Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3329/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı «qanunsuz tikilinin sökülməsi və kompensasiya» tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MTK cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı «qanunsuz tikilinin sökülməsi və kompensasiya» tələbinə dair iddia ərizəsi ilə 31.05.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 01.06.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərə alaraq qeyd edirəm ki, iddia ərizəsi MPM-in 152.1.9-cu maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı «qanunsuz tikilinin sökülməsi və kompensasiya» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MTK-a qaytarılsın. 30.05.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumu İddiaçı MTK-ya (İddiaçı MTK, VÖEN ********** "xxxx" ASC, kod 503217, VÖEN **********, Müxbir hesab AZ81NABZ********************, S.W.İ.F.T. AZFİAZ22) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-3329/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3329/2022
02.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver