Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3284/2024 05.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə R0072700 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə ilə 12 ay müddətinə 2724 (iki min yeddi yüz iyirmi dörd) manat dəyərində olan əşyanı almışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 2724 (iki min yeddi yüz iyirmi dörd) manat ödənişi hissə-hissə ödəməyi öhdəsinə götürsə də, 1358 manat ödəniş etməklə öhdəliklərini qismən yerinə yetirmişdir. Borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilsə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən, R0072700 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə Cavabdeh 1366 (min üç yüz altmış altı) manat məbləğində əsas, 137 (yüz otuz yeddi) manat məbləğində cərimə və 35,03 (otuz beş manat üç qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 1538,03 (min beş yüz otuz səkkiz manat üç qəpik) manat pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış R0072700 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Satıcı” 2724 (iki min yeddi yüz iyirmi dörd) manat dəyərində olan əşyanı “Alıcı”ya satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh R0072700 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1366 (min üç yüz altmış altı) manat məbləğində əsas, 137 (yüz otuz yeddi) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış R0072700 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, əşyanı Cavabdeh satmış, cavabdeh əşyaya görə ilkin ödəniş etməmiş və ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 2724 (iki min yeddi yüz iyirmi dörd) manat ödənişi hissə-hissə ödəməyi öhdəsinə götürsə də, 1358 manat ödəniş etməklə öhdəliklərini qismən yerinə yetirmişdir. Nəticə etibarilə Cavabdeh 1366 (min üç yüz altmış altı) manat məbləğində əsas, 137 (yüz otuz yeddi) manat məbləğində cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC-dən R0072700 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, əşyanı almış, lakin müqavilə öhdəliklərinə əməl etmədiyindən 1366 (min üç yüz altmış altı) manat məbləğində əsas, 137 (yüz otuz yeddi) manat məbləğində cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış R0072700 nömrəli xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan R0072700 nömrəli xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış R0072700 nömrəli xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 35,03 (otuz beş manat üç qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh R0072700 nömrəli xx.xx.2023cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1366 (min üç yüz altmış altı) manat məbləğində əsas, 137 (yüz otuz yeddi) manat cərimə pulu, 35,03 (otuz beş manat üç qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 1538,03 (min beş yüz otuz səkkiz manat üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddiası təmin edilsin. Cavabdeh R0072700 nömrəli xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1366 (min üç yüz altmış altı) manat məbləğində əsas, 137 (yüz otuz yeddi) manat cərimə pulu, 35,03 (otuz beş manat üç qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 1538,03 (min beş yüz otuz səkkiz manat üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3284/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3284/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver