Məhkəmə qərarları › İş №e-2(004)-3481/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3481/2025

23.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3481/2025 23.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13-Məmmədova Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin qanuni nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “İri Şəhərlərin X11 Xidməti” X9 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMMC-nin cavabdeh "İri Şəhərlərin X11 Xidməti" X6rşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC cavabdeh "İri Şəhərlərin X11 Xidməti" X6rşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İri Şəhərlərin X11 Xidməti" X17 İddiaçı guya 20 mm diametrli qanunsuz su xəttindən istifadə etməsinə dair X19 İdarəsi tərəfindən tərtib edlmiş xx.xx.2024-cü il tarixli, 603162 saylı Aktın əsasında 2052 kub metr sudan qanunsuz istifadəyə görə 2030 (iki min otuz) manat pul borc hesablaması haqqındakı Akt və hesablama sənədlərinin etibarsıç hesab edilərək qanunsuz tutulmuş pul vəsitlərinin, 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəilə ödənilmiş 300 manat pulun "İri Şəhərlərin X11 Xidməti" X7 tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Murbay Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 73 ünvanda inşa etdiyi, bir girişli, 18 mərtəbəli, çoxmənzilli (81 mənzil, 3 qeyri-yaşayış sahəsi) ) yaşayış binasının tikintisi başa çardınldıqdan və bina müvafiq qurumlar tərəfindən istismara qəbul edildikdən sonra, bina Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, idarə edilməsi üçün binanın mülkiyyətçilərinin “X4 ilə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi”ndə xx.xx.2019-cu il tarixli; qeydiyyatı 1110-MM-6-0133 nömrə, VÖEN № ********* ilə qeydə alınmış İddiaçınə (bundan sonra “MMMC” adlanacaq) verilmişdir. 28 dekabr 2024-cü il tarixdə binanın həyətində yerləşən ofisinə 3 nəfər daxil olmuş və onlardan biri özünü həmin vaxt ofisdə olan komendant Şahid1 özünü X19 İdarəsinin (bundan sonra “Yasamal SKİ" adlanacaq) satış şöbəsinin müdiri “Xəyal müəllim" adı ilə təqdim edib, binadakı abonentlərin su təminatı üçün bina tikilən vaxt inşa edilmiş su anbarından qeydiyyata alınmamış 20 mm diametrli boru vasitəsilə “uçotsuz su götürülmə faktı” aşkar etdiklərini deyərək hay-küy salmış, binanın komendantı vəzifəsinə az müddət öncə təyin edilmiş Şahid1 bu barədə hər hansı bir məlumatı olmadığını bildirib, həmin xətti göstərmələrini tələb etsə də, yoxlayıcı şəxslər hər hansı bir sənəd tərtib etmədən həyətdən çıxıb getmişlər. Qanunsuz çəkilməsi iddia edilən xəttin ləğv edilməsi üçün xx.xx.2024-cu ildə Yasamal SKİ-ndən göndərilmiş əməkdaşlar binaya gəlib komendantla birlikdə həmin boruya baxış keçirmiş və məlum olmuşdur ki, sonu binanın zirzəmisinin tavanı boyu ilə uzanan kanalizasiya xəttinə birləşdirilmiş həmin 20 mm-lik boru binanın layihə sənədləri əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin binada Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadə etməsi üçün çəkilmiş ‘‘Yanğın zamanı istifadə edilməli su xəttində daim su olmasını yoxlamaq üçündür və açılanda suyun yerə tökülməməsi üçün kanalizasiya xəttinə birləşdirilmişdi. Məhz bu səbəbdən də boruya nəzarət vintili qoyulmuşdur. Bu xətt binanın sakinləri tərəfindən istifadə edilmir və edilə də bilməz. Bu xəttlə, sakinlərin istifadə etdikləri su xətti arasında qoşulma yoxdur. Həmin nəzarət birləşməsinin ləğv edilməsi yanğın təhlükəsizliyi qaydalarının pozuntusu kimi qiymətləndirilir. 2025-ci ilin yanvar ayının ortalarında binanın ümumi istifadədə olan sahələrində təmizlik aparılması ilə bağlı, ayrıca sayğacı olan krantdan su gəlmədiyi üçün bunun səbəbi aydınlaşdınlarkən, müəyyən edilmişdir ki, istifadə edilən həmin krandan su götürülməsi üçün ödənilən vəsaitin böyük hissəsi dərhal hansısa borca görə silinir. Borcun yaranması mənbəyi araşdırılarkən məlum olmuşdur ki, “İri Şəhərlərin X11 Xidməti” X16 Yasamal SK.İ-nin “X5 İş əmrlərinin icrası qrupumun mühəndisi Şahid3 və həmin qrupun nəzarətçisi Şahid4 tərəfindən xx.xx.2024- cü il tarixdə İddiaçı MMMC-nin “guya qanunsuz su xətti”ndən istifadə etməsi faktını aşkar edərək bu barədə xx.xx.2024cü il tarixli, 603162 saylı Akt tərtib etmişlər. xx.xx.2024-cü il tarixli, 603162 saylı Aktda göstərilir ki, “ADSEA”-nın “İri Şəhərlərin X11 Xidməti” X16 X5 nümayəndələri “İş əmrlərinin icrası qrupunun mühəndisi Şahid3 və həmin qrupun nəzarətçisi Şahid4 tərtib etmişlər həmin aktı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının 28 oktyabr 1999cu il tarixli 723-İQ saylı, ”Su təchizatı və tullantı suları haqqında” Qanununun tələblərinə uyğun olaraq H.Cavid prospekti,ev 73, Mən. 0 (sıfır) ünvanında yerləşən -(yoxlanılan obyektin adı göstərilməmişdir)-nümayəndəsinin iştirakı ilə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirildi və aşağıdakılar müəyyən edildi: Sayğac: markası “ALFASU”, nömrəsi “49920986”, plomb nömrəsi “B067421”, vəziyyəti “işlək”,son göstəricisi “2534” ünvana baxış keçirildi. Təhvilə getmiş binadır, baxış zamanı binanın zirzəmisində diametri 20 mtn olan, yanğından mühafizə üçün nəzərdə tutulan xətt vasitəsi ilə kanalizasiya şəbəkəsinin yuyulduğu aşkarlandı. Foto və video çəkiliş qeydə alındı. Bu Akt "xxxx" MTK tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində “İri Şəhərlərin X11 Xidməti” PHŞ- nə vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsasdır. Aktın doğruluğunu imzalanmızla təsdiq edirik. 1. Obyektin nümayəndəsi - təqdim etmədi, İmza imtina, 2. İƏİ qrupunun mühəndisi - Şahid3 İmza var, 3. İƏİ qrupunun nəzarətçisi- Şahid4 İmza var 4. Boşdur, 5. Boşdur. “İri Şəhərlərin X11 Xidməti” X18, Sonda isə əllə X19 İdarəsi yazılmışdır”. İddiaçı MMMC xx.xx.2025-ci İ tarixli, 12 saylı məktubla (həmin günü sifarişli qəbzlə ünvana çatdırılmışdır, qəbz əlavə edilir) dərhal Yasamal SKİ- nə müraciət edərək “qanunsuz adlandırılan xətl”İə bağlı tərtib edilmiş “AKT”m və aktın əsasında YASAM Al."37” MMMC cərimə edilməsi haqqında çıxarılmış “QƏRAR"ın, yaxud hansısa sənəd vardırsa onun məhkəmə qaydasında mübahisələııdirilməsİ üçün verilməsini tələb edilmişdir. Həmin məktuba cavab verilməmişdir. Yasamal SKİ tərtib edilmiş aktın və qərarın surətlərinin verilməsi barədəki məktuba cavab vermədiyindən İddiaçı MMMC-nin komendantı vəzifəsində çalışan Xatrə Hüseynova 06, 07 fevral 2025-ci il tarixlərdə, müxtəlif saatlarda Yasamal SKİ-nə gedərək “qanunsuz çəkilmiş xətt" kimi adlandırılan 60 sm uzunluğundakı, “yanğınsöndürmə xəttinə birləşdirilmiş, həmin xəttlə eyni rəngdə rənglənmiş borunun çəkilinəsi şəraitinin xx.xx.2024-cü ildə gecə saatlarında Yaşamal SKİ-ndon göndərilmiş əməkdaşlar tərəfindən araşdırıldığını və onların bu xəttin binanın layihə-tikinti sənədləri əsasında binada Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası FHN X10 Xidmətinin tələbi ilə çəkilən xəttdə daim su olmasını yoxlamaq üçün çəkilmiş xətt olduğunu müəyyən etmələri və ləğv edilmədən də saxlamalarını Yasamal SKİ-nin rəhbərliyinin nəzərinə çaldırıb Aktın və cərimə tətbiq edlnıəsinə əsas verən sənədin surətinin verilməsini israrla tələb elsə də, həmin sənədləri vermək əvəzinə şifahi olaraq bildirmişlər ki, artıq sizə 2030 (iki min otuz) manat cərimə hesablanıç bazaya yerləşdirilmişdir və bu səbəbdən də həmin pul İddiaçı MMMC-ndən tutulacaqdır. Lakin bu məbləği təsdiq edən sənədi vermirləri ləmin vaxtdan hazıra kimi təmizlik işləri görülməsi üçün MMMC-nin adından su hesabına 470 manatdan artıq pul köçürülmüşdür və həmin pulun da 80-90 %-ni onlar hesabdan borc kimi silmişlər. Yalnız xx.xx.2025-ci il tarixdə həmin sənədlərdən təkcə “xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 603162 saylı Akf’ın ksero surətini əldə etmək mümkün olmuşdur. Hesab edirlər ki, aşağıda göstərilənlərə əsasən həmin Akt əsassız və qanunsuzdur. a) Yoxlayıcılar Aktda AZ1009, Bakı şəhəri,Yasamal rayonu,H.Cavid prospekti 73 ünvanda “yerləşən binanın "xxxx" Mənzil Tikinti Kooperativinin İdarəçİİiyndə olan bina kimi yoxladıqlarını qeyd etmişlər.Halbuki, Yasamal rayonu, H.Cavid prospekti 73 ünvanda “yerləşən bina İddiaçı MMMC-nin mülkiyətçilərinin əmlakıdır su ilə bağlı bütün hərəkətlər (ümumi istifadə, su anbarının saxlanması,təmizlənməsi,dezinfeksiya edilməsi barədə məlumatlar) Yasamal SKİ-nə MMMC tərəfindən təqdim edilir. b) Aktda, MTK-nın özünü təqdim etmədiyi və Akta da imza etməkdən imtina etdiyi kimi göstərilən şəxsi barədə heç bir məlumat da yoxdur.d) Aktda göstərilən faktla bağlı “qanunsuz xətt”in ləğv edilməsi üçün Yasamal SKİ-ndən xx.xx.2024-cü il tarixdə H.Cavid prospekti 73 ünvana briqada göndərilmiş və həmin briqada da xəttin qanunsuz olmadığını görüb onu ləğv etməmişdir. Hətta “54-KƏNAR XƏTTİN LƏĞV EDİLMƏSİ” barədəki əmrin icrası ilə əlaqədar "xxxx" ASC-nin xx.xx.2025ci il saat 12:08:44-də “İşəmri müşahidə raporıTnda həmin xəttə xx.xx.2024-cü il tarixdə, “Nicat Nəsibov” adlı əməkdaşın baxması və və kənar xətt olmadığından əmrin həmin hissədə icra edilmədiyi göstərilmişdir. e) Aktda göstərilən “baxış zamanı binanın zirzəmisində diametri 20 mm olan, yanğından mühafizə üçün nəzərdə tutulan xətt vasitəsi ilə kanalizasiya şəbəkəsinin yuyulduğu aşkarlandı” fııktı isə 24 oktyabr 2024-cti il tarixdə yağan yağışlar nəticəsində Yasamal SKİ-nin xidmət dairəsində olan və 1 lüseyn Cavid prospekti, 73 ünvandakı binanın qarşısından keçən, çirkab suların axıdıldığı kanalizasiya xəttinin kollektoru vaxtında təmizlənmədiyi üçün tutulduğundan kollektorla axıdılan çirkab sularının səviyyəsi qalxıb binanın çirkab sularını kollektora axıdan boruborunun yanındakı torpağı yuma və eləcədə çirkab borusu ilə geriyə axınla borunun üstündəki “nəzarət birləşməsindən daşma yolu ilə binanın zirzəmisinə axaraq hündürlüyü 6-7 sm olan göl yaratmış və həmin vaxt bu qəza barədə MMMC-nin komendantının X19 idarəsinin “Qəza xidmətinə çoxsaylı zənglərindən sonra İdarənin “Qəza xidmətinin əməkdaşları hadisə yerinə gəlib kollektoru təmizləmiş, zirzəmidəki çirkab suları kollektora axıdılqıqdan sonra qoşulma borusunun yanı ilə zirzəmiyə axma mənbəyi məlum olmayan içməli su axdığı da müəyyən edildiyindən suyun zirzəmiyə axma istiqamətini də kollektora yönəltmişlər və “Qəza xidməti”nin əməkdaşları yeraltı axın kimi gələn həmin suyun mənbəyinin tapılması üçün H.Cavid prospektində suyun gəldiyi istiqamətdə qazıntı aparılmışdır. Lakin həmin axma mənbəyinin aşkar edilməsi barədə bizim məlumatları yoxdur. Tərəflərindən həmin tarixdə Akt tərtib edilmiş və bu Aktın surəti də MMMC-nə dəymiş ziyanla bağlı tədbir görmələri üçün Yasamal SKİ-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə, 14 saylı məktubla “ADSEA”ya xx.xx.2024-cti il tarixli Aktın və eləcə də həmin Akt əsasında aparılmış hesablama cədvəlinin də əsassız olmasına görə ləğv edilməsi barədə Qərar qəbul edilməklə, nəticəsi barədə bizə 10 gün müddətində rəsmi məlumat verilməsi, əks təqdirdə Aktın və Qərarın məhkəmə qaydasında mübahisələndirilməsi üçün verilməsi barədə Pretenziya göndərilmişdir. “ADSEA” “Pretenziya”ya cavab vermədiyindən 15 mart 2025-ci il tarixdə, 15 saylı məktubla “ADSEA”nm “İri şəhərlərin X11 Xidməti” X15 də eyni məzmunlu Pretenziya ilə müraciət edilmişdir. Bundan sonra, “ADSEA”nın “İri Şəhərlərin X11 Xidməti” X16 İdarə Heyətinin sədr müavinin imzası ilə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-53-3/2-2413/2025 saylı, “müraciətə baxılması haqqında”kı cavabında (həmin məktub İddiaçıMMM-nə xx.xx.2025-ci ildə daxil olmuşdur) Yasamal SKİ-nin əməkdaşları tərəfindən İddiaçı MMMC-də “sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə halının aşkarlanması və bu səbəbndən dəymiş ziyanla bağlı xx.xx.2024-cü il tarixli, 603162 saylı Akt tərtib edilərək qanunsuz İstifadəyə görə 2052 (iki min əlli iki) kub metr sərfıyyat hesablanması, xx.xx.2025-ci il tarixə hesabda əks olunan 1768,4 manat borcun da dəymiş ziyanın ödənilməmiş hissəsi olması, həmin borc ödənilməzsə su təchizatının dayandırılacağı və məsələnin hüquqi müstəvidə həll edilməsi üçün məhkəməyə ınltıııcləl ediləcəyi göstərilmişdir. Lakin bu zaman yenə də qanun pozuntuları ilə tərtib edilmiş "AKT"ın və "hesablanma barədəki sənədin və Qərarın surətləri verilməmişdir.Bundan sonra da tutmalar davam etdirilir. İstifadədə olan su sayğaclarının kodları "ADSEA"nın bazasında olduğundan və sudan istifadə etmək üçün pul vəsaitləri öncədən kodla ADSEA-nın hesabına ödənildiyindən ADSEA "xxxx" MMMC-nin bınanın təmizlik işi aparılması üçün istifadəsində olan su sayğacının hesabına köçürdüyü vəsaitin 80-90%-ni dərhal borc kimi tutur. Göstərilənlər "xxxx" MMMC-nin normal fəaliyyətini pozur. Belə hesab edirlər ki, Yasamal SKİ-nin "xxxx" MMMC-nin guya qanunsuz su xəttindən istifadə etməsi barədəki xx.xx.2024-cü il tarixli, 603162 saylı Aktı əsassızdır və onun əsasında borc hesablanması da qanunsuzdur. Buna görə də həmin AKT və borc hesablanması sənədi ləğv edilməlidir. "ADSEA"nın "İri Şəhərlərin X11 Xidməti" X16 X19 İdarəsi əsassız olaraq varlanmışdır. Yasamal SKİ-nin Yasamal SKİ Akt tərtib edildiyi anda onun əsassız və qanunsuz olduğunu bilirdi. İddia verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu və vəkillə müqavilə üçün 300 (üç yüz) manat pul ödənilmişdir və həmin pulların da "İri Şəhərlərin X11 Xidməti" X7 tutulması tələb edilməlidir. Məhkəmə prosesinin gedişində iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh “İri Şəhərlərin X11 Xidməti” X16 “X19 İdarəsi”nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 603162 saylı Aktın əsasında hesablanmış 2052 (iki min əlli iki) manat borcun ləğv edilməsi, həmin borcla bağlı “İri Şəhərlərin X11 Xidməti” X18 tərəfindən İddiaçı MMMCnin ümumi İstifadəsində olan “074667” saylı koda ödənilmiş və qanunsuz olaraq silinmiş 391,6 {üç yüz doxsan bir manat 60 qəpik) manat pul vəsaitinin, dövlət rüsumu kimi Ödənilmiş 30 (otuz) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun “İri Şəhərlərin X11 Xidməti” X7 alınıb İddiaçı MMMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, İri Şəhərlərin X11 Xidməti” X16 Yasamal SKİ-nin “X5, İş əmrlərinin icrası qrupu”nun mühəndisi Şahid3 və həmin qrupun nəzarətçisi Şahid4 tərəfindən xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Hüseyn Cavid prospekti 73 (yeni ünvanlaşdırma ilə 299) ünvanda "xxxx" MTK-nın “guya qanunsuz su xətti”ndən istifadə etməsi faktını aşkar edərək bu barədə xx.xx.2024-cü il tarixli, 603162 saylı Akt tərtib etmişlər. "xxxx" MTK-nın Bakı şəhəri, Hüseyn Cavid prospekti 73 (yeni ünvanlaşdırma ilə 299) ünvanda bina inşa etdirdikdən sonra onun həmin binaya olan bütün hüquqları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, binanın mülkiyyətçilərinin “Ümumi Yığmcağf’nın Qərarı ilə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi”ndə xx.xx.2019-cu il tarixli; qeydiyyatı 1110-MM- 6-0133 nömrə, VÖEN №********** ilə qeydə alınmış İddiaçınə (bundan sonra “MMMC” adlanacaq) verilmiş və bu idarəçilik əmiyyəti İdarə Heyəti vasitəsi ilə həyata keçirilir. Bakı şəhəri, Hüseyn Cavid prospekti 73 ünvanda İddiaçı MMMC tərəfindən istifadə edilən “074667” kodlu su sayğacı "xxxx" MTK-nın adına olsa da, həmin kodlu su sayğacından İddiaçı MMMC istifadə edir, həmin sayğaca su buraxılışı üçün lazımi vəsait İddiaçı MMMC-nin hesabınan köçürülür. Məhz bu səbəbdən də Yasamal SKİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT № 603162 saylı Akt əsasında hesablanmış 2052 (iki min əlli iki) manat borc da İddiaçı MMMC-ndən tutulur. Sadalananlardan göründüyü kimi, iş üzrə İddiaçı MMMC əsl iddiaçıdır. Həmçinin, aktın ləğv edilməsini ona əsasən istəyirik ki, "xxxx" MMC-in ofisindən kənarda tərtib edilmişdir. 1752 manat məbləğində borc saxlanmışdır. Su xətti yardımçı xəttdədir. Qeyd edir ki, yanğınsöndürmə üçün istifadə olunan xəttlərin üzərinə sayğac quraşdırılmır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMMC-nin qanuni nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “İri Şəhərlərin X11 Xidməti” X9 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, sayğaclar "xxxx" MTK-ın adınadır. Yoxlama zamanı xətt kanalizasiyanın yuyulmasına istifadə olunurdu. Həmin xətt ayrı xəttdir, sayğacdan keçmir. İddiaçı tərəf maddi ziyana görə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırkı mübahisədən xəbərdardır. Onlar işdə olarkən "xxxx"nun nümayəndələri gəliblər və xəbər vermədən su xəttlərinin yerləşdiyi zirzəmiyə daxil olublar. Onlar 3 nəfər idilər və birinin adı Tural idi. Onlarda qanunsuz xətt olduğuna görə cərimə tətbiq olunacağını bildirdilər. Bununla bağlı cərimə aktı tərtib olunmadı. Bina 20 ildir ki, mövcuddur. Lakin, indiyədək qanunsuz xətt aşkarlanmayıb. Daha sonra nümayəndələrin idarəsindən şəxsləri dəvət etdik. Onlar belə xəttin aşkarlanmadığını bildirdilər. İdarədən gələnlərdən biri cərimə yazdı, digər nümayəndə isə pozuntu faktının aşkarlanmadığını bildirdi. Mübahisəli su xətti 20 ildir ki, mövcuddur və ona müdaxilə edə bilməzlər. Belə ki, yanğın təhlükəsi üçün nəzərdə tutulmuşdur. Nümayəndələrdə çoxlu ünvanlar var idi. Onların ünvanında qanunsuz xətt aşkar olunmadığı yazıldı. Binalarının anbarı və sayğacı var. Nümayəndələr yoxlanışa gəlmişdirsə, 20 il əvvəl qüsuru aşkara çıxarmalı idilər. Cavabdehin nümayəndəsi aktın tərtib olunacağını bildirmişdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, nümayəndələr 28 dekabr tarixində gəlmişdilər. Qanun pozuntusu aşkarlamayan nümayəndə yanvar ayında gəldi. Onun adı təxminən Fikrət idi. Nümayəndələr xətti ləğv etməyə gəlmişdilər. Mübahisəli su xəttindən istifadə etməmişlər, xətt FHN-ə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 28 dekabr tarixində iddiaçıya qarşı aktı tərtib etmişdir. Aktda qeyd edilənləri təsdiq edir. Həmçinin, mütəmadi olaraq baxış keçirirlər və MTK ilə bağlanılan müqavilədə icazələrinin olduğu qeyd olunur. Baxış keçirilən zaman su sayğacının olmadığı və yanğın xəttinin su xəttinin qoşulduğunu aşkar etdilər. Video onların qurumun əməkdaşları tərəfindən çəkilib. Qeyri-qanuni xəttə müəssisə cavabdehdir. Əlavə olaraq bildirir ki, içməli su çirkab su xəttinə qoşulub. İddiaçının nümayəndəsinə sudan istifadə qaydalarını izah etmişdi. O, isə yeni gəldiklərini və bu qaydada təhvil aldıqlarını bildirmişdi. Ona izah etdi ki, təhvil-təslim zamanı aktı tətib olunmalıdır və qüsur olduğu halda həmin sənəddə qeyd edilməlidir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə baxış keçirdilər və qüsur aşkar etdilər. 2500 m3 su istifadə olunub. Sanitar qovşaq, həyətin suvarılması və işçilər üçün nəzərdə tutulan qeyri-yaşayış sayğacı var. Belə sayğaç olduğu halda başqa su xəttindən istifadə etmək qanunsuzdur. Ümumi istifadədə olan xəttin sayğacı ilə aşkar edilən xəttin əlaqəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, binada fərdi sayğaclar mövcuddur. Lakin, ümumi balans sayğacı mövcud deyil. Anbara çirkab suların axıdılması və ya açıq vəziyyətdə olan xəttlərin hesabatı aparılmır. Baxış zamanı FHN-ə məxsus xəttin kanalizasiyaya axıdılması faktının mövcudluğunu aşkar etmişlər. Məqsəd kanalizasiya şəbəkəsinin yuyulması olub. Əlavə sayğac quraşdırılmadığı üçün qeydiyyatı aparılmayıb. Onlar aktı tərtib edəndə su axıdılırdı. Su xətti kanalizasiya xəttinə qoşulmamalıdır. Hesabatın aparılması üçün giriş sayğacı olmalıdır. Baxış zamanı bina kodlaşmamışdı və bütün şəbəkə girişdən hesablanırdı. Çünki fərdi müqavilələrimiz yox idi. Həmin vaxt binanın FHN ilə əlaqəsi qurtarır. Bina kodlaşandan sonra isə sayğacın quraşdırılması üçün müraciət edilməli idi. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2 xətt mövcuddur. Şəbəkədə təxliyə xətti mövcud ola bilər. Bu halda girişdə sayğac olmalıdır. Hər binanın nəzarətçisi var. Lakin, binalar çoxdur və bunun üçün 6-7 əməkdaş məsuldur. Borular paslana bilər. Məhkəmə iclasında mütəxəssis qismində dəvət olunaraq dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 2-ci ərazi X10 idarəsinin Dövlər yanğın nəzarəti şöbəsinin inspektorudur. Binaya nəzarəti əməkdaşları həyata keçirir və il ərzində 2 dəfə yoxlanış keçirilir. Su xəttində daim sual olmalıdır və yanğın təhlükəsinə qarşı nəzarətdə olur. Verilən suala cavab olaraq bildirmişdir ki, təqdim olunmuş şəkildə görünən qırmızı rəngli su xətti yanğından mühafizə üçün nəzərdə tutulmuş xəttdir. Həmin xətdə daim su olmalıdır. Boru harasa qoşulmalıdır, açıq saxlanıla bilməz. Suyun kanalizasiya xəttinə quraşdırılmasını onlar yönəltməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyrikommersiya Qurumlarının Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu ildən 1119-MM6-0133 nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət göstərdiyi ərazi ünvan 8 ünvanıdır. Fəaliyyət predmeti və məqsədləri yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X11 Xitməti” X17 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 603162 nömrəli aktdan görünür ki, 28 dekabr 2024cü il tarixində Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 723-İQ saylı “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə uyğun olaraq abonent kodu 074667 olan "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanında yerləşən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirildi və müəyyən edildi ki, təhvilə getmiş binadır. Baxış zamanı binanın zirzəmisində diametri 20 mm olan, yanğından mühafizə üçün nəzərdə tutulan xətt vasitəsilə kanalizasiya şəbəkəsinin yuyulduğu aşkarlandı. Foto və video çəkiliş qeydə alındı. Bu akt Murbay MTK tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində “İri şəhərlərin X11 Xitməti” PHŞ-ə vurulmuş vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsasdır. “İri şəhərlərin X11 Xitməti” X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanunsuz istifadə fakturasından görünür ki, abonent kodu 074667 olan "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanında yerləşən obyektə görə xx.xx.2024-cü il tarixli, 603162 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqı 360 günlük qanunsuz istifadə müddəti və 2052 m3 sərfiyyata görə 2044,40 manat təşkil edir. Borcun ödənilməsi üçün 1 ay müddət müəyyən edilmiş və borcun ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli iş əmri müşahidə raporundan (kənar xəttin ləğv edilməsi) müəyyən edilir ki, "xxxx" ASC-nin əməkdaşı Nicat Nəcibov tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanına baxış keçirilmiş və 16931220 nömrəli iş əmri yaradılmış, lakin iş əmri açıq saxlanılmışdır. "xxxx" MMMC tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Qərarın surətinin 10 gün ərzində onlara göndərilməsi, əsassız və qanunsuz olduğundan ləğv edilməsi, həmin qərar tutmaya yönəldildiyindən tutmanın dayandırılması və əsassız və qanunsuz tutulmuş pul vəsaitlətinin geri qaytarılmasına göstəriş verilməsi xahiş edilmiş, əks təqdirdə həmin Qərarın ləğv edilməsi, qanunsuz tutulmuş vəsaitin geri qaytarılması, hüquqi yardıma görə ödəniləcək vəsaitin də “tri Şəhərlərin X11 “Xidməti” X7 tutulması haqqında məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMMC tərəfindən Yasamal rayon Su Kanal İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Yasamal 37 MMMC-nin su anbarında olan çatışmamazlığın, guya qanunsuz əlavə su borularının qoşulması və bu barədə Yasamal rayon Su Kanal İdarəsinin əməkdaşları tərəfindən 28 dekabr 2024-cü ildə tərtib edilmiş aktın və həmin aktın əsasında qəbul edilmiş qərarın surətlərinin məhkəmə qaydasında mübahisələndirilməsi üçün məktub göndərildiyi gündən 15 gün ərzində onlara verilməsi tələb edilmişdir. "xxxx" MMMC tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X11 Xitməti” X14 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Qərarın surətinin 10 gün ərzində onlara göndərilməsi, əsassız və qanunsuz olduğundan ləğv edilməsi, həmin qərar tutmaya yönəldildiyindən tutmanın dayandırılması və əsassız və qanunsuz tutulmuş pul vəsaitlətinin geri qaytarılmasına göstəriş verilməsi xahiş edilmiş, əks təqdirdə həmin Qərarın ləğv edilməsi, qanunsuz tutulmuş vəsaitin geri qaytarılması, hüquqi yardıma görə ödəniləcək vəsaitin də “tri Şəhərlərin X11 “Xidməti” X7 tutulması haqqında məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X11 Xitməti” X17 tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, istehlakçılara verilən suyun hesabatı 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Sudan istifadə Qaydalarfna əsasən aparılır. Bu qaydaların 3.1.1-ci yanmbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM), su təchizatı və tullantı sulannm axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlənndən istifadəyə 9 hesabatının aparılması üçün təqdim etdiyiniz sənədlərə istinadən xx.xx.2013-cü il tarixdə 13916710 nömrəli müqavilə bağlanaraq 074667 saylı abonent kodu açılmış və binanın su xətti üzərində 1 ədəd mexaniki su sayğacı quraşdırılmışdır. Müraciətə əsasən bildirirlər ki, Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xətdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 603162 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 2052 m3 sərfıyyat hesablanmışdır. Müraciətin digər hissəsi ilə bağlı bildirirlər ki, xx.xx.2025-ci il tarixində hesabınızda əks olunan 1768,4 manat borc dəymiş ziyan məbləğinin ödənilməmiş hissəsidir. “Sudan istifadə Qaydalarının 7.15-ci bəndinə uyğun olaraq Sizə göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) STKM ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilərlər. Bunun üçün Yasamal rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalanması tövsiyyə olunmuşdur və yaranmış borcun ödənilməsi xahiş olunmuşdur. Əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci yarımbəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir. X2 (müraciət edən şəxs) ilə Fərdi Vəkil Nümayəndə1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil Nümayəndə1 ona həvalə edilən tapşırıq əsasında İddiaçınə hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürür. Abonent haqqında xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, abonent kodu 074667 olan "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanı üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 2044 manat borc qalmışdır. Abonent haqqında xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, abonent kodu 074667 olan "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanı üzrə xx.xx.2025-ci il tarixə ödənilməmiş 1696,40 manat borc qalmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə baxışında tədqiq olunmuş diskə baxış keçirildikdə “İri şəhərlərin X11 Xitməti” X9 əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə bina sahibinin və ya sakinlərinin iştirakı olmadan H.Cavid prospekti, ev 73 ünvanına baxış keçirilməsi, baxış zamanı cavabdehin əməkdaşının su xəttini açması və nəticədə yanğından mühafizə üçün nəzərdə tutulmuş xətt vasitəsilə kanalizasiya borusuna su axması, daha sonra isə su xəttini bağlaması və suyun kəsilməsi müəyyən edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının: 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 3.1.1-ci maddəsinə əsasən, STKM-nin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.6-cı bəndinə əsasən, Suölçən cihazlar Agentliyin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. 6.15-ci bəndinə əsasən, Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. 9.9.-cu bəndinə əsasən, STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. 9.10-cu bəndinə əsasən, STKM istehlakçının balansında olan kanalizasiya sisteminə nəzarət etmək hüququna malikdir. İstehlakçılar onların ərazilərində yerləşən, yaxud balanslarında olan kanalizasiya şəbəkə, qurğu və avadanlıqlarına STKM-in səlahiyyətli nümayəndələrinin maneəsiz baxış keçirmələrinə şərait yaratmalıdırlar. 9.11-ci bəndinə əsasən, STKM aşağıdakı hallarda yazılı xəbərdarlıq etdikdən sonra və akt tərtib edərək onun bir nüsxəsini istehlakçıya vermək şərtilə istehlakçını təsərrüfat-məişət kanalizasiya şəbəkəsindən ayırmaq hüququna malikdir: 9.11.1. təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin borularını tezliklə sıradan çıxara biləcək və ya tərkibində tezalışan və işçilərin (xidmət heyətinin) səhhəti üçün təhlükəli maddələr olan, həmçinin təmizlənmə prosesinə zərərli təsir göstərən tullantıların axıdılması aşkar edildikdə; 9.11.2. müəssisənin ərazisində kanalizasiya sisteminin istismarı ilə əlaqədar verilmiş tələblər yerinə yetirilmədikdə; 9.11.3. təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə. “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavədə Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli verilmişdir. Həmin əlavədə qeyd olunur ki, Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən cədvələ əsasən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı qeyri-komersiya təşkilatı olmaqla, "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 73 ünvanda inşa etdiyi, bir girişli, 16 mərtəbəİi, çoxmənzilli (83 mənzil, 2 qeyri-yaşayış sahəsi) yaşayış binasının tikintisi başa çatdırıldıqdan və bina müvafiq qurumlar tərəfindən istismara qəbul edildikdən sonra idarə edilməsi yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X11 Xitməti” X17 tərəfindən sayğacdan kənar xətdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 603162 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 2052 m3 sərfiyyat və maddi ziyana görə 2052 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin akta əsasən qanunsuz hesablanmış borcun silinməsini, “074667” saylı koda ödənilmiş və qanunsuz olaraq silinmiş 391,6 manat pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Aktda obyektin nümayəndəsinin iştirak etmədiyi və imzadan imtina etdiyi qeyd olunub, lakin faktiki olaraq Akt yerində deyil, MMMC-nin ofisindən kənarda tərtib edilib. Şahid1 (komendant) ifadəsində Aktın tərtib olunmadığını bildirib. İddiaçı və şahidlər ifadələrində mübahisəli 20 mm diametrli borunun qanunsuz deyil, Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin tələbi ilə yanğın təhlükəsizliyi məqsədilə çəkilən xəttin suyunun daim olmasını yoxlamaq üçün nəzarət birləşməsi olduğunu iddia ediblər. Həmçinin iddiaçı "xxxx" MMMC tərəfindən təqdim edilmiş və məhkəmə baxışında tədqiq olunmuş diskə baxış keçirildikdə “İri şəhərlərin X11 Xitməti” X9 əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə bina sahibinin və ya sakinlərinin iştirakı olmadan H.Cavid prospekti, ev 73 ünvanına baxış keçirilməsi, baxış zamanı cavabdehin əməkdaşının su xəttini açması və nəticədə yanğından mühafizə üçün nəzərdə tutulmuş xətt vasitəsilə kanalizasiya borusuna su axması, daha sonra isə su xəttini bağlaması və suyun kəsilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş mütəxəssis Orxan Vəliyevin ifadəsi bu xətlərdə daim su olmasının vacibliyini təsdiqləyib. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, akt qanunsuz olaraq tərtib edildiyindən və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış 2052 manat pulun tələb edilməsi əsassız olduğundan, abonent tərəfindən karta yüklənən ödənişdən həmin pulun ödənilməsi üçün 391,60 manat məbləğində vəsaitin tutulması da əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki,xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, müraciət edən şəxs X2 hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə vəkilə ödənilməsi üçün tələb olunan xərci həddindən artıq hesab edərək, hesab edir ki, hüququ yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmin tələb qalan 100 (bir yüz) manatın ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "İri Şəhərlərin X11 Xidməti" X17 tərəfindən tərəfindən tərtib olumuş xx.xx.2024-cü il tarixli, 603162 saylı akt ləğv olunmalı, İddiaçı MMMC-nin ümumi istifadəsində olan 074667 abonent koduna hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "İri Şəhərlərin X11 Xidməti" X14 həvalə edilməli, cavabdeh "İri Şəhərlərin X11 Xidməti" X7 391,60 (üç yüz doxsan bir manat altmış qəpik) manat pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "İri Şəhərlərin X11 Xidməti" X17 tərəfindən tərəfindən tərtib olumuş xx.xx.2024-cü il tarixli, 603162 saylı akt ləğv olunsun. İddiaçı MMMC-nin ümumi istifadəsində olan 074667 abonent koduna hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "İri Şəhərlərin X11 Xidməti" X14 həvalə edilsin. Cavabdeh "İri Şəhərlərin X11 Xidməti" X7 391,60 (üç yüz doxsan bir manat altmış qəpik) manat pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar