Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-338/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3695 manat əsas, 66.95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını və İddiaçı ASC-nin mülkiyyətindəki “Lada Granta” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 26 iyul 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Granta” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 48 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu ilin avqust ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməlidir. Lakin, lizinq alan Cavabdeh müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə cəmi 17185 manat ödədikdən sonra qalan borcu ödəməkdən imtina etmişdir. 2024-cü il sentyabrın 01-dək Cavabdeh İddiaçı ASC-yə 3695 manat əsas borcu vardır. Müqavilənin şərtlərilə və qanunla müəyyən edilmiş faizlər, habelə cərimə ondan tələb edilmir. Lizinq müqaviləsinin 8.2-ci bəndinə əsasən müqavilədə göstərilmiş müddət bitdikdən sonra lizinq müqaviləsi ləğv edilmiş hesab edilir. Cavabdehlə bağlanmış lizinq müqaviləsinin müddəti 2023-cü il iyulun 26-da bitmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki iş vardır. Qeyd etdiyi əsaslandırmadan irəli gələrək hesab edir ki, iddiaçı ərizəsində qeyd edilən tələblər üzrə iddia müddətini ötürmüşdür, bu da öz növbəsində qanunvericiliyin tələblərinin onun tərəfindən kobud şəkildə pozulması deməkdir. Hazırki iş üzrə iddiaçının tələbi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə qalan borcun tələb edilməsi ilə bağlıdır. Hərçənd ki, hazırda iddiaçının tələb etdiyi borc məbləği işin faktiki hallarına uyğun olmasa və reallığı əks etdirməsə də, bununla yanaşı həmin müqavilə üzrə borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti də ötürülmüşdür. Belə ki, məhkəməyə də məlum olduğu kimi Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin hallarında da göründüyü kimi hazırki mübahisənin mahiyyəti tərəflər arasındakı lizinq müqaviləsindən irəli gəlir və bu da qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarına nəzərə yetirməyi zəruri edir. Belə ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Hazırki işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən 2020-ci ilin iyun ayınadək ödənişlər nəinki vaxtlı-vaxtında, hətta aylıq anniutet məbləğindən daha çox ödənilmiş, lakin 2020-ci ilin iyun ayının 5-də yol-nəqliyyat hadisəsi baş vermiş, 8 iyun tarixində son dəfə tərəfindən ödəniş edilmiş, həmin tarixdən sonra isə bu mümkün olmamış, nəticədə müqavilə müddəti ərzində qalıq borcun ödənilməsi prosesi dayanmışdır. Bununla da qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddiaçının qalıq borcu, yəni hüquqi dillə deyilsə, pozulmuş hüququnun bərpasını tələb edə bilməsi üçün nəzərdə tutulan iddia müddətinin axımı artıq 2020-ci ilin iyun ayından etibarən başlanmışdır. Lakin məhkəməyə də məlum olduğu kimi iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə yalnız 2024-cü ilin sentyabrında, yəni 3 illik müddət keçdikdən sonra müraciət etmişdir və nəticədə qanunvericiliklə nəzərdə tutulan iddia müddətini birmənalı olaraq ötürmüşdür. Beləliklə, bütün bunlar onu təsdiqləyir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunan müddət tələbini kobudcasına pozmuşdur və bu hal da iddia tələbinin əsassız olması ilə yanaşı qeyd edilən xüsusat nəzərə alınmaqla da rədd olunmasına əsas təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, 2(004)-338/2025 nömrəli iş üzrə əvvəlki iclaslarda iştirak etdiyini, iddia ərizəsinə bütün sübutları əlavə etdiyini, digər sübut və dəlillərinin olmadığını bildirmişdir. İddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli, 1 nömrəli uzun müddətli icarə (daxili lizinq) müqaviləsinə əsasən lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti mülkiyyətindəki “Lada Granta" markalı, ** PJ *** dövlət nişan nömrəli, XTA219020K0611104 ban, 2019-cu il buraxılışlı, ******* mühərrikli, qara rəngli avtomobili müqavilənin şərtlərinə əsasən 48 ay müddətinə hər ay 435 manat cədvəl üzrə ödəməklə mülkiyyət hüququnun lizinq alana keçməsi məqsədilə lizinq alan Cavabdeh uzun müddətli lizinqə verir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “X7” 1 nömrəli əlavəyə əsasən “Lada Granta" markalı, ** PJ *** dövlət nişan nömrəli, XTA219020K0611104 ban, 2019-cu il buraxılışlı, ******* mühərrikli, qara rəngli avtomobilin protokol dəyəri ƏDV ilə birlikdə 20880 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “X5” 2 nömrəli əlavə edilmiş qəbul aktına əsasən xx.xx.2019 tarixdə imzalanmış "Lizinq” müqaviləsinin icrası olaraq lizinq obyekti olan “Lada Granta” 90PJ074 dövlət nömrə nişanlı, ban XTA219020K0611104, mühərrik 4086843, buraxılış ili 2019, VAZ Lada-Granta markalı minik avtomobili "Xəzər- Lada” ASC Xırdalan şəh. Sumqayıt şossesi 16 km ünvanda xx.xx.2019 tarixdə imzalanmış “Lizinq Müqaviləsi” ilə "Lizinq Alan" olan Cavabdeh təhvil verilmişdir. xx.xx.2019 tarixli “Lizinq obyektinin Müqaviləsinin” şərtlərinə uyğun olaraq “Alıcıya” verilmiş bütün tələb hüquqlarını qəbul edir. Lizinq obyektində nasazlıq yoxdur və istismara tam yararlıdır. Lizinq obyekti bütün ləvazimatları və sənədləri ilə birlikdə qəbul edilmiş və onlarda hər hansı çatışmamazlıq aşkar edilməmişdir. “Lizinq Verən” bəyan edir ki, Qarantiya dövründə və ondan sonra Lizinq obyektində aşkar olunan nasazlıqları qısa müddət ərzində aradan qaldıracaqdır. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş cədvəlinə əsasən Lada Granta 21902 501 A1 avomobili üçün icarə haqqı məbləği 20880 AZN, icarə müddəti 48 ay, icarə valyutası AZN kimi göstərilmişdir. Ödəniş cədvəli xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi aylıq ödəniş 435 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən ** PJ *** dövlət nömrə nişanlı, “Lada Granta” markalı avtomobil 48 (qırx səkkiz) ay müddətinə ona icarəyə verilmişdir. Aylıq icarə ödənişi - 435 manat, avtomobilin lizinq dəyəri – 20880 manat, müştəri tərəfindən cəmi ödənilib – 17185 manat, avtomobilin lizinq üzrə qalıq dəyəri – 3695 manat, xx.xx.2024-cü ilə əsas borcun qalığı -3695 manat, xx.xx.2024-cü ilədək cəmi borc: 3695 təşkil edir. İş materiallarında olan Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixində 435 manat, xx.xx.2019-cu il tarixində 435 manat, xx.xx.2019-cu il tarixində 435 manat, xx.xx.2019-cu il tarixində 435 manat, xx.xx.2019-cu il tarixində 435 manat, cəmi 2175 manat, xx.xx.2020-ci il tarixində 435 manat, xx.xx.2020-ci il tarixində 435 manat, xx.xx.2020-ci il tarixində 435 manat, xx.xx.2020-ci il tarixində 435 manat, xx.xx.2020-ci il tarixində 870 manat, xx.xx.2020-ci il tarixində (sığorta pulu) 12400 manat, cəmi 15010 manat ödəniş olunmuşdur. 2019-2020-ci il tarixlər üçün ümumi 17185 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 28 oktyabr 2024-cü il tarixli arayışına əsasən İddiaçı ASC-nə məxsus olan LADA-GRANTA markalı 90PJ074 dövlət nömrə nişanlı (buraxılış ili 2019-ci il, mühərrik 4086843, ban XTA219020K0611104) avtomobili lizinq müqaviləsi əsasında fiziki şəxs Cavabdeh istifadəsinə verilmişdir. Avtomobil icarədə olduğu müddətdə qəza nəticəsində yararsız hala düşmüşdür. Vətəndaş Cavabdeh dediyinə görə 90PJ074 nömrəli avtomobili “BAKU AUTO” Servis şirkətinin ərazisində yerləşdirilib. Lakın, həmin avtomobil “BAKU AUTO” Servis şirkətində aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 5 iyun 2020-ci il tarixli, 005-441-1220 nömrəli arayışa əsasən 5 iyun 2020-ci il tarixdə saat 08.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 52-ci kilometrində Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küç, ev 81-də xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh idarə etdiyi “Lada Granta” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək aşmışdır. Nəticədə sürücü Cavabdeh, sərnişinləri-1966-cı il təvəllüdlü X3, 1953-cü il təvəllüdlü X4 və X2 xəsarət almışlar. İş materiallarında olan X1 X9 avtoeksperti X6 xx.xx.2020-ci il tarixli ziyan aktına əsasən baxış zamanı məlum olmuşdur ki, Lada Granta 21902 markalı AZ ** PJ *** dövlət nömrə nişanlı avtomobilə dəyən güclü zərbə qabaq sağ-orta tərəfdən dəymişdir. Güclü zərbə nəticəsində avtomobil sağ tərəfə dam üzərinə aşmışdır.Aşma nəticəsində avtomobilin ban hissəsi ən böyük deformasıyaya uğrayaraq tam yararsız hala düşmüşdür. Eləcə də, güclü zərbə və aşma nəticəsində avtomobilin aşağıda yazılan ehtiyyat hissələri deformasiya uğrayaraq sıradan çıxmışdır. Bundan əlavə, aşma nəticəsində avtomobilin arxa sağ qanadı, arxa paneli (sağ tərəfdən) deformasiyaya uğramış təmir olunmalı və rənglənməlidir. Sıradan çıxmış ehtiyyat hissələrinin ümumi məbləği 7201 (yeddi min iki yüz bir) manat təşkil edir. Məhkəmə iş üzrə tərəflərin təqdim etdikləri sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747.2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsasən vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1-ci maddələrinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir. 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən şdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 iyul 2019-cu il tarixdə bağlanmış uzun müddətli icarə (daxili lizinq) müqaviləsinə əsasən lizinq verən İddiaçı ASC lizinq dəyəri 20880 manat olan “Lada Granta" markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili 48 müddətinə (xx.xx.2023-cü il tarixədək) hər ay 435 manat ödəmək şərtilə lizinq alan Cavabdeh uzun müddətli lizinqə vermiş və lizinq obyektini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. 2020-ci ilin iyun ayının 5-də yol-nəqliyyat hadisəsi baş vermiş, xx.xx.2020-ci il tarixində lizinq alan Cavabdeh tərəfindən sonuncu dəfə 870 manat məbləğində lizinq ödənişi həyata keçirilmişdir. Hazırda İddiaçı ASC Cavabdeh 3695 manat əsas, 66.95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması və İddiaçı ASC-nin mülkiyyətindəki “Lada Granta” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.5-ci bəndinə əsasən lizinq obyektini, lizinq alan istismara qəbul etdikdən sonra bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektini istismara qəbul etdiyi vəziyyətdə, tam işlək və estetik görünüşünü qoruyub saxlamağa borcludur. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən lizinq alan öhdəlik götürmüşdür ki, lizinq obyekti onun daimi faktiki yaşadığı ünvanda saxlanılacaq və lizinq verənin tələbi ilə istənilən vaxt ona yoxlamaq üçün təqdim ediləcəkdir. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti ünvan 2 ünvanda saxlanılacaqdır. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəniş etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən qəza və ya digər hadisə nəticəsində lizinq predmetinin təmirinə zərurət yarandıqda, lizinq alan öz vəsaiti hesabına onu təmir etdirməli və cədvəl üzrə lizinq ödənişlərini davam etməlidir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən lizinq alan, lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istismarı prosesində yol verilmiş risklərdən qorunması ilə əlaqədar lizinq obyektinin faktiki qəbul etdiyi andan məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh müqavilənin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə və qaydada ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, bundan başqa lizinq obyektini istismara qəbul etdiyi vəziyyətdə qoruyub saxlamamışdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh tərəflər arasında bağlanmış 26 iyul 2019-cu il tarixli X5 əsasən lizinq dəyəri 20880 manat olan avtomobil üçün 48 ay müddətinə hər ay 435 manat olmaqla İddiaçı MMC-yə icarə ödənişi ödəyəcəyi barədə öhdəlik götürsə də, ödəniş cədvəlinə əsasən cəmi 17185 manat ödəmiş və hazırda lizinq üzrə İddiaçı MMC-yə 3695 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Həmçinin lizinq obyekti olan “LADA- GRANTA” markalı, 90PJ074 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-yə qaytarmamışdır. Yəni, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 26 iyul 2019-cu il tarixli X5 və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən müqavilənin bitmə tarixinin xx.xx.2023-cü il olması müəyyən edilir. Daxili lizinq müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərlə bağlı iddia müddətinin axımı məhz müqavilə ilə bütün öhdəliklərin yerinə yetirilmə müddətinin nəzərdə tutulduğu son tarix xx.xx.2023-cü ildən hesablanır. Həmin tarixdən başlayaraq iddia müddətinin axımı başlayır. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış “Uzun müddətli icarə (daxili lizinq) müqaviləsi” üzrə öhdəliyin icrası müddəti 26 iyul 2023-cü il tarixinədək şərtləndirilmişdir ki, hazırkı iş üzrə mübahisə müqavilənin qüvvədə olma müddəti və ya müqavilənin qüvvədə olan müddətinin bitməsi ilə əlaqədar öhdəliyə xitam verilibverilməməsi ilə bağlı deyil, müqavilə üzrə öhdəliyə müddətin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsidir. Belə ki, müqavilənin qüvvədə olma müddəti ilə həmin müqavilədən irəli gələn öhdəliklərin tam icrası müddəti eyni anlayışlar deyil. Mülki Məcəllənin 399-cu maddəsində göstərilmişdir ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edildiyindən, müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmamışdır. Məhkəmə iddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 56.95 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-yə məxsus lizinq obyekti olan “LADA-GRANTA” markalı, 90PJ074 dövlət qeydiyyat nişanlı avtomobil (rəng qara, buraxılış ili 2019-cu il, mühərrik 4086843, ban XTA219020K0611104) Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə qaytarılmalı, Cavabdeh 26 iyul 2019-cu il tarixli X5 əsasən 3695 manat manat və dövlət rüsumu olaraq ödənilmiş 56.95 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-yə məxsus lizinq obyekti olan “LADA-GRANTA” markalı, 90PJ074 dövlət qeydiyyat nişanlı avtomobil (rəng qara, buraxılış ili 2019-cu il, mühərrik 4086843, ban XTA219020K0611104) Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Cavabdeh 26 iyul 2019-cu il tarixli X5 əsasən 3695 (üç min altı yüz doxsan beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 56.95 (əlli altı manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-338/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-338/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver