Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3354/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı1, İddiaçı4 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X8 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X8 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində istifadə hüququna 9000 (doqquz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) İddiaçı4 mərhum əri X4 məxsus olmuşdur. X9 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq miras əmlak kimi İddiaçı4 mülkiyyətinə keçmişdir və ona xx.xx.2019-cu il tarixli elektron çıxarış verilmişdir. Həmin evin faktiki sahələri - 4,3 kv.m, 18,4 kv.m, 8,1 kv.m, 3,4 kv.m, 15,8 kv.m, 13,0 kv.m olmaqla, ümumi sahəsi 50 kv.m və həyətyanı sahəsi 13 kv.m-dən ibarətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-560/2019 nömrəli qətnaməsi ilə İddiaçı4 Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B" tikilisində olan 2 otağına köçürülməsi qət edilmişdir. Hal-hazırda həmin fərdi yaşayış evi üzərində elektron çıxarışa əsasən İddiaçı4 başqa digər şəxslərin, yəni İddiaçı2, İddiaçı1 və İddiaçı3 da payı mövcuddur. Cavabdehlər Cavabdeh1 və Aidə Məmmədova onlara məxsus “B” tikilisində olan 2 otaq və 1 mətbəxi zəbt edərək mənzil üzərində onların mənzil hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Cavabdehlər mənzillərindən sərbəst istifadə etməyə və mənzillərində yaşamağa maneəçilik törədək imkan vermirlər. Bakı şəhəri, 8-ci km. qəsəbəsi, Q.Qarayev küçəsi, 28-ci məhəllə, ev 29, 104 saylı mənzil xx.xx.1995-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən həmin mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Göründüyü kimi Cavabdeh1 özünün xüsusi mülkiyyətində əmlakı var, onun istifadə hüquqlarına xitam veriləcəyi halda o yaşayış yerindən məhrum olmayacaq, yaşamaq üçün hətta evi də mövcuddur. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X8 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddiaçının iddiası əsassızdır, təmin edilə bilməz. Qeyd edilən ünvandakı mənzilin bir otağını iddiaçının qaynatası İddiaçı1 Bayraməli oğlu 1956-cı ildə aralarında olan razılaşmaya əsasən Cavabdeh1 nənəsi Asya Məmmədovaya satmışdır. Həmin vaxtdan da nənəsi və valideynləri köçüb həmin ünvanda qeydiyyata alınmaqla yaşamışlar. İddiaçı1 onlara satdığı bir otaqlı mənzili söküb yerində hal-hazırda istifadələrində olan mənzili yenidən tikmişlər. Həmin vaxtdan mənzil İddiaçı4 yaşadığı mənzildən tam təcrid olunmuşdur. Cavabdeh1 özü də həmin ünvanda anadan olmuş, hərbi xidmətə getmiş və qayıtdıqdan sonra yenə qeydiyyata alınmaqla həmin ünvanda yaşamaqda davam etmişdir. Cavabdeh1 nənəsi X5 xx.xx.1995-ci ildə, X6 isə xx.xx.1997-ci ildə həmin ünvanda vəfat etmişlər. İddiaçı1 sağlığında heç vaxt aralarında mənzil mübahisəsi olmamışdır. Cavabdeh2 da nikaha daxil olduqları vaxtı həmin mənzilə gəlin gəlmişdir, Bütün qonşular da bilirmiş ki, İddiaçı1 mənzili onlara satmışdır. İddiaçı1 mənzili valideynlərinə satan zaman bildirmişdir ki, həmin ünvandan başqa səxslərə də mənzillər satıb, gələcəkdə hamısını özü ayırıb sənədləşdirəcək. O, 1975-ci ildə vəfat etmişdir. Onun ailə üzvləri ilə də aralarında mənzil mübahisəsi olmamışdır. Ancaq, valideynləri vəfat etdikdən sonra 2000-ci ildə iddiaçının əri X1 Rayon Məhkəməsində iddia qaldıraraq guya Cavabdeh1 və valideynlərinin həmin mənzildə kirayənişin olduqlarını əsas gətirərək mənzildən çıxarılmalarını tələb etmişdir. Qarşılıqlı iddia ilə müraciət edərək mənzilin istifadələrində olan hissəsinə istifadə hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həqiqətən də mənzilin onların istifadəsində olan hissəsi İddiaçı1 tərəfindən nənəsi Asya Məmmədovaya satılmış, valideynləri və nənəsi isə həmin mənzili sökərək yerində hazırda Cavabdeh1 istifadəsində olan mənzili öz vəsaitləri hesabına tikdirmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2-1461/2000 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanda yaşayan iddiaçı X3 həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 36 nömrəli fərdi yaşayış evindən çıxarılma" tələbinə dair ilk iddiası rədd edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır. Həmin qətnamədə olan şahid işfadələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən mülkiyyətçi kimi istifadə etmiş, həmin evdə kirayə olmamışlar. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2001-ci il tarixli 1MK-150/2001 nömrəli qətnaməsi ilə iddiaçı X3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11,2000-ci il tarixli 2-1461/2000 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilini Cavabdeh1 nənəsi Asiya Məmmədova iddiaçı X3 atası İddiaçı1 Bayram oğlundan 1956-cı ildə pulla satın almışdır, yenidən tikərək şəxsi əmlakları kimi istifadə və sahiblik etmişlər. Cavabdeh1 özü 1966-cı ildə həmin evdə doğulmuş və pasport qeydiyyatında olmaqla qanuni əsaslarla öz ailəsi ilə həmin evdə yaşayır. Cavabdeh tərəfindən əvvəlki məhkəmə işlərində təqdim edilmiş mənzilin texniki pasportundan görünür ki, mənzilin "B" tikilisi 8 otaqdan və köməkçi sahələrdən ibarətdir. Həmçinin də mənzilin “B" tikilisi özü də iki hissədən ibarətdir. Cavabdeh özü də hal hazırda ailə üzvləri ilə mənzilin "B" tikilisinə aid hissəsində yaşayır. "A” tikilisinə aid sahəni isə Kamran Tağıyev sağlığında satmışdır. Göründüyü kimi, cavabdeh mənzilin “A" tikilisinə aid hissəsini və “B” hissəsinin də bir hissəsini satıb, bir hissəsində də özü yaşadığı halda onun istifadəsində və sahibliyində olan hissəsinə də vərəsəlik yolu ilə mülkiyyət əldə etməsini iddia edir. Həmçinin də DƏDRX-nin 1 saylı BƏİ-nin xx.xx.2018- ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 nömrəli evin 1956-1990-cı illəri əhatə edən müddətdə şəxsi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməsi barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Ev xx.xx.1991-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Buradan da məlum olur ki, Xədicə Tağıyevanın həyat yoldaşı olan İddiaçı1 mənzili onun valideynlərinə satan zaman mənzil hüquqi qeydiyyata alınmamışdır. Bu səbəbdən də mənzilə dair alqı-satqı müqaviləsi olmamışdır. Mənzildə qeydiyyatda olmaqla 1956-cı ildən valideynlərinin, hal-hazıradək də onların yaşadıqları və valideynlərinin şəxsi vəsaiti hesabına tikilmiş mənzilə dair qanunsuz yolla xəbərləri olmadan əldə edilmiş mülkiyyət hüququnun əsası yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiklərini və tələbin rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən “B” tikilisindən 2 otaq (y/s-16 kv.m, k/s- 18,1 kv.m)-dən (y/s- 5 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı2 Qaım oğlunun, (y/s – 4 kv.m, k/s-6 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı1 adına, (y/s – 4 kv.m, k/s-6 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı3 adına, (y/s – 3 kv.m, k/s-6,1 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Şirvanzadə küçəsi 36 ünvanında yaşayan X3 həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma barəsində qaldırdığı iddianın təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiasının təmin edilərək onların Bakı şəhəri, Şirvanzadə küçəsi 36 ünvanında onlara aid olan iki otaq bir mətbəxdən ibarət tikilidə istifadə hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK- 150/2001 saylı, xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2405/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nöömrəli fərdi yaşayış evinin B tikilisində olan 2 otağından çıxarılmaqla, istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7111/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2405/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-560/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ilk iddia üzrə İddiaçı4 ünvan 5 saylı evin B tikilisində onun mülkiyytində olan 2 otağa köçürülməsi, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı4 qarşı “ünvan 5 ünvanına dair X4 və İddiaçı4 verilmiş vərəsəlik şəhadətnamələrinin və bunun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, mənzilin istifadələrində olan hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması və həmin hissədə adına çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 71 saylı, 25 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən İddiaçı4 məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisində 2 otağın bazar dəyəri 75000 manat, 1 aylıq kirayə haqqının isə 200 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən “B” tikilisindən 2 otaq (y/s-16 kv.m, k/s- 18,1 kv.m)-dən (y/s- 5 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı2 Qaım oğlunun, (y/s – 4 kv.m, k/s-6 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı1 adına, (y/s – 4 kv.m, k/s-6 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı3 adına, (y/s – 3 kv.m, k/s-6,1 kv.m) xx.xx.2021-ci il tarixdən İddiaçı4 adına qeydiyyata alınmışdır. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər X8 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar və mübahisəli mənzil üzərində istifadə hüquqları vardır. Bu onların yeganə yaşayış yeridir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X8 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində istifadə hüququna 9000 (doqquz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təklifi qəbul etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin Plenum qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: • mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; • sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; • qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; • mənəvi zərərin ödənilməsi; • habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu baxımdan Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bundan əlavə R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Mülki Məcəllənin qeyd olunan normlarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Yuxarıda göstərilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 9000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan "xxxx" MMC-nin 71 saylı, 25 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən İddiaçı4 məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisində 2 otağın bazar dəyəri 75000 manat, 1 aylıq kirayə haqqının isə 200 manat təşkil etdiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində istifadə hüququna 9000 (doqquz min) manat kompensasiya ödənilməklə xitam verilməli və cavabdehlər mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində istifadə hüququna 9000 (doqquz min) manat kompensasiya ödənilməklə xitam verilsin və cavabdehlər mənzildən çıxarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3354/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3354/2023
25.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver