Məhkəmə qərarları › İş №e-2(004)-3454/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3454/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3454/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, DECT Panasonic ev telefonu, Power Bank, İMEİ kodu **********0086 olan iPhone 11 Pro Max, İMEİ kodu **********14048 olan Xiaomi Redmi 9 markalı telefonlar üçün 2478 manat ödənilməmiş hissə, 743 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********06877 olan iPhone XS markalı telefon üçün 935 manat ödənilməmiş hissə, 278 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01885 kodlu mebel üçün 639 manat ödənilməmiş hissə, 192 manat cərimə borcu olmaqla, ümumilikdə 5265 manat borc və 72,65 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00952979 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı 01885 kodlu mebeli Cavabdeh verməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən, Cavabdeh ilkin ödəniş də daxil olmaqla 4365 manat məbləğində pulu aylıq 213 manat olmaqla 18 ay müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, 01885 kodlu mebel Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20337859 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ kodu **********06877 olan iPhone XS markalı telefonu Cavabdeh verməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 20337859 №-li müqaviləyə əlavəyə əsasən, Cavabdeh ilkin ödəniş də daxil olmaqla 2704,2 manat məbləğində pulu aylıq 116,9 manat olmaqla 18 ay müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən, İMEİ kodu **********06877 olan iPhone XS markalı telefon Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21274349 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı DECT Panasonic ev telefonu, Power Bank, İMEİ kodu **********0086 olan iPhone 11 Pro Max, İMEİ kodu **********14048 olan Xiaomi Redmi 9 markalı telefonları Cavabdeh verməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 21274349 №-li müqaviləyə əlavəyə əsasən, Cavabdeh ilkin ödəniş də daxil olmaqla 4996 manat məbləğində pulu aylıq 354 manat olmaqla 12 ay müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən DECT Panasonic ev telefonu, Power Bank, İMEİ kodu **********0086 olan iPhone 11 Pro Max, İMEİ kodu **********14048 olan Xiaomi Redmi 9 markalı telefonlarlar Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 639 manat əsas, 192 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 935 manat əsas, 278 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2478 manat əsas, 743 manat cərimə borcu olmaqla, ümumilikdə 5265 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən DECT Panasonic ev telefonu, Power Bank, İMEİ kodu **********0086 olan iPhone 11 Pro Max, İMEİ kodu **********14048 olan Xiaomi Redmi 9 markalı telefonlar üçün 2478 manat ödənilməmiş hissə, 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06877 olan iPhone XS markalı telefon üçün 935 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01885 kodlu mebel üçün 639 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 4152 manat borc və 72,65 manat dövlət rüsumu tutularaq ABC Telecom MMC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəlikərini yerinə yetirmiş, lakin Cavabdeh üzərinə düşən öhdəliyi qismən yerinə yetirərək borcunu tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından azaldılmalı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 70 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəlllənin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən DECT Panasonic ev telefonu, Power Bank, İMEİ kodu **********0086 iPhone 11 Pro Max, İMEİ kodu **********14048 XİAOMİ Redmi 9 markalı telefonlar üçün 2478 manat ödənilməmiş hissə, 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06877 iPhone XS markalı telefon üçün 935 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01885 kodlu mebel üçün 639 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 4152 manat borc və 72,65 manat dövlət rüsumu tutularaq iddiaçı ABC Telecom MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar