydada ümumi 59285,94 (əlli iki min iki yüz səksən beş) ABŞ dolları məbləğində pul vəsaitinin BANK VTB ASC-yə ödənilməsi, tutmanın ünvan 1 ünvanında. 8ci mərtəbədə yerləşən ümumi 47,92 kvadrat metrdən ibarət 2 otaqlı, 56 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan göstərilən mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Müvafiq qətnamənin icraya göndərilməsi nəticəsində ipoteka predmetinin hərracdan satılması məqsədilə Yasamal Rayon İcra Şöbəsi tərəfindən hərracın təşkili üçün "xxxx" MMC-yə sifariş verilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 85000 manat göstərilmişdir. “İpoteka haqqında” qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. İş materiallarına əlavə edilmiş hərrac bildirişləri, sms/mms bildirişi çıxarışları, “Market”qəzetinin çıxarışlarından görünür ki, hərrac təşkilatçısı qanunvericiliyin tələblərinə əməl etməklə, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan dəc etməklə, bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər (və smslər) göndərmişdir. Nəticə etibarilə 2 hərrac (07apel 2023-cü il tarixli ilkin və 26 aprel 2023-cü il tarixli təkrar) baş tutmadığından ipoteka predmeti Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. İpoteka predmetinin ilkin hərrac qiyməti 85.000 manat, təkrar hərrac qiyməti 72250 manat müəyyən olunmuş və yekun olaraq, 54187,50 manat məbləğində əldə edilmişdir. “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Bununla bağlı, 26 may 2023-cü il tarixli, 074/23 nömrəli "Hərracın nəticələri haqqında” protokol tərtib edilməklə, hərrac təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan “Bank VTB (Azərbaycan)" ASC arasında 26 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. AR Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, hərrac təşkilatçısı tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi əsassız olub rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh2 ASC məhkəməyə kəsici müddətin tətbiqinə dair ərizə verərək, iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, ərizədə göstərilmişdir ki, “iddiaçı hazırda 26 may 2023-cü il tarixli “Hərracın nəticələri haqqında” yekun protokolu və 26 may 2023-cü il tarixli "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləni mübahisələndirir. Halbuki, iddiaçı hazırkı iddia ərizəsi ilə 29 may 2024-cü il tarixdə (iddia ərizəsində qeyd edildiyi kimi) məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə iddiaçının əqdin mübahisələndirilməsi hüququ (bir il müddətində) keçmişdir.” Bununla bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. (380.1 və 380.2) İş materiallarından görünür ki, iddiaçı iddia müddətinə əməl etməklə, “hərracın ləğvi” tələbi ilə iddia qaldırmış, 04 dekabr 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Nəticə etibarilə, iddiaçı “hərracın etibarsızlığı” tələbi ilə iddia qaldırmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3191/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3191/2024
15.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver