Məhkəmə qərarları › İş №e-2(004)-3525/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3525/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3525/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 119 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı Cavabdeh Əbdülhüseyn oğlu ilə tanış olumuşdur. Cavabdeh iddiaçıya Avropaya gedəcəyini bildirmiş və onu da özü ilə aparacağını bildirmişdir. Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2021-ci il tarixdə 119 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Cavabdehlə Avropaya getməmişdən əvvəl el adəti ilə toy etmək barədə razılaşmışlar. Amma cavabdeh hec bir xəbər etmədən, gizlin Avropaya qaçmışdır. X2 Respublikasında yaşayır. Dəfələrlə əlaqə saxlamaqlarına baxmayaraq geri dönməyəcəyini, iddiaçı ilə ailə qurmaq niyyətinin olmadığını bildirmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, nikahın barışıq üçün üç ay vaxt verilmədən pozulmasına razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-858/69 nömrəli arayışa əsasən X1 ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə nikah bağlayaraq ailə münasibətlərinə daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Hüseynli, arvada Hüseynli soyadı verilmişdir. İş materiallarında olan 6 saylı bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-1750/15 nömrəli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış, İddiaçı həyat yoldaşı Cavabdeh 6 saylı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmədiyinə görə tərəflərin arasında bağlanmış nikahın pozulması qeyri-mümkün hesab olunmuşdur. Buna görə də, iddiaçıya nikahın pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə cavabdehin nikahın pozulmasına razı olmasını və tərəflərin faktiki olaraq ailə münasibətlərində olmamasını nəzərə alaraq qeyd edir ki, iddia təmin edilməli, tərəflər arasında Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə, 119 nömrəli akt qeydi ilə bağlanmış nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2021-ci il tarixdə 119 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar