Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3389/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 3564,34 manat və 1435.66 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində verilmiş sığorta ödənişinin əvəzinin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 23:15 radələrində Bakı şəhəri, Ə.Əhmədov və V.Əliyev küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Kia Forte” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Hyundai Elantra” markalı, ZH799HZ dövlət qeydiyyat nişanlı və “Opel Vectra” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. X1 məxsus “Kia Forte” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən, “Hyundai Elantra” markalı, ZH799HZ dövlət qeydiyyat nişanlı avtomobilə 4382 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən, “Opel Vectra” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1765 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli ödəniş sənədlərindən aydın görünür ki, dəymiş zərərə mütənasib olaraq iddiaçı tərəfindən 3564.34 manat sığorta ödənişi zərərçəkmiş şəxs X3 və 1435.66 manat sığorta ödənişi isə zərərçəkmiş şəxs X2 hesabına ödənilmişdir. Yasamal rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli, 091-52756-1219 saylı YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Baxışov X4 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi və 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəzərə alaraq məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi X1 məxsus “Kia Forte” markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə, saat 23:15 radələrində Bakı şəhəri, Ə.Əhmədov və V.Əliyev küçələrinin kəsişməsində “Hyundai Elantra” markalı, ZH799HZ dövlət qeydiyyat nişanlı və “Opel Vectra” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq onları zədələmiş və hadisə yerini tərk etmişdir. İş materiallarındakı xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Hyundai Elantra” markalı, ZH799HZ dövlət nömrə nişanlı avtomobilə 4382 manat ziyan dəymişdir. İş materiallarındakı xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Opel Vectra” markalı, **-SK-*** dövlət nömrə nişanlı avtomobilə 1765 manat ziyan dəymişdir. Habelə, işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Baxışov X4 Xətalar Məcəlləsinin (hadisə yerindən yayınma) maddəsi və 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. “Kia Forte” markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığortalanmışdır. Odur ki, zərərin aradan qaldırılması üçün Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli Sığorta aktlarına əsasən 3564.34 manat sığorta ödənişi zərərçəkmiş şəxs X3 və 1435.66 manat sığorta ödənişi isə zərərçəkmiş şəxs X2 hesabına ödənilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh yol-nəqliyyat hasisəsi baş verdiyi zaman hadisə yerindən yayındığı üçün iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, cəmi 5000 manat sığorta ödənişinin əvəzi və 70 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq, 3564,34 (üç min beş yüz altmış dörd manat 34 qəpik) manat və 1435,66 (min dörd yüz otuz beş manat 66 qəpik) manat olmaqla, cəmi 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3389/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3389/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver