Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3512/2022 22.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo Komputer, Acer Komputer, İmei Kodu **********87635 Samsung GalaxyA41 markalı telefon, Apple Qulaqlıq, Apple Qulaqlıq, LG LED Tv almış və nəticədə 6279 (altı min iki yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2294.4 manata (24 ay x 72.1 manat + 564 manat ilkin ödəniş) Lenovo komputer üçün ümumilikdə 1773 manat; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1588 manata (24 ay x 64 manat + 52 manat ilkin ödəniş) Acer komputer üçün ümumilikdə 1574 manat; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 849.6 manata (18 ay x 47.2 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********87635 olan Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə 862 manat; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 manata (18 ay x 41 manat + 0 manat ilkin ödəniş) Apple Qulaqlıq üçün ümumilikdə 844 manat; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 732.6 manata (18 ay x 40.7 manat + 0 manat ilkin ödəniş) Apple Qulaqlıq üçün ümumilikdə 755 manat; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 726 manata (12 ay x 60.5 manat + 0 manat ilkin ödəniş) LG Led TV üçün ümumilikdə 471 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1693.4 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Lenovo Komputer üçün 1514 (min beş yüz on dörd) manat ödənilməmiş hissə, 259 (iki yüz əlli doqquz) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Acer Komputer üçün 1344 (min üç yüz qırx dörd) manat ödənilməmiş hissə, 230 (iki yüz otuz) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********87635 Samsung GalaxyA41 markalı telefonüçün 706.6 (yeddi yüz altı, altmış qəp) manat ödənilməmiş hissə, 155.4 (yüz əlli beş, qırx qəp) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple Qulaqlıq üçün 697 (altı yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple Qulaqlıqüçün 610.6 (altı yüz on, altmış qəp) manat ödənilməmiş hissə, 144.4 (yüz qırx dörd, qırx qəp) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED Tvüçün 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə; ümumilikdə 6279 manat borc, 82.79 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin əvvəlki məhkəmə iclasında iştirak edərək ərizə təqdim etmiş, iddia tələbini qismən etiraf etdiyini, hazırda borcunu bir dəfəyə ödəmək iqtidarında olmadığını bildirmiş və məhkəmədən dəbbə borcunun silinərək əsas borcun hissə-hissə ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 2294.4 manat olan Lenovo komputeri nisyə satmış, alıcı həmin məbləği hər ay 72.1 manat ödəmək şərti ilə 24 ay müddətinə (ilkin ödəniş 564 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1588 manata Acer komputer nisyə satmış, alıcı həmin məbləği hər ay 64 manat ödəmək şərti ilə 24 ay müddətinə (ilkin ödəniş 52 manat) ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 849.6 manata İMEİ kodu **********87635 olan Samsung Galaxy A41 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 47.2 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 738 manata Apple qulaqlığı nisyə satmış, alıcı həmin məbləği hər ay 41 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 732.6 manata Apple qulaqlığı nisyə satmış, alıcı həmin məbləği hər ay 40.7 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 726 manata LG Led TV-ni nisyə satmış, alıcı həmin məbləği hər ay 60.5 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1693.4 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 259 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 230 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 155.4 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 697 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 610.6 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 108 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 70 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat; xx.xx.2021ci il tarixli müqavilə üzrə 50 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1514 (bir min beş yüz on dörd) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1344 (bir min üç yüz qırx dörd) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 706 (yeddi yüz altı) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 697 (altı yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 610 (altı yüz on) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu; ümumilikdə 5635 (beş min altı yüz otuz beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 82 (səksən iki) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun 10.26%i, yəni 8 (səkkiz) manat 49 (qırx doqquz) qəpiyi iddiaçıya aid edilsin, qalan 89.74%-i, yəni 74 (yetmiş dörd) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1514 (bir min beş yüz on dörd) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1344 (bir min üç yüz qırx dörd) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 706 (yeddi yüz altı) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 697 (altı yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 610 (altı yüz on) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu; ümumilikdə 5635 (beş min altı yüz otuz beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 82 (səksən iki) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun 10.26%-i, yəni 8 (səkkiz) manat 49 (qırx doqquz) qəpiyi iddiaçıya aid edilsin, qalan 89.74%-i, yəni 74 (yetmiş dörd) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3512/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3512/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver