Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3304/2023 07.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC – nin nümayəndələri Nümayəndə4 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “sığorta hadisəsi ilə bağlı zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “sığorta hadisəsi ilə bağlı zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən öhdəliklərinin icra edilməməsi ilə bağlı iddiaçıya ödənilməli sığorta ödənişinin əvəzi kimi 29269,54 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və İqtisadiyat şöbəsinin rəisi – baş mühasib vəzifəsində işləmişdir. O, 24 oktyabr 2019-cu il tarixdə saat 9 radələrində Xidmətin inzibati binasına iş yerinə gəlmiş, əmək funksiyalarının icrası ilə məşğul olmuşdur. Təxminən saat 11:30 radələrində rəhbərliyin tapşırığına əsasən əmək funksiyalarına aid işlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə getmişdir. Geriyə şəhərdaxili marşrut avtobusu ilə gələrək Xidmətin inzibati binasına ən yaxın avtobus dayanacağında metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında avtobusdan düşmüşdür. Sonra Xidmətin inzibati binasına getmək üçün təxminən saat 13 radələrində ünvan 1 ünvanında piyadalar üçün nəzərdə tutulmuş yerdən yolu sağdan-sola keçmək üçün hərəkət edərkən, sürücü Adnan Əsgərov idarə etdiyi “Hyundai Elantra” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuş, nəticədə o, sağ ayağından xəsarət almış, əmək qabiliyyətini müvəqqəti itirmiş, 3-cü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Əlillik və ya sağlamlıq imlankarının məhdudluq müddəti “müddətsiz” kimi göstərilmişdir. Milli Geoloji Kəşfiyyat Xidməti 25 yanvar 2021-ci il tarixdə "xxxx" ASC-nin Müştəri Xidmətləri və Sığorta hadisələrinin tənzimlənməsi Departamentinə müraciət edərək, müvafiq sığorta ödənişinin verilməsinə göstəriş verilməsini xahiş etmiş, alınmış cavab məktubunda göstərilmişdir ki, “Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə (hadisə tarixi) “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” və "xxxx" ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən İddiaçı sığorta təminatında olmadığı məlum olmuşdur. Bu səbəbdən baş vermiş hadisənin qeydə alınması və sığorta ödənişinin həyata keçirilməsi mümkünsüzdür.” Onun sığorta kapitalının məbləği 73173,85 manat təşkil edir. Beləliklə, işin halları ilə müəyyən edilir ki, o, məlum sığorta hadisəsi baş verən vaxt, yəni 12 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və İqtisadiyyar şöbəsinin rəisi – baş mühasib vəzifəsində işləsə də, sığorta etdirmək vəzifəsi daşıyan “sığortalı” – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “sığortaçı” ilə müvafiq müqaviləni bağlamadığından İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığorta ödənişi verilməmişdir. Belə olan halda sığorta təminatı həcmində öhdəliyi məhz cavabdeh daşıyır. Sığortanın həcmi 29269,54 manat (sığorta məbləği olan 73173,85 manatın 40 faizi) təşkil edir və bu məbləğ onun əlilliyi müddətsiz olaraq təyin edildiyindən, birdəfəlik qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı uzun müddət cavabdeh təşkilatda işləmişdir. İddia ərizəsində göstərildiyi kimi sığorta hadisəsi baş vermişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununa 7.3.-cü maddəsinə əsasən bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə, yəni iddiaçıya dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan aktda iddiaçının rəhbərliyin tapşırığı ilə Maliyyə Nazirliyinə getdiyi öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cinayət iş üzrə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs barışdığından və dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə, yəni iddiaçıya ödəniş həyata keçirildiyindən iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, hadisə 2019-cu ilin oktyabr ayında baş vermiş, hadisə baş verəndə iddiaçı icbari sığorta olunanların siyahısında olmamışdır. İcbari sığorta müqaviləsi xx.xx.2019-cu il tarixə aiddir. Hadisə icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə baş vermədiyinə görə iddiaçıya sığorta ödənişi verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 01/20 nömrəli İstehsalatda bədbəxt hadisə haqqında aktının surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və İqtisadiyyat şöbəsinin rəisi-baş mühasibi İddiaçı izahatında 24 oktyabr 2019-cu il tarixdə saat 09:00 radələrində Xidmətin inzibati binasına iş yerinə gəlmiş və əmək funksiyalarının icrası ilə məşğul olmuşdur. Təxminən saat 11:30 radələrində rəhbərliyin tapşırığına əsasən əmək funksıyalarma aid işlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə getmişdir. Maliyyə Nazirliyindən geriyə şəhər daxili marşrut avtobusu ilə gələrək Xidmətin inzibati binasına ən yaxın avtobus dayanacağında metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında avtobusdan düşmüşdür. Sonra Xidmətin inzibati binasına getmək üçün təxminən saat 13" radələrində ünvan 2 ünvanında piyadalar üçün nəzərdə tutulmuş yerdən yolu sağdan sola keçmək üçün hərəkət etmişdir. Bu zaman sürücü Adnan Əsgərov idarə etdiyi “Hyundai Elantra” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yolu keçən İddiaçı vurmuşdur. Hadisə nəticəsində İddiaçı sağ ayağından xəsarət almışdır. Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası İddiaçı tibbi yardım göstərdikdən sonra ətraflı müayinə və müədcə olunması üçün onu Elmi-tətqiqat travmatologiya və ortopediya institutuna aparmışdır. Bədbəxt hadisənin nəticəsində İddiaçı əlil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 "xxxx" ASC–nin Müştəri Xidmətləri və Sığorta hadisələrinin tənzimlənməsi Departamentinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 18/20 nömrəli məktubunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Xidmətinin Maliyyə və İqtisadiyyat Şöbəsinin rəisi-baş mühasibi İddiaçı xx.xx.2019-cu il tarixdə saat 13:30 radələrində nahar fasiləsi zamanı müəssisənin inzibati binasından çıxan zaman magistral yolda yolüstü piyada keçidindən keçərkən avtomobil vurması nəticəsində xəsarət alması, müxtəlif müalicələr aparıldıqdan sonra Tibbi-Sosial Ekspert Komissiyasında əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi və müddətsiz üçüncu dərəcəli əlillik statusu verilməsi qeyd edilmiş, müvafiq sığorta ödənişinin verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 363/ü nömrəli əmrinə əsasən, Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri-baş mühasib İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı qərarına uyğun müavinət təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, istehsalat zədəsi səbəbi ilə müddətsiz olmaqla üçüncü dərəcəli əlillik təyin edilmiş, onun əmək qabiliyyətinin 40% itirməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC – nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə ünvanlanmış 28 yanvar 2021-ci il tarixli PHS-**********1 nömrəli məktubunun surətindən görünür ki, Xidmətin İddiaçı hadisəsi ilə bağlı xx.xx.2020-ci il tarixli 18/363 nömrəli müraciətinə baxılmış və müvafiq sığorta araşdırması aparılmışdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixində (hadisə tarixi) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "xxxx" ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən, İddiaçı sığorta təmiminatında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən baş vermiş hadisənin qeydə alınması və sığorta ödənişinin həyata keçirilməsi mümkünsüzdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının tədd edilməsi barədə qərarın surətindən görünür ki, məhkəmə tibbi eksperizasının xx.xx.2019-cu il tarixli 1042 saylı rəyində İddiaçı Yahya oğlunun almış olduğu xəsarətlərin - sağ Vİ, Vİİ qabırğaların və sağ bud sümüyünün orta 1/3-nin çap yerdəyişən sınığı küt əşya (əşyalar) təbirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tatixdə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsinin mümkün olduğu və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və odur ki) həmin maddə ilə cinayət işi başlanaraq istintaq aparılmalıdır. Lakin, İddiaçı Yahya oglu 25 dekabr 2019-cu il tarixdə ərizə ilə Yasamal RPl-yə müraciət edərək X3 ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********51 nömrəli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin 4-cü bəndinə əsasən, müqavilə üzrə hər bir sığorta olunana münasibətdə sığorta məbləğləri, habelə ümumi sığorta məbləği Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 21 dekabr tarixli Q-10 nömrəli Kollegiya Qərarı ilə təsdiq etdiyi «istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydaları»na uyğun olaraq hesablanmaqla müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan əlavədə müəyyən edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********51 nömrəli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə **********51/10 nömrəli əlavədən görünür ki, İddiaçı Yahya oğlu üçün sığorta məbləği 73173,85 manat müəyyənləşdirilmişdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin j bəndinə əsasən, işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək işçinin hüquqlarından biridir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 2.0.3-cü maddəsinə əsasən, sığorta olunan – xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi verilməli olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslərdir. Həmin Qanunun 2.0.4-ci maddəsinə əsasən, sığortalı – sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarıdır. Həmin Qanunun 2.0.12-ci maddəsinə əsasən, sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Həmin Qanunun 3.1 və 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri , habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən, bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Məhkəmə tərəfinsən işin araşdırılmış hallarına müəyyən eilmişdir ki, İddiaçı Yahya oğlu 24 oktyabr 2019-cu il tarixində yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində bədən xəsarəti almış, əmək qabiliyyəti 40% itirmiş və ona 3-cü dərəcəli əlillik verilmişdir. Baş vermiş hadisə, iddiaçının öz əmək funksiyasını yerinə yetirən zaman baş vermişdir, bununla bağlı işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisə haqqında akt tərtib edilmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt, İddiaçı Yahya oğlu icbari sığorta müqaviləsi üzrə sığorta olunmamış, yalnız hagisənin baş verməsindən 2 aya yaxın müddət keçdikdən sonra icbari qaydada sığortalanmışdır. Ona görə də, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 İddiaçı müvafiq sığorta ödənişinin verilməsi barədə müraciətinə cavab olaraq, İddiaçı sığorta təminatında olmadığının müəyyən edilməsi səbəbindən sığorta ödənişinin həyata keçirilməsinın mümkünsüz olduğu bildirilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalı, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 iddiaçıya münasibətdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək vəzifəsini yerinə yetirmədiyindən, onun qarşısında qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Bu səbəbdən qanunla ona ödənilməli olan sığorta ödənişi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 tərəfindən ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxsin iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı dəlilini əsasız hesab edərək, qeyd edir ki, dəymiş zərərin ödənilməsi, əmək qabiliyyətinin itirilməsi hallarına görə icbari həyat sığortasının nəzərdə tutduğu təminatları özündə ehtiva etmir. Məhkəmə iddiaçıya ödənilməsli olan sığorta məbləğinin məbləğində münasibətdə qeyd edir ki, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 16.3 və 16.3.1-ci maddəsinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə birdəfəlik sığorta ödənişi verilir. İcbari sığortalar haqqında Qanunun 14.2., 14.2.3 və 14.2.3.3-cü maddəsinə (14.2.3.3-cü maddənin əvvəlki redaksiyasında) əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması halında İİİ dərəcə əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə –sığorta məbləğinin 40 faiz nisbətində ödənilir. Qeyd edilən normalara və iş materiallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı müddətsiz olmaqla üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həmçinin iddiaçıya İddiaçı Yahya oğlu üçün sığorta məbləği 73173,85 manat müəyyənləşdirilmişdir. Belə olduğu halda, cavabdeh tərəfindən iddiaçıya həmin məbləğin 40% həcmində, birdəfəlik qaydada 29269,54 manat (73173,85x40%:100=29269,54) manat məbləğində ödəniş edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ödənilməli olan sığorta ödənişinin əvəzi kimi 29269,54 (iyirmi doqquz min iki yüz altmış doqquz manat əlli dörd qəpik) (73173,85x40%:100=29269,54) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ödənilməli olan sığorta ödənişinin əvəzi kimi 29269,54 (iyirmi doqquz min iki yüz altmış doqquz manat əlli dörd qəpik) (73173,85x40%:100=29269,54) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3304/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3304/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver