Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3307/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 700.08 manat ödənilməmiş hissə, 70.01 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, xx.xx.2024-cü il, tarixli müqavilə üzrə 1618.08 manat ödənilməmiş hissə, 161.81 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqavilə üzrə 1176 manat ödənilməmiş hissə, 117.6 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə üzrə 362.88 manat ödənilməmiş hissə, 36.29 manat cərimə olmaqla, ümumilikdə 4266.34 manat borc, 62.67 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700.08 (yeddi yüz manat, 08 qəpik) manat (12 ay x 58.34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********26035 Oppo Reno 12F markalı telefon, X5 1 il Xidməti, Paket Xl xidməüt içün ümumilikdə, 793.69 (yeddi yüz doxsan üç manat, 69 qəpik) manat olmaqla ondan, 700.08 (yeddi yüz manat, 08 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 70.01 (yetmiş manat, 01 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1618.08 (min altı yüz on səkkiz manat, 08 qəpik) manat (12 ay x 134.84 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5 Slim, 2 ədəd Blackviewairbuds 8 qulaqlıq, Zəmanət + 3 il xidməti üçün ümumilikdə, 1779.89 (min yeddi yüz yetmiş doqquz manat, 89 qəpik) manat olmaqla ondan, 1618.08 (min altı yüz on səkkiz manat, 08 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 161.81 (yüz altmış bir manat, 81 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1176 (min yüz yetmiş altı) manat (6 ay x 196 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5 Slim 1 üçün ümumilikdə, 1293.60 (min iki yüz doxsan üç manat, 60 qəpik) manat olmaqla ondan, 1176 (min yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 117.6 (yüz on yeddi manat, 60 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 362.88 (üç yüz altmış iki manat, 88 qəpik) manat (12 ay x 30.24 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd Ps5 Dualsense oyun pultu üçün ümumilikdə, 399.17 (üç yüz doxsan doqquz manat, 17 qəpik) manat olmaqla ondan, 362.88 (üç yüz altmış iki manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36.29 (otuz altı manat, 29 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 09675838 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 499,99 (dörd yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən X5 1 il Xidməti, İmei kod **********26035 Oppo Reno 12F markalı telefon alqı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 09675838 nömrəli alqı-satqı müqaviləsi üzrə , İmei kod **********26035 Oppo Reno 12F markalı telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il, tarixli, 427840 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 1199.99(min yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən Playstation 5 Slim 1, ümumilikdə dəyəri 29.99(iyirmi doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən 2 ədəd Blackviewairbuds 8 qulaqlıq məhsulunun alqı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 427840 nömrəli alqı-satqı müqaviləsi üzrə ədəd Blackviewairbuds 8 qulaqlıq məhsulu tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il, tarixli, 427840 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 1069,99(min altımış doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən Playstation 5 Slim 1 məhsulunun alqı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 427840 nömrəli alqı-satqı müqaviləsi üzrə Playstation 5 Slim 1 məhsul tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il, tarixli, 427840 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 109.**********9998 manat təşkil edən 3 ədəd Ps5 Dualsense oyun pultunun alqı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 427840 nömrəli alqı-satqı müqaviləsi üzrə 3 ədəd Ps5 Dualsense oyun pultu tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X2 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış arayışdan görünür ki İmei kod **********26035 Oppo Reno 12F markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində rüsum ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu 700.08 (yeddi yüz manat, səkkiz qəpik) manat; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu 1618.08 (min altı yüz on səkkiz manat, səkkiz qəpik) manat; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu 1176 (min yüz yetmiş altı) manat təşkil edir, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu 362.88 (üç yüz altmış iki manat, səksən qəpik) manat, ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq müştəriyə güzəşt edilərək 1-ci müqavilə üzrə 70.01 (yetmiş manat bir qəpik) manat, 2-ci müqavilə üzrə 161.81 (yüz altmış bir manat, səksən bir qəpik) manat, 3-cü müqavilə üzrə 117.6 (yüz on yeddi manat, altımış qəpik) manat, 4-cü müqavilə üzrə 36.29 (otuz altı manat, iyirmi doqquz qəpik) manat cərimə hesablanmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 62.67 (altımış iki manat altımış yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satğı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İddia ərizəsinə əlavə olunmuş malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2024-cü il tarixli, 09675838 nömrəli müqavilə üzrə 824,44(səkkiz yüz iyirmi dörd manat qırx dörd qəpik) manat əsas borc, 70.01 (yetmiş manat bir qəpik) manat cərimə borcu; xx.xx.2024-cü il tarixli, 427840 müqavilə üzrə isə 1618.08 (min altı yüz on səkkiz manat, səkkiz qəpik) manat əsas borc, 161.81 (yüz altmış bir manat, səksən bir qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 427840 müqavilə üzrə isə 1176 (min yüz yetmiş altı) manat əsas borc, 117.6 (yüz on yeddi manat, altımış qəpik)manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 427840 müqavilə üzrə isə 362.88 (üç yüz altmış iki manat, səksən qəpik) manat əsas borc, 36.29 (otuz altı manat, iyirmi doqquz qəpik) manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində rüsumu olmaqla,ümumilikdə 4266.34 (dörd min iki yüz altımış altı manat otuz dörd qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 59,2 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 700.08 (yeddi yüz manat səkkiz qəpik) manat əsas borc, 10 (on manat cərimə borcu, 23.6 (iyirmi üç manat altmış qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1618.08 (bir min altı yüz on səkkiz manat səkkiz qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1176 (bir min yüz yetmiş altı manat) əsas borc, 10 (on manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 362.88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 3920.64 (üç min doqquz yüz iyirmi manat altmış dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun 59,2 (əlli doqquz manat iyirmi qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə hesablanmış cərimələrin tənasübsüz yüksək olmasını nəzərə alaraq, cərimələrin məbləğinin azaldılmasını və hər müqavilə üzrə ayrı– ayrılıqda 10 (on) manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 700.08 (yeddi yüz manat səkkiz qəpik) manat əsas borc, 10 (on manat cərimə borcu, 23.6 (iyirmi üç manat altmış qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1618.08 (bir min altı yüz on səkkiz manat səkkiz qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1176 (bir min yüz yetmiş altı manat) əsas borc, 10 (on manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 362.88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 3920.64 (üç min doqquz yüz iyirmi manat altmış dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun 59,2 (əlli doqquz manat iyirmi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3307/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3307/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver