Məhkəmə qərarları › İş №e-2(004)-3210/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3210/2024

09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3210/2024 09.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “kommunal xidmət haqqı borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “kommunal xidmət haqqı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 303,06 manat kommunal xidmət haqqı borcunun ləğv edilməsi, borcun elektron sistemdən və bütün tətbiqlərdən silinməsi və kommunal xidmət haqqı borcunun olmaması barədə Cavabdeh MMC tərəfindən ona arayışın təqdim olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. 2018-ci ildən mənzili aldığı vaxtdan bugünə qədər kommunal xidmət haqlarını hər ay vaxtında ödəmiş və nəzarət üçün ödəniş qəbzlərini MİDA-nın əməkdaşlarına whatsapp vasitəsilə göndərmişdir. Lakin 2022-ci ilin avqust ayında MİDA-nın əməkdaşı Müşfiq müəllim 356 manat kommunal xidmət haqqı borcunun olduğu barədə ona şifahi məlumat vermişdir. Bu barədə həmin vaxtadək nə şifahi, nə də yazılı olaraq borcun olması barədə MİDA tərəfindən bir məlumat verilməmişdir. Hal-hazırda Azərbaycan Beynəlxalq bankının mobil tətbiqində (ABB Mobile) 303,06 manat borcu olduğu qeyd edilmişdir. Bu günədək hər ay vaxtında, heç bir ayda gecikdirmədən kommunal xidmət haqlarını ödəmiş və MİDA-nın əməkdaşlarına ödəniş çeklərini təqdim etmişdir. Ona ödənişdə problem olması, guya ödənişlərin MİDA-nın hesabına köçürülməsində problem olduğu barədə, yalnız 3 ildən sonra şifahi məlumat verilmişdir və bu elektron sistemə işlənilmişdir. Qeyd edilən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət etmişdir. MİDA-nın xx.xx.2023-cü il tarixli cavab məktubunda aylar üzrə ödənişlər əks olunmuş cədvəl təqdim edilmiş və bəzi aylarda ödənişlərin MİDA MMC-nin hesabına keçmədiyi qeyd olunmuşdur. Həmçinin müvəkkil banka müraciət etməyi tövsiyə edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli, BR3961510 nömrəli və xx.xx.2024-cü il tarixli, BR4354774 nömrəli məktublarla Kapital banka və bir neçə dəfə online qaydada Mərkəzi banka müraciət etmişdir. Kapital bankın xx.xx.2024-cü il tarixli, KB-2**-KB-***/2-884/2024 nömrəli yekun cavabında təsdiqedici sənədlər təqdim edilməklə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, ödəniş "xxxx" ASC vasitəsi ilə həyata keçirildiyindən hesab edir ki, "xxxx" ASC də üçüncü şəxs kimi işdə iştrak etməyə cəlb edilməlidir. "xxxx" ASC ödəyici və vəsait alan arasında vasitəçi funksiyasını icra etmişdir. İddiaçının ödədiyi vəsaitlər onlara daxil olmamışdır. Hesab edir ki, ödəniş sistemində xəta olmuşdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018ci il tarixli Çoxmənzilli Binaların idarə edilməsi haqqında müqaviləyə əsasən idarəedici təşkilat razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yerləşən müvafiq çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmir üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə xidmət haqqı hər kvadrat metr üçün 0,30 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 69,9 kv.m olan mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mənzil X1 İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, kommunal xidmət haqqı üzrə yaranmış borc qalığı məktuba əlavə edilən cədvələ əsasən formalaşmışdır. Həmin cədvəldə əks olunduğu kimi Agentliyin tabeliyində olan Cavabdeh MMC-nin bank hesabından çıxarışlarda tərəfindən icra edilməli olan bir sıra ödəmələr üzrə mədaxil görünmədiyindən həmin məbləğlər yekun borcun yaranmasına gətirib çıxarmışdır.Bununla əlaqədar qeyd olunanlar nəzərə alınaraq təsdiqedici sənədlərin bank çıxarışında öz əksinin tapması üçün müvəkkil banka müraciət etməsi tövsiyə edilir. Həmin məktuba əlavə edilmiş kommunal borca dair çıxarışdan görünür ki, kommunal borca görə aylıq ödənişin məbləğinin 20,98 manat olduğu və 2019-cu ilin mart ayından 2023-cü ilin mart ayına kimi 2019-cu ilin mart, aprel, iyun, iyul, oktyabr, dekabr, 2020-ci ilin fevral, mart, aprel, sentyabr, oktyabr, dekabr, 2021-ci ilin yanvar, iyul, 2022ci ilin mart, aprel, iyul ayları üzrə İddiaçı tərəfindən kommunal xidmət haqqı borcunu ödəməmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş kommunal borca dair çıxarışdan görünür ki, 2019-cu ilin iyun, iyul, oktyabr, dekabr, 2020-ci ilin fevral, mart, aprel, sentyabr, oktyabr, dekabr, 2021-ci ilin yanvar, iyul, 2022-ci ilin aprel, iyul ayları üzrə İddiaçı tərəfindən kommunal xidmət haqqı borcunu ödəməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2019-cu ilin mart ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2019-cu ilin iyun ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2019-cu ilin iyul ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2019-cu ilin oktyabr ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2019-cu ilin noyabr və dekabr ayı üçün 42 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin fevral, mart və aprel ayı üçün 63 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin sentyabr ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin oktyabr ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin dekabr ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin yanvar ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin iyul ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2022-ci ilin mart ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2022-ci ilin aprel ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2022-ci ilin iyul ayı üçün 21 manat məbləğində kommunal xidmət haqqı borcu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 69,9 kv.m olan mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı mülkiyyətindədir. Həmin mənzillə bağlı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Çoxmənzilli Binaların idarə edilməsi haqqında müqaviləyə əsasən idarəedici təşkilat razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yerləşən müvafiq çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmir üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşmaya əsasən müvafiq mənzilə görə kommunal xidmət haqqı borcu 20,98 manat məbləğində müəyyən edilmişdir. 2019-cu ilin mart ayından hazırki dövrə qədər aylar üzrə kommunal xidmət haqqı borcu ödənilsə də, İddiaçı Azərbaycan Beynəlxalq bankının mobil tətbiqində (ABB Mobile) 303,06 manat borcu olduğu görünür. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “kommunal xidmət haqqı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 303,06 manat kommunal xidmət haqqı borcunun ləğv edilməsi, borcun elektron sistemdən və bütün tətbiqlərdən silinməsi və kommunal xidmət haqqı borcunun olmaması barədə Cavabdeh MMC tərəfindən ona arayışın təqdim olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal haqqdan ibarətdir. Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Belə ki, Azərbaycan Respublikasının Mənzil X1 İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş kommunal borca dair çıxarışdan görünür ki, 2019-cu ilin mart ayından 2023-cü ilin mart ayına kimi 2019-cu ilin mart, aprel, iyun, iyul, oktyabr, dekabr, 2020ci ilin fevral, mart, aprel, sentyabr, oktyabr, dekabr, 2021-ci ilin yanvar, iyul, 2022-ci ilin mart, aprel, iyul ayları üzrə İddiaçı tərəfindən kommunal xidmət haqqı borcunu ödəməmişdir. Lakin, İddiaçı məhkəməyə təqdim etdiyi qəbzlərdən görünən odur ki, həmin aylar üzrə kommunal xidmət haqqı borcu ödənilmişdir. Görünən odur ki, İddiaçı xx.xx.2018-ci il tarixli Çoxmənzilli Binaların idarə edilməsi haqqında müqavilə üzrə kommunal xidmətin göstərilməsi müqabilində xidmət haqqının ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və müddətdə yerinə yetirmişdir. Cavabdeh isə iddia etdikləri aylar üzrə İddiaçı tərəfindən kommunal xidmət haqqı borcunun həqiqətən ödənilmədiyini təsdiq edəcək mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Müvafiq aylar üzrə borcun ödənilmədiyini göstərən Cavabdeh MMC tərəfindən təqdim edilmiş arayış isə iddiaçının təqdim etdiyi qəbzlərlə təkzib olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Cavabdeh MMC-yə olan 303,06 (üç yüz üç manat altı qəpik) manat məbləğində kommunal xidmət haqqı borcu elektron sistemdən və bütün tətbiqlərdən silinməli və 303,06 (üç yüz üç manat altı qəpik) manat məbləğində kommunal xidmət haqqı borcunun olmaması barədə İddiaçı arayışın verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı Cavabdeh MMC-yə olan 303,06 (üç yüz üç manat altı qəpik) manat məbləğində kommunal xidmət haqqı borcu elektron sistemdən və bütün tətbiqlərdən silinsin və 303,06 (üç yüz üç manat altı qəpik) manat məbləğində kommunal xidmət haqqı borcunun olmaması barədə İddiaçı arayışın verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar