Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3438/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 3853 saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən ona - Ərizəçi verilmiş 04 nömrəli orderlə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında “Fond-16, siyahı-1, iş 4019, vərəq 114, 127, 176, 178”-də saxlanılan sənədlərdə və həmin sənədlər əsasında verilmiş 22 aprel 2021-ci il tarixli BA-01603-2021 saylı müşaiyət məktubu ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin 4/143 saylı Qərarından Çıxarışda göstərilən Ərizəçi Söhbət oğlunun kooperativ üzvü olmasını təsdiq edən sənədlərin, eləcə də ərizə üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsi arxiv sənədlərində saxlanılan 186 saylı BTK üzvlərinin siyahısındakı Ərizəçi Söhbət oğlunun kooperativ üzvü olmasını təsdiq edən sənədlərin eyni şəxsə – X2 məxsus olması haqda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri,Sabunçu rayonu, Ləhiş bağ massivində 186 saylı Bağ Tikinti Kooperativinin (BTK) tərkibində olan sahəsi 0,12 ha təşkil edən 3853 saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən, onun istifadəsinə ayrılmış, bu barədə ona 04 saylı Order verilmişdir. Bəhs edilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması niyyəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək üçün ilk növbədə torpaq ayrılmasına dair qərarın arxiv arayışının alınması tələb edilir. Bunun üçün əvvəl ASAN Xidmət vasitəsilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ərizə ilə müraciət etdi. Ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 22 aprel 2021-ci il tarixli BA-01603-2021 saylı müşaiyət məktubu ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin 4/143 saylı Qərarından Çıxarış verildi. Həmin sənədlə tanış olduqda məlum oldu ki, Qərarda torpaq sahəsinin ayrıldığı şəxs olaraq onun adında texniki yalnışlığa yol verilmiş və “Ərizəçi” əvəzinə “Ərizəçi Söhbət oğlu” göstərilmişdir. Belə olduqda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, adda göstərilən uyğunsuzluğun aradan qaldırılmasını xahiş etdi. Ərizəsinə cavab olaraq **********251 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu aldı. Məktubda 186 saylı Bağ Tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Ərizəçi Söhbət oğlunun adının göstərildiyi bildirilərək, sənədlərdə hər hansı düzəlişin aparılmasının İdarənin səlahiyyətlərində olmadığı qeyd edilmişdir. Beləliklə, hal-hazırda qanuni istifadələrinə ayrılmış bağ sahəsinin hüquqmüəyyənedici sənədlərinin olduğu halda, arxiv sənədlərində getmiş texniki səhvə görə torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınması mümkünsüz olmuşdur. Bu səbəbdən Bağlar Təsərrüfatının inkişafı və İstismarı Birliyinin artıq fəaliyyət göstərmədiyini də nəzərə alaraq, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, indiki halda sənədlərin eyni şəxsə məxsus olmasının təsdiq edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Bundan əlavə, həmin Sərəncamla ləğv edilən bağ təsərrüfatı idarələrinin hüquqi varisi müəyyən edilməmiş, yalnız arxiv sənədlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi nəzərdə tutulmuş, bundan sonra digər normativ qanunvericilik aktlarında (Torpaq islahatı haqqında Qanun, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun və s.) müvafiq əlavələr edilməklə həmin arxiv sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyat aparılması qaydaları müəyyən edilmişdir. Beləliklə, həmin sənədlərin yalnız arxiv saxlayıcısı olan ərizə üzrə maraqlı şəxsə bağ sahələrinin istismarı ilə bağlı hər hansı hərəkətlərin edilməsinə dair səlahiyyət verilməmiş olduğundan və ümumiyyətlə belə bir səlahiyyətin hal-hazırda heç bir təşkilatda olmadığını nəzərə alaraq, hesab edirlər ki, hal-hazırki ərizə ilə məhkəməyə müraciət etməklə Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinə riayət edilmişdir. Eyni zamanda yuxarıda bildirdiklərimiz 310.1-ci maddədə nəzərdə tutulduğu kimi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutlar hesab oluna bilər. Beləliklə bildirmək istərdi ki, yuxarıda qeyd olunan Siyahıda ata adının səhvən “Xıdır” əvəzinə “Söhbət” kimi qeyd olunması, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 3853 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 Bakı şəhər Ərazi İdarəsi arxiv məlumatlarında bəhs edilən torpaq sahəsinin ayrılmasına dair sənədlərdə adın fərqli yazılmış olması torpaq sahəsini məhz ona ayrılmış olmasını dəqiq müəyyən etməyə imkan vermədiyi üçün sənədlərin təhvil verilməsi mümkünsüzdür. Vaxtilə sənədlərdə buraxılmış bu səhvin aradan qaldırılması hazırkı şəraitdə yalnız məhkəmə qaydasında mümkündür. Həmin səhvin digər yolla aradan qaldırılması imkanı mövcud deyil. İstinad etdikləri Qərarın 6-cı bəndində göstərilən şərtlərdən biri ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmə şərtidir ki, bu halda, sənədləri verən təşkilatın olmaması və eyni zamanda həmin təşkilatın hüquqi varisinin də olmaması nəzərə alındıqda, 6-cı bəndin tələblərinə əməl edilmiş olduğu qənaətinə gəlirlər. Bu baxımdan yuxarıda qeyd edilənlər MPM-nin 308-ci və 310-cu maddələrinin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan Qərarının 6-cımaddəsinin bütün tələblərinə riayət olunmasını sübut edir. Sadalananlara yekun olaraq hesab edirlər ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 186 saylı Bağ Tikinti Kooperativinin nəzdində, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 3853 saylı bağ sahəsinin Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarı ilə ona - Ərizəçi ayrılmasını təsdiq edən 04 saylı Orderin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Fond-16, siyahı-1, iş 4019, vərəq 114, 127, 176, 178-də saxlanılan sənədlərin və həmin sənədlər əsasında verilmiş 22 aprel 2021-ci il tarixli BA-01603-2021 saylı müşaiyət məktubu ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin 4/143 saylı Qərarından Çıxarışın, eləcə də maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində saxlanılan 186 saylı BTK üzvlərinin siyahısındakı Ərizəçi Söhbət oğlunun kooperativ üzvü olmasını təsdiq edən sənədlərin eyni şəxsə - Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsi və vəkilinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.1990-cı il tarixli məktubun məzmunundan görünür ki, bağ sahəsinin ayrılması haqqında ərizəsinə baxılıb, qeydiyyata götürülmüşdür. Növbə qaydasına uyğun olaraq o, bağ tikinti kooperativinin birində bağ sahəsi ilə təmin olunacaqdır. Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli tarixli 195 nömrəli qərarına və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 61333 nömrəli qərarına uyğun olaraq, Daçno-tikinti kooperativlərinin şəxsi heyəti: 186 saylı DSK – 34 nəfər 1-21 nömrəli əlavələrə uyğun olaraq təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 4 nömrəli Əlavədən görünür ki, 186 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında 28-ci sırada ümumi növbədə olan ünvan 4-də yaşayan Ərizəçi Söhbət oğlu qeyd edilmişdir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 186 nömrəli kooperativi tərəfindən verilmiş 04 nömrəli orderdən görünür ki, Ərizəçi Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən Ləhiş bağlar sahəsində 186 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3853 nömrəli bağ ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti nəzdində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, E/195 nömrəli arayışdan görünür ki, Ərizəçi yaşadığı ünvan kvartal 3169, proyezd 1408, ev 68, mənzil 63 hal-hazırda A.Məhərrəmov küçəsi, ev 68, mənzil 63 adlanır. Bakı şəhəri İcra Hakimiyyəti nəzdində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, E/197 nömrəli arayışdan görünür ki, Ərizəçi A.Məhərrəmov küçəsi, ev 68 ünvanda yerləşən 9 mərtəbəli binanın 8-ci mərtəbəsində 4 otaqlı 52,63 kv.m sahəsi olan 63 nömrəli mənzildə yaşayır. Mənzil orta təmirlidir. "xxxx" MTK-ya məxsusdur. Mənzildə Ərizəçi 6 nəfərdən ibarət ailə üzvləri ilə yaşayır. Mənzildə daimi qeydiyyatda olanlar: 1950-ci il təvəllüdlü Ərizəçi özü, arvadı 1966-cı il təvəllüdlü X8, qızları 1978-ci il təvəllüdlü X5, 1980-ci il təvəllüdlü X6 və 1988-ci il təvəllüdlü X3, oğlu 1986-cı il təvəllüdlü X9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış **********57 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 186 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 3853 nömrəli bağ sahəsinin ayrılmasına dair Ərizəçi adına ərizə ilə təqdim edilən 04 nömrəli order İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, 186 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Ərizəçi Söhbət oğlunun adı göstərilmişdir. Sorğu ilə əlaqədar olaraq bildirilmişdir ki, "Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Belə ki, sənədlərdə hər hansı düzəlişin aparılması İdarənin səlahiyyətləri daxilində deyildir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 31 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş N-190 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Musayev X1 göstərilən ünvan 4 ünvanı 4-cü mikrorayonda deyil, 5-ci mikrorayonda indiki A.Məhərrəmova küçəsində yerləşir. Bina isə 60 mənzildən ibarətdir. Arayış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmək üçün verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti nəzdində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, E-983 nömrəli arayışdan görünür ki, Ərizəçi 1986-cı ildən qeydiyyatdan çıxdığı günə qədər Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, bina 68, mənzil 63-də yaşamışdır. Arayış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmək üçün verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanmış 3-48-2F/2-M-2163-8-2459/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1 saylı Bakı "Asan Xidmət" Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Ərizəçi barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli, 59/7 saylı qərarının və ona əlavə edilmiş sənədin təsdiq edilmiş ksero surətləri 2(iki) vərəqdən ibarət ona göndərilmişdir. Həmin məktuba əlavə edilmiş: Nəsimi rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 59/7 saylı qərarından və protokoldan çıxarışdan görünür ki, 3169-cu məhəllə, 1408-ci yol ünvanında 4-cü blok, 8ci mərtəbədə yerləşən sahəsi 52,63 kv.m olan 63 nömrəli 4 otaqlı kooperativ mənzilin 1950-ci il təvəllüdlü Ərizəçi (ailə üzvləri: həyat yoldaşı 1966-cı il təvəllüdlü X8, qızı 1978ci il təvəllüdlü X5, 1980-ci il təvəllüdlü X6) verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanmış 3-48-2F/2-M-2668-8-2822/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1 saylı Bakı "Asan Xidmət" Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən, keçmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 1(bir) vərəqdən ibarət ona göndərilmişdir. Qeyd: Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarına əlavə edilmiş 186 №-li Ləiş bağtikinti kooperativi üzvlərinin siyahısında 28-ci şəxs kimi Ərizəçi deyil, Ərizəçi Söhbət oğlu barədə qeydlər vardır. Qərara digər sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin sorğusuna 3- 52/2-2187/2025 nömrəli, 4 iyul 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Bakı Şəhər X11 İcraiyyə Komitəsinin 1990-cı ilə dair qərarları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-28700/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq sorğunun icrası ilə əlaqədar olaraq 186 nömrəli BTK-nın üzvələrin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına 7 nömrəli əlavə - 186 nömrəli BTK-nın üzvələrin siyahısından görünür ki, həmin siyahının 3-cü səhifəsində 28-ci sırada ümumi növbədə olan ünvan 4-də yaşayan Ərizəçi Söhbət oğlu yazılmış, daha sonra üzərində düzəlişlə Xıdır oğlu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla) hüquq müəyyənedici sənəd kimi tanınmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin etsni və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, həmçinin bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Məhkəmə, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 186 nömrəli kooperativi tərəfindən verilmiş 04 nömrəli orderdən görünür ki, Ərizəçi Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən Ləhiş bağlar sahəsində 186 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3853 nömrəli bağ ayrılmışdır. Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına 7 nömrəli əlavədə - 186 nömrəli BTK-nın üzvələrin siyahısının 3-cü səhifəsində 28-ci sırasında ərizəçinin ata adı düzgün yazılmamışdır, “Söhbət oğlu” kimi qeyd edilmişdir. Qeyd edilən order hüquq müəyyənedici sənəddir və həmin siyahıda olan səhvin düzəldilməsi mümkün olmamış, bu səbəbdən ərizəçi öz bağ sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirə bilməmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin atasının adının “Xıdır” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirildi. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 186 nömrəli Bağ Tikinti Kooperativi nəzdində 0,12 ha torpaq sahəsi olan 3853 nömrəli bağın Ərizəçi ayrılmasına dair 04 nömrəli Orderin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında “Fond-16, siyahı-1, iş 4019, vərəq 114, 127, 176, 178”-də saxlanılan sənədlərdə və həmin sənədlər əsasında verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 4/143 saylı Qərarından Çıxarışda göstərilən Ərizəçi Söhbət oğlunun kooperativ üzvü olmasını təsdiq edən sənədlərin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində saxlanılan Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına 7 nömrəli əlavədə - 186 nömrəli BTK-nın üzvələrin siyahısının 3-cü səhifəsində 28-ci sırasında Ərizəçi Söhbət oğlunun kooperativ üzvü olmasını təsdiq edən sənədlərin Ərizəçi (Fin: xxxxxxx) məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 186 nömrəli Bağ Tikinti Kooperativi nəzdində 0,12 ha torpaq sahəsi olan 3853 nömrəli bağın Ərizəçi ayrılmasına dair 04 nömrəli Orderin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında “Fond-16, siyahı-1, iş 4019, vərəq 114, 127, 176, 178”-də saxlanılan sənədlərdə və həmin sənədlər əsasında verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 4/143 saylı Qərarından Çıxarışda göstərilən Ərizəçi Söhbət oğlunun kooperativ üzvü olmasını təsdiq edən sənədlərin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində saxlanılan Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarına 7 nömrəli əlavədə - 186 nömrəli BTK-nın üzvələrin siyahısının 3-cü səhifəsində 28-ci sırasında Ərizəçi Söhbət oğlunun kooperativ üzvü olmasını təsdiq edən sənədlərin Ərizəçi (Fin: xxxxxxx) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3438/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3438/2025
09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver