Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3590/2023 23.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə aldığı “Alexandrite Pro” cihazın 65.000 manat dəyərindən ödənilməmiş qalan 32.082 manat əsas borc, hesablanmış 437,70 manat cərimə və ödənilmiş 187,56 manat dövlət rüsumu olmaqla, cəmi 32.707,26 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin vəsatətinə əsasən məhkəmə xx.xx.2023-cü il tarixdə X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 65.000 manat olan “Alexandrite Pro” lazer epilyasiya cihazını 30.000 manat ilkin ödəniş olmaqla, qalan 35.000 manatı müqaviləyə əlavədə nəzərdə tutulmuş cədvələ uyğun olaraq 24 ay müddətində hər ay 1459 manat, sonuncu ay 1443 manat olmaqla 24 ay müddətinə Cavabdeh nisyə satmışdır. “Alexandrite Pro” lazer epilyasiya cihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələr xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Cavabdeh aktı şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Cavabdeh cihazı aldıqdan sonra iki ay 1459 manat olmaqla, cəmi 2918 manatı iddiaçıya ödəmişdir. Cavabdeh ilkin ödənişlə birlikdə cəmi 32.918 manat ödəniş etmiş, 2023-cü ilin may ayından ödəniş etməmişdir. Cavabdeh cihazın X6 tərəfindən xx.xx.2023-cü ildə ünvan 1 ünvanda yerləşən “Diamond Beautk” gözəllik salonundan oğurlandığını bildirərək, ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 2033 nömrəli müqavilə üzrə 32.082 manat əsas borcu, gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 01%-i miqdarında hesablanmış 437,70 manat cərimə borcu yaranmışdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 187,56 manat dövlət rüsumu ödəmişdir. Hazırda müqavilə üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, ünvan 2 ünvanda yerləşən “Diamond Beautk” gözəllik salonunda işləyir. İddiaçı MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMCdən dəyəri 65.000 manat olan “Alexandrite Pro” lazer epilyasiya cihazını 30.000 manat ilkin ödəniş etməklə, qalan 35.000 manatı müqaviləyə əlavədə nəzərdə tutulmuş cədvələ uyğun olaraq 24 ay müddətində hər ay 1459 manat, sonuncu ay 1443 manat olmaqla 24 ay müddətinə nisyə almışdır. xx.xx.2023-cü il tarixdə cihaz ona təhvil verilmişdir. O, 2023-cü ilin mart və aprel aylarının pulunu ödəmişdir. xx.xx.2023-cü il tarixdə onun tanışı olan X6 ünvan 2 ünvanda yerləşən “Diamond Beautk” gözəllik salonunun qapısını qıraraq “Alexandrite Pro” lazer epilyasiya cihazını oğurlamışdır. O, X3 oğurluq etməsi ilə bağlı polisə şikayət etmişdir. O, Nəsimi RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Onun şikayəti əsasında qarar ləğv edilmişdir və araşdırma davam etdirilir. O, “Alexandrite Pro” lazer epilyasiya cihazını işlətməklə pul qazanır və borcunu ödəyirdi. X1 “Alexandrite Pro” lazer epilyasiya cihazını ona geri qaytarmayıb, bu səbəbdən işləyib borcunu ödəyə bilmir. “Alexandrite Pro” lazer epilyasiya cihazının alınması üçün ilkin ödədiyi 30.000 manat və 2 ay üçün ödədiyi 2918 manatı onun özünə məxsusdur, bu pulların X5 heç bir aidiyyatı yoxdur. “Alexandrite Pro” lazer epilyasiya cihazı onun özünə məxsusdur. “Alexandrite Pro” lazer epilyasiya cihazı ona qaytarıldıqdan sonra işləyərək cihazın pulunu ödəməçyə etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq izahatında bildirdi ki, X6 və Cavabdeh qeyri-rəsmi sevgili olublar. İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 65.000 manat olan “Alexandrite Pro” lazer epilyasiya cihazını 30.000 manat ilkin ödəniş olmaqla, qalan 35.000 manatı müqaviləyə əlavədə nəzərdə tutulmuş cədvələ uyğun olaraq 24 ay müddətində hər ay 1459 manat, sonuncu ay 1443 manat olmaqla 24 ay müddətinə Cavabdeh nisyə satmışdır. Müqavilə Cavabdeh ilə bağlansa da, faktiki olaraq cihazın alınması üçün 30.000 manat ilkin ödənişi X6 etmiş və hazırda da həmin cihaz ondadır. 30.000 manat ilkin ödənişin X6 tərəfindən ödənilməsinə dair məhkəməyə kassa mədaxil orderi və ya digər yazılı sübut təqdim edə bilmirlər. Buna baxmayaraq ödənilmiş vəsait X5 məxsus olmuşdur. X6 xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Diamond Beautk” gözəllik salonundan “Alexandrite Pro” lazer epilyasiya cihazını Cavabdeh xəbərsiz olaraq götürmüşdür. Hazırda cihaz X2r. Cavabdeh cihazın oğurlanması ilə bağlı polisə şikayət etmişdir və faktla bağlı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində araşdırılma aparılmış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Mübahisənin mülki qaydada məhkəmədə həll olunması tövsiyə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 65.000 manat olan “Alexandrite Pro” lazer epilyasiya cihazını 30.000 manat ilkin ödəniş olmaqla, qalan 35.000 manatı müqaviləyə əlavədə nəzərdə tutulmuş cədvələ uyğun olaraq 24 ay müddətində hər ay 1459 manat, sonuncu ay 1443 manat olmaqla 24 ay müddətinə Cavabdeh nisyə satmışdır. “Alexandrite Pro” lazer epilyasiya cihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələr xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən yeni (işlənməmiş) «Alexandrite Pro» lazer epcihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələr (soyutma cihazı, kuşetka, lampa lupa, alət masası, həkim stulu, həkim üçün eynək, pasient üçün eynək, reklam üçün RoİİUP, stabilizator, distillə su) Cavabdeh təhvil verilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə cihazı aldıqdan sonra iki ay hər ay 1459 manat olmaqla, cəmi 2918 manatı İddiaçı MMC-yə ödəmişdir. Cavabdeh ilkin ödənişlə birlikdə cəmi 32.918 manat ödəniş etmiş, 2023-cü ilin may ayından ödəniş etməmişdir. Cavabdeh cihazın X6 tərəfindən xx.xx.2023-cü ildə ünvan 1 ünvanda yerləşən “Diamond Beautk” gözəllik salonundan oğurlandığı üçün ödənişlər vaxtında ödəyə bilmədiyini qeyd etmişdir. Cavabdeh oğurluq hadisəsinin baş verməsi ilə bağlı polisə şikayət etmişdir və şikayət əsasında araşdırma aparılır. Hazırda Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-dən nisyə aldığı “Alexandrite Pro” lazer epilyasiya cihazı X3 qeyri-qanuni sahibliyindədir, X6 cihazın faktiki olaraq ona məxsus olduğunu bildirərək, cihazı Cavabdeh qaytarmaqdan imtina edir. Məhkəmə qeyd edir ki, Cavabdeh mülkiyyətində olan “Alexandrite Pro” lazer epilyasiya cihazının özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək üçün məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdehin xx.xx.2023-cü il tarixli 2033 nömrəli müqavilə üzrə iddiaçıya 32.082 manat əsas borcu, gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 01%-i miqdarında hesablanmış 437,70 manat cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən müqavilə üzrə yaranmış borc və ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı “Alexandrite Pro” cihazın 65.000 manat dəyərindən ödənilməmiş qalan 32.082 manat əsas borc, hesablanmış 437,70 manat cərimə və ödənilmiş 187,56 manat dövlət rüsumu olmaqla, cəmi 32.707,26 (otuz iki min yeddi yüz yeddi manat 26 qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3590/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3590/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver