Məhkəmə qərarları › İş №e-2(004)-3265/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3265/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3265/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə hər iki hadisə üzrə 700 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 23:55 radələrində Bakı şəhəri, X.Mustafayev küçəsi ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz A160” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “X6” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilən TP5198316 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki,“X6” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 360,00 (üç yüz altmış) manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA118986/22 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 360,00 (üç yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixində saat 12:01 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Cavabdeh idarə etdiyi və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz A160” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Vectra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilən TP5160165 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki,“Opel Vectra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 340,00 (üç yüz qırx) manat təşkiledir. "xxxx" ASC tərəfindən iş üzrəPXA116029/22 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 340,00 (üç yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PXA********** nömrəli icbari sığorta müqaviləsi ilə sığortalı X1 istifadəsində olan “Mercedes Benz A160 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi 12 ay müddətinə icbari sığorta edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA116029 nömrəli sığorta aktına əsasən “Mercedes Benz A160” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Sığortalanmış “Mercedes Benz A160” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə “Opel Vectra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın məbləği Kərimov Nəriman Bakıxan oğlunun "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli Qiymətləndirmə Aktına uyğun olaraq 340 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 340 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA118986 nömrəli sığorta aktına əsasən Sığortalanmış “Mercedes Benz 160” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə “X6” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın məbləği X2 "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli Qiymətləndirmə Aktına uyğun olaraq 360 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 360 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP4787396 nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP4828575 nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2022-ci il tarixdə 12:01-də 8-ci mikrorayon ərazisində Cavabdeh idarə etdiyi “Mercedes Benz A160 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Kərimov Elxan Bakıxan oğlunun idarə etdiyi “X5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2022-ci il tarixdə 23:55-də Bakı şəhəri Yasamal rayonu X.Mustafayev küçəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz A160 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 idarə etdiyi “X6 Minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Auto Box tərəfindən verilmiş Qiymətləndirmə Aktına əsasən “Opel Vectra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği 340 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Auto Box tərəfindən verilmiş Qiymətləndirmə Aktına əsasən “X6” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği 360 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-1980 nömrəli Cavabdeh ünvanlanmış məktuba əsasən xx.xx.2022-ci il tarixində saat 12:01 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz A160” markalı 02BZ524 dövlət qeydiyyat nişanlı avtomobil “Opel Vectra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilə toqquşmuş, nəticədə avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiz zərərə görə tərəflərindən 340 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə yerindən yayındığını nəzərə alaraq iddiaçı cavabdehə "xxxx" ASC tərəfindən həyata keçirilən 340 manat sığorta ödənişini 7 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə 340 manat sığorta ödənişi məbləğinin və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-2051 nömrəli bildirişə əsasən xx.xx.2022-ci il tarixində saat 23:55 radələrində Bakı şəhəri, X.Mustafayev küçəsi ərazisində idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz A160” markalı 02BZ524 dövlət qeydiyyat nişanlı avtomobil “X6” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilə toqquşmuş, nəticədə avtomobilə maddi zərər dəymişdir. Zərərçəkmiş avtomobilin sürücüsü sığorta ödənişi tələbi ilə "xxxx" ASC-ə müraciət etmişdir. ”İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsinə əsasən qiymətləndirmə nəticəsində zərərçəkənə ödəniləcək məbləğ daha sonra subroqasiya qaydasında geri tələb ediləcəyindən 3 iş günü ərzində "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 19A ünvanında yerləşən ofisinə yaxınlaşaraq qiymətləndirmə nəticələri ilə tanış olmağı tövsiyə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-2234 nömrəli Cavabdeh ünvanlanmış geriyə tələb (subroqasiya) məktubuna əsasən xx.xx.2022-ci il tarixində saat 23:55 radələrində Bakı şəhəri, X.Mustafayev küçəsi ərazisində idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz A160” markalı 02BZ524 dövlət qeydiyyat nişanlı avtomobil “X6” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilə toqquşmuş, nəticədə avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiz zərərə görə tərəflərindən 360 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə yerindən yayındığını nəzərə alaraq iddiaçı cavabdehə "xxxx" ASC tərəfindən həyata keçirilən 360 manat sığorta ödənişini 7 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə 360 manat sığorta ödənişi məbləğinin və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda yaranır. 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, PXA********** nömrəli icbari sığorta müqaviləsi ilə “Mercedes Benz A160 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat həcmində icbari sığorta edilmişdir. xx.xx.2022-ci il tarixdə 23:55-də Bakı şəhəri Yasamal rayonu X.Mustafayev küçəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz A160 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 idarə etdiyi “X6 Minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində sonuncu avtomobilə 360 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh DYPİ əməkdaşı tərəfindən tərtib edilən TP5198316 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə 12:01-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Cavabdeh idarə etdiyi “Mercedes Benz A160” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Kərimov Elxan Bakıxan oğlunun idarə etdiyi “X5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində sonuncu avtomobilə 340 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh DYPİ əməkdaşı tərəfindən tərtib edilən TP5160165 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən “X5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 340 manat, “X6 Minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 360 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat (340+360) məbləğində həyata keçirdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını və sübutları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən “X5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 340 manat, “X6” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 360 manat məbləğində sığorta ödənişi həyata keçirildiyinə görə, həmin məbləğdə sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh 700 manat məbləğində tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Opel Vectra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 340 (üç yüz qırx) manat, “X6” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 360 (üç yüz altmış) manat olmaqla, ümumilikdə 700 (yeddi yüz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar