Məhkəmə qərarları › İş №e-2(004)-3520/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3520/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3520/2024 25.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU SG6VRQFRJWY İPAD 9 (2021) MARKALİ TELEFON üçün 945,08 (doqquz yüz qırx beş manat səkkiz qəp) manat ödənilməmiş hissə, 94,92 (doxsan dörd manat doxsan iki qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, HP KOMPUTER üçün 446,95 (dörd yüz qırx altı manat doxsan beş qəp) manat ödənilməmiş hissə, 44,05 (qırx dörd manat beş qəp) manat cərimə və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, WİNDOWS 11 üçün 265,64 (iki yüz altmış beş manat altmış dörd qəp) manat ödənilməmiş hissə, 26,36 (iyirmi altı manat otuz altı qəp) manat cərimə olmaqla, ümumilikdə 1823 manat borc, 38,23 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 09632584 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib HP KOMPUTER-in qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 09632584 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh HP KOMPUTER üçün ilkin ödəniş olmadan 15 ay ərzində hər ay 40,67 manat olmaqla, cəmi 610,05 (altı yüz on manat beş qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 11671200 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib WİNDOWS 11-in qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 11671200 saylı alğı-satqı müqaviləsinin əlavəsinə əsasən Cavabdeh WİNDOWS 11 üçün ilkin ödəniş etmədən, 24 ay ərzində hər ay 13,33 manat olmaqla, cəmi 319,92 (üç yüz on doqquz manat doxsan iki qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 19601293 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İMEİ KODU SG6VRQFRJWY İPAD 9 (2021) MARKALİ TELEFON-un qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 19601293 saylı alğı-satqı müqaviləsinin əlavəsinə əsasən Cavabdeh İMEİ KODU SG6VRQFRJWY İPAD 9 (2021) MARKALİ TELEFON üçün ilkin ödəniş etmədən, 12 ay ərzində hər ay 101,29 manat olmaqla, cəmi 1215,48 (min iki yüz on beş manat qırx səkkiz qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 446,95 (dörd yüz qırx altı manat doxsan beş qəp) manat ödənilməmiş hissə, 44,05 (qırx dörd manat beş qəp) manat cərimə olmaqla, cəmi 491 (dörd yüz doxsan bir) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 265,64 (iki yüz altmış beş manat altmış dörd qəp) manat ödənilməmiş hissə, 26,36 (iyirmi altı manat otuz altı qəp) manat cərimə olmaqla, cəmi 292 (iki yüz doxsan iki) manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 945,08 (doqquz yüz qırx beş manat səkkiz qəp) manat ödənilməmiş hissə, 94,92 (doxsan dörd manat doxsan iki qəp) manat cərimə olmaqla, cəmi 1040 (bir min qırx) manat olmaqla, ümumilikdə 1823 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 35,93 (otuz beş manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 2,30 (iki manat otuz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, nisyə aldığı məhsulların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2023-cü il tarixli, 09632584 saylı alğı-satqı müqavilə üzrə 20 (iyirmi) manat, xx.xx.2023-cü il tarixli, 11671200 saylı alğı-satqı müqavilə üzrə 10 (on) manat məbləğində cərimə və xx.xx.2023cü il tarixli, 19601293 saylı alğı-satqı müqavilə üzrə 50 (əlli) manat məbləğində cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü tarixli müqavilə üzrə 446,95 (dörd yüz qırx altı manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 265,64 (iki yüz altmış beş manat altmış dörd qəp) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə və xx.xx.2023-cü tarixli müqavilə üzrə 945,08 (doqquz yüz qırx beş manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 1737,67 (bir min yeddi yüz otuz yeddi manat altmış yeddi qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş 38,23 (otuz səkkiz manat iyirmi üç qəpik) manat dövlət rüsumunun 36,40 (otuz altı manat qırx qəpik) manat hissəsi Cavabdeh tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü tarixli müqavilə üzrə 446,95 (dörd yüz qırx altı manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə cərimə, xx.xx.2023cü il tarixli müqavilə üzrə 265,64 (iki yüz altmış beş manat altmış dörd qəp) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə manat cərimə və xx.xx.2023-cü tarixli müqavilə üzrə 945,08 (doqquz yüz qırx beş manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 1737,67 (min yeddi yüz otuz yeddi manat altmış yeddi qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş 38,23 (otuz səkkiz manat iyirmi üç qəpik) manat dövlət rüsumunun 36,40 (otuz altı manat qırx qəpik) manat hissəsi Cavabdeh tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar