Məhkəmə qərarları › İş №e-2(004)-3305/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3305/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3305/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış ********* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında 9 ay müddətinə, 1190 manat dəyərində olan Apple Watch markalı əşya və ********* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə əsasında 9 ay müddətinə, 2269 manat dəyərində olan X2 markalı əşya satılmışdır. Cavabdeh müqavilələrə əsasən 1190 manat və 2269 manat məbləğlərində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğısatqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və ********* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ümumi olaraq 732 manat, ********* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə ümumi olaraq 1147 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə bağlı yazılı və şifahi xəbərdarlıq edilsə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən, ********* nömrəli, xx.xx.2022-ci il tarixli və ********* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1580 (min beş yüz səksən) manat məbləğində borc və 36 (otuz altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1616 (min altı yüz on altı) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” 1190 manat dəyərində olan Apple Watch markalı əşyanı “Alıcı”ya satmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Satıcı” 2269 manat dəyərində olan Apple Watch markalı əşyanı “Alıcı”ya satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ********* nömrəli, xx.xx.2022-ci il tarixli və ********* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən 1580 (min beş yüz səksən) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh ********* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 1190 manat dəyərində olan Apple Watch markalı əşyanı almışdır. Cavabdeh aldığı əşyaya görə 152 manat ilkin ödəniş etmiş və borclu olduğu pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 580 manat ödəniş etmişdir. Bu müqavilə üzrə cavabdehin borcu 458 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh ********* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh 2269 manat dəyərində olan X2 markalı əşyanı almışdır. Cavabdeh aldığı əşyaya görə 290 manat ilkin ödəniş etmiş və borclu olduğu pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissəhissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 857 manat ödəniş etmişdir. Bu müqavilə üzrə cavabdehin borcu 1122 manat təşkil edir. Nəticə etibarilə Cavabdeh 1580 (min beş yüz səksən) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ********* nömrəli, xx.xx.2022-ci il tarixli və ********* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, 1190 manat dəyərində olan Apple Watch markalı əşyanı və 2269 manat dəyərində olan X2 markalı əşyanı almış, lakin müqavilə öhdəliklərinə əməl etmədiyindən 1580 (min beş yüz səksən) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış ********* nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan ********* nömrəli, xx.xx.2022-ci il tarixli və ********* nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış ********* nömrəli, xx.xx.2022-ci il tarixli və ********* nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və MM-in 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ********* nömrəli, xx.xx.2022-ci il tarixli və ********* nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 1580 (min beş yüz səksən) manat məbləğində borc, 36 (otuz altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1616 (min altı yüz on altı) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddiası təmin edilsin. Cavabdeh ********* nömrəli, xx.xx.2022-ci il tarixli və ********* nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 1580 (min beş yüz səksən) manat məbləğində pul, 36 (otuz altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1616 (min altı yüz on altı) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar