Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3467/2023 22.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 2052 manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40,52 manat məbləğində dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsassız olaraq hesablanmış 2052 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 171 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında imzalanmış 45322417 №-li müqaviləyə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək saygac göstəricilərinə uyğun olaraq istifadə olunmuş suyun dəyəri – 590 manat tam olaraq ödənilmişdir. Lakin, Cavabdeh ASC-nin əməkdaşları 2023-cü ilin aprel ayında əsassız və qanunsuz olaraq akt tərtib edərək İddiaçı isti sudan istifadəyə görə 2052 manat məbləğində borc hesablamışlar. Halbu ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 171 nömrəli mənzil isti suyu mərkəzləşdirilmiş qaydada "xxxx" MMMC-nin qazanxanasından alır. "xxxx" MMMC-nin ümumi sayğacdan keçən suyun istehlak miqdarına uyğun hər ay Cavabdeh ASC-yə ödənişlər edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixinədək saygac göstəricilərinə uyğun olaraq istifadə olunmuş suyun dəyəri – 590 manat tam olaraq ödənilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 171 nömrəli mənzil isti suyu mərkəzləşdirilmiş qaydada "xxxx" MMMC-nin qazanxanasından alır. "xxxx" MMMC-nin ümumi sayğacdan keçən suyun istehlak miqdarına uyğun hər ay Cavabdeh ASC-yə ödənişlər edir. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında isti sudan istifadəyə dair hər hansı müqavilə yoxdur. İddiaçıya isti su Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmir. Buna görə də isti sudan istifadəyə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya əlavə məbləğin hesablanması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin obyekt qeyri-yaşayış sahəsi deyil, mənzildir. İddiaçı həmin mənzili icarəyə vermişdir. Halhazırda orada tədris mərkəzi fəaliyyət göstərir.İddiaçının VÖEN-i var, lakin digər sahədə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ilə Nəsimi Rayon Sukanalı İdarəsi arasında 2022ci ilin fevral ayında bağlanmış müqavilə qeyri-əhali tarifindədir. "xxxx" MMMC ilə Nəsimi Rayon Sukanalı İdarəsi arasında yalnız əhaliyə isti suyun verilməsi ilə bağlı müqavilə vardır. Tarif fərqi mövcud olduğundan əlavə sərfiyyata görə borc hesablanmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020- qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa ünvan 1 ünvanında yerləşən 171 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Cavabdeh ASC Nəsimi rayon Sukanal idarəsi üzrə ödənişlərin siyahısından görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında 45322417 nömrəli müqavilə üzrə sudan istifadəyə görə hesablanmış borc iddiaçı tərəfindən hər ay vaxtıvaxtında ödənilmiş və iddiaçının sudan istifadəyə görə cavabdehə heç bir borcu yoxdur. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş 16 may 2023-cü il tarixli 56 nömrəli arayışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 251A sayı binanın 171 nömrəli mənzili isti suyu mərkəzləşdirilmiş qaydada "xxxx" MMMC-nin qazanxanasından alır. "xxxx" MMMC-nin ümumi sayğacdan keçən suyun istehlak miqdarına uyğun hər ay Cavabdeh ASC-nin Nəsimi rayon idarəsinə ödənişlər edir. İş materiallarında olan Cavabdeh ASC Nəsimi rayon Sukanal idarəsinin aktı tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 251A yerləşən İddiaçı məxsus ofisin su təchizatı və sayğac qovşağının vəziyyəti yoxlanaraq müəyyən edilmişdir ki, obyektin isti sudan istifadəyə görə müqaviləsi yoxdur. Lakin obyektdə istifadə edilən isti su xətti MTK-nın girişində ona məxsus CTB (8000657) isti su sayğacından keçir. MTK isti suya müqaviləsi əhali tərəfindədir. Obyektin soyuq suya müqaviləsi qeyri-əhali tərəfindədir. Obyektdə istifadə edilən istisuya görə tarif fərqi mövcud olduğundan tarifə görə əlavə sərfiyyatın hesablanması məqsədə uyğundur. İş materiallarında olan Cavabdeh ASC Nəsimi rayon Sukanal idarəsinin tərəfindən xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, 2023-cü ilin aprel ayında istifadə olunmuş su təchizatı və kalalzasiya xidmətləri haqqının ödənişi üçün 2052 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 171 nömrəli mənzil üzrə İddiaçı hesablanılmış 2052 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixinədək sayğac göstəricilərinə uyğun olaraq istifadə olunmuş suyun dəyəri – 590 manat tam olaraq ödənilmişdir. Bununla belə, obyektin isti sudan istifadəyə görə müqaviləsi yoxdur, mənzil isti suyu mərkəzləşdirilmiş qaydada "xxxx" MMMCnin qazanxanasından alır və ümumi sayğacdan keçən suyun istehlak miqdarına uyğun hər ay Cavabdeh ASC-nin Nəsimi rayon idarəsinə ödəmişdir. Belə olan halda, iddiaçı ilə isti suyun verilməsinə dair müqavilə bağlanmadığı halda, isti suyun qeyri-əhali qrupu üçün müəyyən edilmiş tarif üzrə müəyyən edilməsi və tarif fərqinin hesablanaraq iddiaçıya 2052 manat borcun yazılması əsassızdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 2052 (iki min əlli iki) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, ödənilmiş 40,52 (qırx manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 2052 (iki min əlli iki) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. İş üzrə ödənilmiş 40,52 (qırx manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3467/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3467/2023
22.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver