Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3329/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “miras aktivi və miras passivinin vərəsələr arasında bölünməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “miras aktivi və miras passivinin vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət etmiş və ərizə icraata qəbul edilmişdir. Tələbə əsasən, ünvan 2llədə yerləşən "xxxx" MMC-nin inşa etdiyi binada 1-ci blokda, 1 otaqlı, 55.5 kv.m, faktiki 62,5 kv.m olan 51 saylı mənzilin, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-3560/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində əks olunmuş 1256.25 manat kredit borcunun və 35.40 manat dövlət rüsumunun, X5 vəfatından sonra borclu olduğu ustaya gördüyü işlərin xidmət haqqı olaraq ödənilmiş 420 manat, sağlığında almış olduğu mebelə görə qalıq borcu 400 manat, X5 vəfatından sonra ödənilmiş 970 manat məbləğində cərimə, ünvan 2llədə yerləşən "xxxx" MMC-yə 2835 manat borcun və qəbir daşı və hüzür mərasimlərinə görə ödənilmiş 5000 manatın vərəsələrin payına mütənasib şəkildə bölünməsi və iddiaçı tərəfindən artıq ödənilən məbləğin digər vərəsələrdən tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2, İddiaçı, X10, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X5 vərəsələridir. X5 vəfatından sonra ondan miras qalmış Gədəbəy rayonu, Novosaratovka kəndində ümumi sahəsi 173,9 m2 olan fərdi yaşayış evi, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil, ünvan 2llədə "xxxx" MMCnin inşa etdiyi binada 1-ci blokda, 1 otaqlı, 55.5 kv.m, faktiki 62,5 kv.m olan 51 saylı mənzil, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evi (rəsmi sənədləri mövcud olmamışdır), “UAZ 469B” markalı, 1977-ci il buraxılışlı, ** BB *** qeydiyyat nömrəli nəqliyyat vasitəsi, "VAZ 21011 minik” markalı, 1979-cu il buraxılışlı, ** TX *** qeydiyyat nömrəli nəqliyyat vasitəsi, "Ford Transit" markalı, 2007-ci il buraxılışlı, ** VF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi miras aktivi olmuşdur. Tərəflər arasında uzun sürən məhkəmə mübahisələri mövcud olmuşdur. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 247/2024 saylı qətnaməsi ilə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmişdir. Cavabdeh6, X11, Cavabdeh2, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri hesab edilməklə, onların hər birinin miras əmlak Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0,1598 ha torpaq sahəsinin X5 payına və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 173,9 kv.m olan fərdi yaşayış evinə 1/6 hissədə payları, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilə 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə X11, Cavabdeh2, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payı müəyyən edilmiş, 2007-cı il buraxılışlı, ** VF *** dövlət qeydiyyat nömrəli "Ford Transit" markalı nəqliyyat vasitəsinin X1 ilə bağlı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, nəqliyyat vasitəsinin dəyəri 16.000 manat müəyyən edilməklə, həmin məbləğ üzərində 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə X11, Cavabdeh2, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payı müəyyən edilmiş, paylarına uyğun məbləğdə pul vəsaitinin cavabdeh İddiaçı onların xeyrinə tutulması, 1979-cu il buraxılışlı, ** TX *** qeydiyyat nömrəli “VAZ 21011 minik” markalı nəqliyyat vasitəsinə 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə X11, Cavabdeh2, İddiaçıcoğlu, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilmiş, 1977-ci il buraxılışlı, ** BB *** qeydiyyat nömrəli “UAZ 469B” markalı nəqliyyat vasitəsinə vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməsi qət edilmişdir. Lakin, Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçının Xırdalandakı əmlakla bağlı tələbi olmamış və həmin əmlaka münasibətdə payların müəyyən edilməsi xahiş edilməmiş və birinci instansiya məhkəməsi həmin əmlakla bağlı hər hansı araşdırma aparmamış və nəticəsi olmamışdır. Buna görə də həmin vərəsələrdən olan iddiaçı qeyd edilən əmlakın da bölünməsi və miras qoyanın borcları üzrə də hər bir vərəsənin sahibi olduğu paya münasib bölgünün aparılması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini zəruri hesab etmişdir. Belə ki, miras qoyan X5 vəfatından sonra cərimə borcu üzrə 970 manat, borclu olduğu ustaya gördüyü işlərin xidmət haqqı olaraq 420 manat, sağlığında almış olduğu mebelə görə 400 manat, istifadəsində olan avtomobilin cəriməsinə görə 790 manat, qəbir daşına 4000 manat, ümumi hüzür xərclərinə görə dəfn pulunu çıxdıqdan sonra 1000 manat İddiaçı tərəfindən ödənilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyirinə 1256.25 manat kredit borcunun və 35.40 manat dövlət rüsumunun əvvəlki vərəsəlik şəhadətnaməsi üzrə Cavabdeh6, İddiaçı və Cavabdeh2 tutulması qət edilmişdir. Bundan əlavə mərhumun ünvan 2llədə yerləşən "xxxx" MMC-yə 2835 manat borcu olduğu da müəyyən edilmişdir. Buna görə də yenidən iddia tələbi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2369/2024 nömrəli qərarına əsasən müəyyən edilir ki, iddiaçılar Cavabdeh6 və Cavabdeh7 cavabdehlər Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi, X4, Cavabdeh2 və İddiaçı qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5728/2022 nömrəli mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Sadıqov - sədrlik edən və məruzəçi, E.Həsənov və X.Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin 7 və 9-cu bəndlərində qeyd edilmiş etibarnamələrin və "Ford Transit” markalı nəqliyyat vasitəsinin alğı-satqısına dair N.Qəmbərova ilə M.Əhmədov arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi, qalan hissədə iddia tələbinin qismən təmin edilməsi, 10-cu bənddə qeyd edilən ərizənin, 14-cü bənddə qeyd edilən müqavilələrin və şəhadətnamələrin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında ikinci miras əmlaka dair verilmiş çıxarışın (dövlət qeydiyyatı), birinci miras əmlaka dair verilmiş çıxarışın (dövlət qeydiyyatı) ləğv edilməsi, Cavabdeh6, Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 miras qoyanın vərəsələri hesab edilməklə onların hər birinin miras əmlak – birinci miras əmlakın yerləşdiyi 0,1598 ha torpaq sahəsinin miras qoyanın payına və birinci miras əmlaka 1/6 hissədə paylarının; ikinci miras əmlaka 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, "Ford Transit" markalı nəqliyyat vasitəsinin N.Qəmbərovaya satılması ilə bağlı xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin dəyərinin 16000 manat müəyyən edilməklə həmin məbləğ üzərində 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, paylarına uyğun məbləğdə pulun İddiaçı onların xeyrinə tutulması, “VAZ 21011 minik” markalı nəqliyyat vasitəsinə 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, “UAZ 469B” markalı nəqliyyat vasitəsinə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, 51 saylı mənzilə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, həmin mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləğinin miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1348/2023 nömrəli mülki iş üzrə 4 aprel 2023-cü il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - “Cavabdeh6, Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 miras qoyanın vərəsələri hesab edilməklə onların hər birinin miras əmlak – birinci miras əmlakın yerləşdiyi 0,1598 ha torpaq sahəsinin miras qoyanın payına və birinci miras əmlaka 1/6 hissədə paylarının, ikinci miras əmlaka 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, "Ford Transit" markalı nəqliyyat vasitəsinin N.Qəmbərovaya satılması ilə bağlı xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin dəyərinin 16000 manat müəyyən edilməklə həmin məbləğ üzərində 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, paylarına uyğun məbləğdə pulun İddiaçı onların xeyrinə tutulması, “VAZ 21011 minik” markalı nəqliyyat vasitəsinə 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, “UAZ 469B” markalı nəqliyyat vasitəsinə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, 51 saylı mənzilə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, həmin mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləğinin miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünməsi” hissələrində ləğv olunması, həmin hissələrdə (51 saylı mənzilə dair olan hissə istisna olmaqla) yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin araşdırılmış halları baxımından aydın olmuşdur ki, vərəsələrdən İddiaçı və İddiaçı mirası rəsmi olaraq digər vərəsə Cavabdeh6 faktiki olaraq qəbul etdiklərini göstərmişdir, digər vərəsələr isə mirasın rəsmi və ya faktiki qəbul edilməsi ilə bağlı hər hansı münasibət bildirməmiş, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı hər hansı araşdırma aparmadan vərəsələrin hər birinin miras əmlakda pay sahibi olmasını müəyyən etmişdir. Məhkəmənin bu nəticəyə hansı sübutlar əsasında gəlməsi qeyri-müəyyəndir. Bu halda isə kassasiya şikayətində haqlı olaraq göstərilmişdir ki, “Apellyasiya şikayətini yalnız iddiaçı Cavabdeh6 vermişdir. İşdə qanuni qüvvəyə minmiş məhkəmə qərardadları olduğu halda 3-cü şəxslər işə daxil olmadıqları halda, iddia tələbləri icraata daxil edilmədiyi, vərəsəliyin qəbulu müddətini ötürdükləri halda hakim qanunsuz olaraq qanunları pozaraq qanuni qüvvədə olan məhkəmə qərardadlarının əleyhinə olaraq 3-cü şəxsləri işə cəlb edərək miras əmlakdan onlara da pay hüququ tanımışdır. Məhkəmənin pay verdiyi şəxslərdən iddiaçı və 3-cü şəxslərin heç biri qanunla nəzərdə tutulmuş qaydada 6 ay müddətində mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər”. Məhkəmə sorğusuna cavab məktubundan müəyyən edilmişdir ki, miras qoyanın adına olan müqavilə ilə aldığı 51 saylı mənzil mövcud olmuş, mənzil miras aktivi olduğu kimi mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləği də miras passivini təşkil etmişdir. Mənzil 2010-cu il tarixində əldə edildiyi üçün həmin mənzil üzərində də vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməlidir. Eyni zamanda 2835 manat borc məbləği miras passiv olmaqla 1/6 hissədə bölünməlidir. İddiaçının bu əmlakla bağlı tələbi olmamış və həmin əmlaka münasibətdə payların müəyyən edilməsi xahiş edilməmiş və birinci instansiya məhkəməsi həmin əmlakla bağlı hər hansı araşdırma aparmamış və nəticəsi olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbi ilə əhatə olunmayan əmlaka münasibətdə (51 saylı mənzil) qətnamə çıxarmışdır ki, bu verilmiş tələbdən kənara çıxma və MPM-in 218.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-247/2024 nömrəli mülki iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh6, Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 miras qoyanın vərəsələri hesab edilməklə onların hər birinin miras əmlak – birinci miras əmlakın yerləşdiyi 0,1598 ha torpaq sahəsinin miras qoyanın payına və birinci miras əmlaka 1/6 hissədə payları; ikinci miras əmlaka 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, "Ford Transit" markalı nəqliyyat vasitəsinin N.Qəmbərovaya satılması ilə bağlı xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin dəyəri 16.000 manat müəyyən edilməklə həmin məbləğ üzərində 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, paylarına uyğun məbləğdə pulun İddiaçı onların xeyrinə tutulması, “VAZ 21011 minik” markalı nəqliyyat vasitəsinə 7/12 hissədə Cavabdeh6, 1/12 hissədə isə Cavabdeh7, İddiaçı, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 payının müəyyən edilməsi, “UAZ 469B” markalı nəqliyyat vasitəsinə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi qət edilmişdir. (hakimlər: M.Rüstəmli - sədrlik edən və məruzəçi, A.İsgəndərov və F.Qasımov). Həmin qətnamədən Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2369/2024 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-247/2024 nömrəli mülki iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarların preyudisial əhəmiyyəti məhkəmə tərəfindən nəzərə alınır. İddiaçı tərəfin vəsatəti əsasında miras qoyanın qardaşı X8 və iddiaçının dostu X7 şahid qismində ifadə verməklə iddia tələbi üzrə miras qoyanın yas mərasimi və qəbir abidəsinin tikilməsinə 5000 manat, X5 vəfatından sonra borclu olduğu ustaya gördüyü işlərin xidmət haqqı olaraq ödənilmiş 420 manat, sağlığında almış olduğu mebelə görə qalıq borcu 400 manat, X5 vəfatından sonra ödənilmiş 970 manat məbləğində cərimə məbləğinin İddiaçı tərəfindən ödənildiyini bildirmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Mülki Məcəllənin aşağıdakı hüquq normaları çıxış edir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna (hazırda notariat ofisinə) mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Maddə 1257. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Maddə 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Maddə 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 2369/2024 nömrəli qərarında müəyyən edilmiş faktiki və hüquqi halların preyudisial əhəmiyyətini nəzərə alır. Odur ki, məhkəmə aktlarının iş materiallarında olmasını əsas götürməklə həmin mülki iş üzrə müəyyən edilmiş halları yenidən hazırki qətnaməyə köçürtməyi zəruri hesab etmir (qətnamənin genişləndirilməməsi məqsədilə). Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ünvan 2llədə "xxxx" MMC-nin inşa etdiyi binada 1-ci blokda, 1 otaqlı, 55.5 kv.m, faktiki 62,5 kv.m olan 51 saylı mənzilə vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməli, həmin mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləği miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünməli, həmçinin Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-3560/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində əks olunmuş 1256.25 manat kredit borcunun və 35.40 manat dövlət rüsumu olmaqla ümumilikdə 1291,65 manat borc məbləği miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünməlidir. Sözügedən miras aktivi və passivinin vərəsələr arasında paylarına uyğun şəkildə bölünməsi Mülki Məcəllənin vərəsəlik hüquq normalarının tələbləri çərçivəsində universal hüquq varisliyi qaydasında əsaslı və qanunidir. Həmin hallar əvvəlki məhkəmə işində (1-ci apellyasiya icraatı zamanı) həllini tapmış, lakin, sırf prosessual əsaslarla, iddia tələbindən kənara çıxılması əsası ilə kassasiya instansiya tərəfindən qətnamə həmin hissədə ləğv edilmişdir. Hazırki mübahisə üzrə bu barədə tərəflər arasında ciddi çəkişmə həyata keçirilməmiş, iddia tələbində göstərilən sözügedən hissədə arqumentlərin təkzib edilməsi cavabdeh tərəfindən bildirilməmişdir. Həmin hissədə mübahisənin faktiki və hüquqi əsasları cavabdeh tərəfindən məhkəmənin nəzərinə çatdırılmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, tələb üzrə iddia edilən 420 manat və 400 manat miras passivi barədə əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının oğul övladı kimi miras qoyanın hüzür məclisi və qəbir abidəsinin tikilməsi ilə bağlı konkret sübutlar məhkəməyə təqdim edilməmiş, iddia edilən 5000 manat vəsaitin məbləği barədə sübutetmə həyata keçirilməmişdir. Ölkə ərazisində təşəkkül tapmış adət-ənənələr, mental qaydalar nəzərə alınmaqla, dəfn və hüzür mərasimi ilə bağlı vəfat edən şəxsin yaxınları, xüsusən vəfat edən şəxsin ölümünə qədər birlikdə yaşadığı oğul övladı tərəfindən xərclər çəkilir, hətta nəzərə alınır ki, həmin məclislərdə iştirak edən şəxslər tərəfindən kömək etmək məqsədilə müvafiq məbləğdə pul yardımları da (hüzürə pul yazdırmaq kimi) həyata keçirilir. Yəni, bu məsələlər qanunla deyil, ciddi normativ əsası olmayan adətlərlə təşəkkül tapmış xüsusatlardır. Hüzür məclisinin sadə şəkildə keçirilməsi və ya qəbir abidəsinin sadə şəkildə tikilməsi hər hansı neqativ hala səbəb olmur, əksinə müsbət qiymətləndirilməlidir. Məhkəmə adətlərin tələbləri nöqteyi-nəzərdən çıxış edərək xərclərin qanun əsasında digər vərəsələrə aid edilməsinin hüquqi əsasını müəyyən etməkdə çətinlik çəkir və hesab edir ki, iddia tələbi üzrə sözügedən xüsusat miras passivi kimi cavabdehlərə aid edilməməlidir. Şahidlərin isə iddiaçının əmisi və yaxın dostu olması nəzərə alınır, həmçinin xüsusi subutlarla müəyyən edilməli olan halların şahid ifadəsi əsasında müəyyən edilməsi əsaslı hesab edilə bilməz. Nəzərə alınır ki, şahidlər də konkret sübutlarla deyil, iddiaçıdan eşitdikləri məlumatlar əsasında izahatlar vermişlər. Tələb üzrə göstərilən xüsusatlar konkret məbləğləri əhatə etdiyindən konkret mötəbər sübutlarla (ödəniş qəbzi, müqavilə, borc öhdəliyi barədə sənəd və s.) təsdiqini tapmalıdır. Miras qoyanın sağlığında idarə etdiyi avtomobillə əlaqədar olaraq DYP və ya AYNA tərəfindən tətbiq edilmiş 970 manat həddin inzibati cərimələrə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin (miras qoyan) vəfat etməsi həmin inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Belə ki, məsuliyyət fərdidir, barəsində inzibati və ya cinayət məsuliyyəti tətbiq edilmiş şəxs öldükdə, bu hal müvafiq icraata xitam verilməsi üçün əsasdır. Məsuliyyətin fərdiliyi nöqteyi-nəzərdən həmin öhdəlik miras passivi kimi vərəsələrə keçə bilməz, avtomobil üzərində hər hansı məhdudlaşmanın saxlanılmasına əsas ola bilməz. İnzibati tənbeh tədbiri avtomobilə deyil, şəxsə tətbiq edilir. Bu barədə əgər mübahisə varsa, səlahiyyətli orqanın (DYP və ya AYNA) qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər. Həmçinin, iddia tələbi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə münasibətdə təmin edilə bilməz. Belə ki, sözügedən orqan tələb üzrə əsl olmayan cavabdehdir. Həmin orqanın idarə statusu nəzərə alınmaqla hesab edilir ki, öhdəlik publik hüquqi şəxsin üzərinə qoyula bilər, ki, hazırki mübahisə üzrə həmin publik hüquqi şəxsin özü də əsl olmayan cavabdehdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir, mülki prosesdə “formal həqiqət”in müəyyən edilməsi prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə isə qərar qəbul edərkən yalnız qanuna tabedir və sübutlardan asılıdır. Ədaləti isə qanunun çərçivəsində təmin etmək mümkündür. Qanunun konkret tələblərini nəzərə almadan və mülki iş üzrə sübutlardan kənara çıxmaqla ədalətin təmin edilməsi qanunçuluq və çəkişmə prinsipinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin edilməsi xüsusatı nəzərə alınmaqla mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2llədə "xxxx" MMC-nin inşa etdiyi binada 1-ci blokda, 1 otaqlı, 55.5 kv.m, faktiki 62,5 kv.m olan 51 saylı mənzilə vərəsələr İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 hər birinin 1/6 hissədə payı müəyyən edilməli, həmin mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləği miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünməli, həmçinin Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)- 3560/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində əks olunmuş 1256.25 manat kredit borcunun və 35.40 manat dövlət rüsumu olmaqla ümumilikdə 1291,65 manat borc məbləği miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “miras aktivi və miras passivinin vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi 27-ci məhəllədə "xxxx" MMC-nin inşa etdiyi binada 1-ci blokda, 1 otaqlı, 55.5 kv.m, faktiki 62,5 kv.m olan 51 saylı mənzilə vərəsələr İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 hər birinin 1/6 hissədə payı müəyyən edilsin. Həmin mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləği miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünsün. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-3560/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində əks olunmuş 1256.25 manat kredit borcu və 35.40 manat dövlət rüsumu olmaqla ümumilikdə 1291,65 manat borc məbləği miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3329/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3329/2025
12.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver