Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3402/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Nəcəfova X3 qarşı (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Nəcəfova X3 qarşı (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə almaq və həyata keçirmək məqsədi ilə yaradıldığı 2006-cı ildən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Sereteli, M.F.Axundov, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə müəyyən sövdələşmələr aparmış, onların bəziləri ilə ilkin alqı-satqı əməliyyatları həyata keçirmiş, bəzilərinə isə beh ödənişləri edərək külli miqdar pul vəsaiti xərcləmişdir. Göstərilən əməliyyatlar çərçivəsində hazırki iddia tələbi üzrə cavabdeh Nəcəfova X3 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı evlə bağlı tərəflər arasında Bakı şəhəri 12 saylı DNK-da bağlanaraq Reyestrdə 3M-5- 1085 nömrə ilə qeyd edilmiş 17 avqust 2006-cı il tarixli “RAZİLİQ SAZİŞİ” rəsmiləşdirilmişdir. Həmin sazişin 1-ci bəndində göstərilmişdir: Mən, Nəcəfova X5 ünvan 1 ünvanda yerləşən mənə məxsus olan evi 130 000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMC-yə satmışam, lakin 70.000 (yetmiş min) ABŞ dolları aldım və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəmə götürürəm. Qeyd edilməlidir ki, cavabdeh yuxarıda göstərilən sazişdən (bundan sonra əqd) irəli gələn öhdəliyinə bu günədək əməl etməmiş, bu istiqamətdə heç bir addım atmamış, habelə cəmiyyətin qanuni təmsilçisi Nümayəndə2 tərəfindən edilən bütün cəhdlər də bu günədək heç bir nəticə verməmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, yuxarıda göstərilən mübahisəli yaşayış evinə bitişik ətraf ərazidə yeni binaların tikintisinin aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaları üzrə üçüncü şəxs "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamı ilə Yasaml rayonu, C.Cabbarlı, İ.Əbilov, M.F.Axundov, N.Aşurbəyova, S.Salayev və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi, həmin tikililərin istifadəçiləri və mülkiyyətçiləri ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə ayrılmışdır. Odur ki, artıq xeyli vaxtdır ki, ərazidə söküntü-qazma işləri aparan üçüncü şəxs "xxxx" MMC-nin səlahiyyətli əməkdaşları tərəfindən daşınmaz əmlak sahibləri ilə (o cümlədən iddiaları üzrə cavabdehlə) söküntüyə gedən əmlakların əvəzləşdirilməsi istiqamətində sövdələşmələr aparılır və müqavilələr bağlanır. Bu səbəbdən cəmiyyətin yuxarıda göstərilən əqddən irəli gələn hüququnun pozulmasının qarşısını almaq üçün sözügedən əqd barədə üçüncü şəxs "xxxx" MMC-yə dəfələrlə məlumat verilmiş, lakin hər dəfə cavabında bu məsələnin onlara heç bir aidiyyəti olmadığı, sakinlərlə faktiki yaşayış sahəsi üzrə əvəzləşdirmələr aparılacağı birmənalı olaraq bildirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, "xxxx" MMC-nin yuxarıda gösərilən əqddən irəli gələn hüququ həm cavabdeh, həm də üçüncü şəxs tərəfindən nəzərə alınmır. Belə davam edəcəyi təqdirdə isə cəmiyyət zərərə məruz qalacaq, nəticə etibarilə tərəflər arasında bağlanmış əqd öz əhəmiyyətini itirmiş olacadır. Ona görə də hesab edirlər ki, məsələ məhkəmə qaydasında həll edilməli, Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, həmin ev boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin vəkili Nümayəndə3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Nəcəfova X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda bağlanaraq Reyestrdə 3M-5-1085 nömrə ilə qeyd edilmiş Nəcəfova X5 ilə "xxxx" MMC arasında imzalanmış 17 avqust 2006-cı il tarixli “Razılıq sazişin”ə əsasən Nəcəfova X5 ünvan 1 ünvanda yerləşən ona məxsus olan evi 130 000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMCyə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC isə həmin evə görə 70000 ABŞ dolları ödəmiş, qalan 60000 ABŞ dolları 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülki iş üzrə tərəflər arasında 17 avqust 2006-cı il tarixli “Razılıq sazişi” imzalanmış və həmin sazişə əsasən Nəcəfova X5 ünvan 1 ünvanda yerləşən ona məxsus olan evi 130 000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC isə həmin evə görə 70000 ABŞ dolları ödəmiş, qalan 60000 ABŞ dolları 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı "xxxx" MMC cavabdeh Nəcəfova X5 ilə aralarında olan həmin razılaşmaya istinad edərək Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 17 avqust 2006-cı il tarixli “Razılıq sazişi” olmuşdur. Sazişdən görünən odur ki, cavabdeh mənzilini 130 000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC isə müqavilənin dəyərinin yalnız 70000 ABŞ dollarını ödəmiş, qalan 60000 ABŞ dollarını isə 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürsə də, həmin məbləği X1 ödəməmişdir. Hakimin məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi suala cavab olaraq, o bildirmişdir ki, qalan 60000 ABŞ dolları cavabdehə verilməmişdir. Belə olduğu təqdirdə görünən odur ki, iddiaçı "xxxx" MMC-nin 17 avqust 2006-cı il tarixli “Razılıq sazişi” üzrə icra edilməmiş öhdəliyi qalmışdır. X2 ünvan 1 ünvanda yerləşən ona məxsus olan evi 70000 ABŞ dollarına deyil, 130 000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Nəcəfova X3 qarşı (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Nəcəfova X3 qarşı (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3402/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3402/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver