Məhkəmə qərarları › İş №e-2(004)-3341/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3341/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3341/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə üzrə 728.04 (yeddi yüz iyirmi səkziz manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 72.80 (yetmiş iki manat, 80 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə üzrə 714.60 (yeddi yüz on dörd manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 71.46 (yetmiş bir manat, 46 qəpik) manat cərimə, ümumilikdə 1634.10 manat borc pul və 36.35 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən X3 2 il xidməti, Ödənişin Təminati Xidməti, İMEİ KDOU **********76788 Samsung Galaxy A25 markalı telefon, Samsung 25w Compact Charger, X3 1 il xidməti, İMEİ KODU **********72939 Samsung Galaxy A25 markalı telefon almış və nəticədə 1634.10 (min altı yüz otuz dörd manat, 10 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 728.04 (yeddi yüz iyirmi səkziz manat, 04 qəpik) manat (12 ay x 60.67 manat + 0 manat ilkin ödəniş) olan X3 2 il xidməti, Ödənişin Təminati Xidməti, İMEİ KDOU **********76788 Samsung Galaxya25 markalı telefon üçnn ümumilikdə, 824.44 (səkkiz yüz iyirmi dörd manat, 44 qəpik) manat olmaqla ondan, 728.04 (yeddi yüz iyirmi səkziz manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 72.80 (yetmiş iki manat, 80 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 714.60 (yeddi yüz on dörd manat, 60 qəpik) manat (12 ay x 59.55 manat + 0 manat ilkin ödəniş) olan Samsung 25w Compact Charger, X3 1 il xidməti, İMEİ KODU**********72939 Samsung Galaxy A25 markalı telefon üçün ümumilikdə, 809.66 (səkkiz yüz doqquz manat, 66 qəpik) manat olmaqla ondan, 714.60 (yeddi yüz on dörd manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 71.46 (yetmiş bir manat, 46 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Nümayəndə arasında ümumilikdə dəyəri 549,99 (beş yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********72939 SAMSUNG GALAXY A25 markalı telefonun alqı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən ********* nömrəli alqı-satqı müqaviləsi üzrə SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********72939 SAMSUNG GALAXY A25 markalı telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 06124794 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Nümayəndə arasında ümumilikdə dəyəri 599,04 (beş yüz doxsan doqquz manat dörd qəpik) manat təşkil edən QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, , İMEİ KODU **********76788 olan SAMSUNG GALAXY A25 markalı telefon alqı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 06124794 nömrəli alqı-satqı müqaviləsi üzrə ,İMEİ KODU **********76788 olan SAMSUNG GALAXY A25 markalı telefonu tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış arayışdan görünür ki, İmei Kodu **********76788 SAMSUNG GALAXY A25,İMEİ KODU **********72939 SAMSUNG GALAXY A25 telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində rüsum ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu 824,44(səkkiz yüz iyirmi dörd manat qırx dörd qəpik) manat; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu 809,66 (səkkiz yüz doqquz manat altımış altı qəpik) manat təşkil edir, ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq müştəriyə güzəşt edilərək 1-ci müqavilə üzrə 72.80 (yetmiş iki manat, səksən qəpik) manat, 2-ci müqavilə üzrə 71.46 (yetmiş bir manat, qırx altı qəpik) manat cərimə hesablanmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36.35 (otuz altı manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satğı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İddia ərizəsinə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2024-cü il tarixli, 06124794 nömrəli müqavilə üzrə 824,44(səkkiz yüz iyirmi dörd manat qırx dörd qəpik) manat əsas borc, 72.80 (yetmiş iki manat, 80 qəpik) manat cərimə borcu; xx.xx.2024-cü il tarixli, ********** müqavilə üzrə isə 809,66 (səkkiz yüz doqquz manat altımış altı qəpik) manat əsas borc, 71.46 (yetmiş bir manat, qırx altı qəpik) manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində rüsumu olmaqla,ümumilikdə 1634.10 (min altı yüz otuz dörd manat on qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə hesablanmış cərimələrin tənasübsüz yüksək olmasını nəzərə alaraq, cərimələrin məbləğinin azaldılmasını və hər iki müqavilə üzrə ayrı–ayrılıqda 10 (on) manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 714.60 (yeddi yüz on dörd manat altmış qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 728.04 (yeddi yüz iyirmi səkkiz manat dörd qəpik) manat qırx dörd qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə rüsum kimi ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində pul olmaqla ümumilikdə 1486.24 (bir min dörd yüz səksən altı manat iyirmi dörd qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 36.35 (otuz altı manat otuz beş qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 714.60 (yeddi yüz on dörd manat altmış qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 728.04 (yeddi yüz iyirmi səkkiz manat dörd qəpik) manat qırx dörd qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə rüsum kimi ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində pul olmaqla ümumilikdə 1486.24 (bir min dörd yüz səksən altı manat iyirmi dörd qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 36.35 (otuz altı manat otuz beş qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar