Məhkəmə qərarları › İş №e-2(004)-3560/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3560/2023

25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3560/2023 25.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X2, Ərizəçi Cavabdeh qarşı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Cavabdeh qarşı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yekun məhkəmə qətnaməsi qəbul edilərək qanuni qüvvəsini alıb icraya yönəldilənədək Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1 ilə sərbəst və maneəsiz ünsiyyətdə ola bilməsinə Cavabdeh tərəfindən edilən maneələrin ona qadağan olunması və hər həftənin şənbə günü saat 10:00-dan 17:00-a dək övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ilə ünsiyyətdə ola bilməsi ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə elektron sistemdə yaradılmış elektron kabinet vasitəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, lakin məhkəmə sistemində 2 indeksi ilə qeydə alınmışdır. Belə ki, ərizənin məzmunundan müəyyən olunur ki, ərizəçi yekun məhkəmə qətnaməsi qəbul edilib, qanuni qüvvəsini alıb icraya yönəldilənədək Cavabdeh ilə birgə nikahdan olan övladı xx.xx.2017ci il təvəllüdlü X1 ilə ünsiyyətdə ola bilməsi üçün müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Halbuki müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizələrə məhkəmə icraatı qaydasında ayrıca icraatda, yəni 16 indeksi ilə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün Ərizəçi Cavabdeh qarşı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2023-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən “AsanPay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 10 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi Cavabdeh qarşı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. xx.xx.2023-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən “AsanPay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 10 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılmalıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar