Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3504/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq müqaviləsinin və öhdəliklərin ötürülməsinə dair razılaşmanın ləğv edilməsi, Cavabdeh iddiaçının xeyrinə 12979 ABŞ dolları əsas lizinq borcu, 1617 ABŞ dolları lizinq mükafatı və 3291 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla, cəmi 17887 ABŞ dollarının, zərərin qiymətləndirilməsi üçün ödənilmiş 300 manat və iddianın verilməsi üçün ödənilmiş 213 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X3 İddiaçı MMC-yə müraciət edərək “BMW 750 minik” markalı, tip – sedan, rəngi – tünd boz metallik, buraxılış ili – 2009, ban nömrəsi – WBAKB81030CY50877 olan avtomobili lizinqə almaq istədiyini bildirmiş, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli A170 saylı Daxili lizinq müqaviləsinə əsasən, lizinq obyekti lizinq öhdəliyi 20.760 ABŞ dolları, lizinq mükafatı illik 24 faiz dərəcəsi ilə olamqla 36 ay müddətinə lizinqə verilmişdir. Bir müddət sonra lizinq alan X3 MMC-yə müraciət edərək lizinq predmeti olan avtomobili qarşılıqlı razılaşma ilə başqa şəxsə vermək istədiyini bildirmiş, avtomobil müqavilə tərəfləri arasında bağlanmış öhdəliklərin ötürülməsi barədə razılaşmalara əsasən ayrı-ayrı şəxslərə lizinqə verilmişdir. Nəhayət lizinq obyekti lizinq verən İddiaçı MMC, öhdəlik ötürən X4 və öhdəlik götürən (qəbuledən) Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli üçtərəfli razılaşmaya (170 saylı Daxili lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşma) əsasən cavabdehə lizinqə verilmişdir. Qeyd olunan əlavə razılaşmaya əsasən Cavabdeh lizinq obyektini 15.500 ABŞ dolları lizinq məbləği, illik 24 faiz həddində lizinq mükafatı olmaqla xx.xx.2023-cü ilədək ödəmək öhdəliyi götürmüşdür. Bundan sonra, lizinq münasibətləri üzrə öhdəlikləri qəbuledən cavabdeh öhdəliklərinin icrasını pozmuş, lizinq ödənişlərini həyata keçirməkdən yayınmışdır. Bundan başqa, cavabdeh lizinq predmetini qaytarmaq tələbinə məhəl qoymayaraq avtomobili bu narazılıq və müvafiq etibarnamə olmadan idarə etmiş və gizlətmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, lizinq obyekti tamamilə yararsız vəziyyətə gətirilmişdir. Lizinq obyektinə vurulan zərərin qiymətləndirilməsi aparılmış və məlum olmuşdur ki, avtomobili təmir etdirmək üçün 23755 manat pul vəsaiti tələb olunur. Belə olan halda lizinq obyektinin geri qaytarılmasını tələb etmək əhəmiyyətini itirir və lizinq verən özünün belə hüququndan imtina edir. Öhdəliklərin icrası tələbi ilə bağlıcavabehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq borc ödənilməmişdir. xx.xx.2022-ci il tarixli 0232/22 saylı maliyyə arayışı ilə müəyyən olunur ki, lizinq obyekti 21 aydan artıq müddət ərzində Cavabdeh istifadəsində olmuş, bu müddət ərzində 12789 ABŞ dolları ödəniş etməli olduğu halda, cəmi 7131 ABŞ dolları ödəniş etmişdir. Hazırda cavabdehin 12979 ABŞ dolları məbləğində əsas lizinq borcu, 1617 ABŞ dolları məbləğində lizinq mükafatı və 3.291 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla cəmi 17.887 ABŞ dolları məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli A170 saylı Daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən “BMW 750 minik” markalı, tip – sedan, rəngi – tünd boz metallik, buraxılış ili – 2009, ban nömrəsi – WBAKB81030CY50877 olan avtomobili (lizinq obyektini) satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (lizinq ödənişi) ödəməyi öhdəsinə götürür. Lizinq alanın ilkin öhdəliyi 20760 ABŞ dolları müəyyən edilir. Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Müqavilənin müddəti 36 ay müəyyən edilir. Hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsinə göstərilir. AD seriyalı, 360028 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “BMW 750 minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Lizinq verən İddiaçı MMC, öhdəlik ötürən X4 və öhdəlik götürən (qəbuledən) Cavabdeh arasında bağlanmış A170 saylı Daxili lizinq müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə razılaşmanın surətindən görünür ki, lizinq obyekti olan avtomobiil öhdəlik götürən Cavabdeh lizinqə verilmişdir. Əlavə razılaşmaya əsasən Cavabdeh lizinq obyektini 15.500 ABŞ dolları lizinq məbləği, illik 24 faiz həddində lizinq mükafatı olmaqla xx.xx.2023-cü ilədək ödəmək öhdəliyi götürmüşdür. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 0232/22 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu 12979 ABŞ dolları əsas lizinq borcu, 1617 ABŞ dolları lizinq mükafatı və 3291 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla, cəmi 17887 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6488 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları (c.i.v 51), İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, A170 saylı Daxili lizinq müqaviləsi və həmin müqavilə çərçivəsində xx.xx.2020-ci il tarixdə imzalanmış öhdəliklərin ötürülməsi barədə razılaşmanın şərtlərinə əsasən Cavabdeh iddia tələbinin tarixinə, yəni xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə yaranmış borcu ümumilikdə 14598,28 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: - əsas lizinq borcu üzrə- 12980,09 ABŞ dolları; - lizinq mükafatı üzrə- 1618,18 ABŞ dolları; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 443.1-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.3-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəlləğv etmək hüququ vardır. Həmin Məcəlləin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC tərəfindən 0A170 saylı Daxili lizinq müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə razılaşmanın şərtlərinə uyğun olaraq lizinq obyekti olan avtomobilin lizinq alan Cavabdeh təhil verilməsi, cavabdehin lizinq müqaviləsi üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməməsi, bunun nəticəsində şirkətə 12979 ABŞ dolları əsas lizinq borcu və 1617 ABŞ dolları lizinq mükafatı borcunun qalması təsdiq olunur. Ona görə də, iddia tələbi həmin borcun cavabdehdən tutulması, lizinq müqaviləsinin və razılaşmanın ləğvi hissələrində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tələb olunan cərimənin məbləğini 300 ABŞ dolları məbləğinədək azaltmışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırırm». Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli A170 saylı Daxili lizinq müqaviləsi və lizinq verən İddiaçı MMC, öhdəlik ötürən X4 və öhdəlik götürən Cavabdeh arasında bağlanmış A170 saylı Daxili lizinq müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə razılaşma ləğv edilsin. Cavabdeh 12979 ABŞ dolları əsas lizinq borcu, 1617 ABŞ dolları lizinq mükafatı, 300 ABŞ dolları cərimə olmaqla cəmi 14896 (on dörd min səkkiz yüz doxsan altıç) ABŞ dolları məbləğində borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), zərərin qiymətləndirilməsi üçün ödənilmiş 300 (üç yüz) manat və 213 (iki yüz on üç) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3504/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3504/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver