Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3597/2023 24.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli 23084074 nömrəli müqavilə bağlamaqla Hoffmann markalı soyuducu, Hoffmann Siac markalı kondisioner, xx.xx.2021-ci il tarixli 096110 nömrəli müqavilə bağlamaqla Sony səs ucaldıcı və xx.xx.2021-ci il tarixli 22269358 nömrəli müqavilə bağlamaqla Gorenje Plitə, Hoffmann markalı aspirator, Samsung Led markalı televizor, Philips markalı çaydan, Sofram markalı elektrik somavar alaraq toplamda 1593 (min beş yüz doxsan üç) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 23084074 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 1543,2 (min beş yüz qırx üç manat iyirmi qəpik) manat olan Hoffmann markalı soyuducu, Hoffmann Siac markalı kondisioner üçün ümumilikdə 885 (səkkiz yüz səksən beş) manat olmaqla onun 804,6 (səkkiz yüz dörd manat altmış qəpik) manat hissəsi ödənilməmiş hissə, 80,4 (səksən manat qırx qəpik) manat isə cərimə borcu, xx.xx.2021-ci il tarixli 22269358 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 2124 (iki min yüz iyirmi dörd) manat olan Gorenje Plitə, Hoffmann markalı aspirator, Samsung Led markalı televizor, Philips markalı çaydan, Sofram markalı elektrik somavar üçün ümumilikdə 482 (dörd yüz səksən iki) manat olmaqla onun 439 (dörd yüz otuz doqquz) manat hissəsi ödənilməmiş hissə, 43 (qırx üç) manat isə cərimə borcu və xx.xx.2021-ci il tarixli 096110 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 366 (üç yüz altmış altı) manat olan Sony səs ucaldıcı üçün ümumilikdə 226 (iki yüz iyirmi altı) manat olmaqla onun 205,8 (iki yüz beş manat səksən qəpik) manat hissəsi ödənilməmiş hissə, 20,2 (iyirmi manat iyirmi qəpik) manat isə cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2583,80 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli 23084074 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1543,2 (min beş yüz qırx üç manat iyirmi qəpik) manat olan Hoffmann markalı soyuducu, Hoffmann Siac markalı kondisioner üçün 804,6 (səkkiz yüz dörd manat altmış qəpik) manat hissəsi ödənilməmiş hissə, 80,4 (səksən manat qırx qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 885 (səkkiz yüz səksən beş) manat, xx.xx.2021-ci il tarixli 22269358 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 2124 (iki min yüz iyirmi dörd) manat olan Gorenje Plitə, Hoffmann markalı aspirator, Samsung Led markalı televizor, Philips markalı çaydan, Sofram markalı elektrik somavar üçün 439 (dörd yüz otuz doqquz) manat hissəsi ödənilməmiş hissə, 43 (qırx üç) manat isə cərimə borcu cərimə borcu olmaqla ümumilikdə 482 (dörd yüz səksən iki) manat və xx.xx.2021-ci il tarixli 096110 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 366 (üç yüz altmış altı) manat olan Sony səs ucaldıcı üçün üçün 205,8 (iki yüz beş manat səksən qəpik) manat hissəsi ödənilməmiş hissə, 20,2 (iyirmi manat iyirmi qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 226 (iki yüz iyirmi altı ) manat məbləğində borc, nəticədə toplamda 1593 (min beş yüz doxsan üç) manat pul və 35,93 (otuz beş manat doxsan üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 23084074 nömrəli müqavilədən görünür ki, Hoffmann markalı soyuducu, Hoffmann Siac markalı kondisioneri, xx.xx.2021-ci il tarixli 22269358 nömrəli müqavilədən görünür ki, Gorenje Plitə, Hoffmann markalı aspirator, Samsung Led markalı televizor, Philips markalı çaydan, Sofram markalı elektrik somavarı və xx.xx.2021-ci il tarixli 096110 nömrəli müqavilədən görünür ki, Sony səs ucaldıcını iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 25 iyun 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli 23084074 nömrəli müqavilə üzrə üçün 804,6 (səkkiz yüz dörd manat altmış qəpik) manat hissəsi ödənilməmiş hissə, 80,4 (səksən manat qırx qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 885 (səkkiz yüz səksən beş) manat, xx.xx.2021-ci il tarixli 22269358 nömrəli müqavilə üçün 439 (dörd yüz otuz doqquz) manat hissəsi ödənilməmiş hissə, 43 (qırx üç) manat isə cərimə borcu cərimə borcu olmaqla ümumilikdə 482 (dörd yüz səksən iki) manat və xx.xx.2021-ci il tarixli 096110 nömrəli müqavilə üçün 205,8 (iki yüz beş manat səksən qəpik) manat hissəsi ödənilməmiş hissə, 20,2 (iyirmi manat iyirmi qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 226 (iki yüz iyirmi altı ) manat, nəticədə toplamda 1593 (min beş yüz doxsan üç) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, beləliklə, pretenziya qaydasına əməl olunmuşdur. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli 23084074 nömrəli müqavilə bağlamaqla Hoffmann markalı soyuducu, Hoffmann Siac markalı kondisioner, xx.xx.2021-ci il tarixli 096110 nömrəli müqavilə bağlamaqla Sony səs ucaldıcı və xx.xx.2021-ci il tarixli 22269358 nömrəli müqavilə bağlamaqla Gorenje Plitə, Hoffmann markalı aspirator, Samsung Led markalı televizor, Philips markalı çaydan, Sofram markalı elektrik somavar almış və nəticədə müqavilə öhdəliklərinə əməl etməyərək toplamda 1593 (min beş yüz doxsan üç) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələriçıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli 23084074, xx.xx.2021-ci il tarixli 22269358 və xx.xx.2021-ci il tarixli 096110 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 35,93 (otuz beş manat doxsan üç qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 23084074 nömrəli müqavilə üzrə üçün 804,6 (səkkiz yüz dörd manat altmış qəpik) manat hissəsi ödənilməmiş hissə, 80,4 (səksən manat qırx qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 885 (səkkiz yüz səksən beş) manat, xx.xx.2021-ci il tarixli 22269358 nömrəli müqavilə üçün 439 (dörd yüz otuz doqquz) manat hissəsi ödənilməmiş hissə, 43 (qırx üç) manat isə cərimə borcu cərimə borcu olmaqla ümumilikdə 482 (dörd yüz səksən iki) manat və xx.xx.2021-ci il tarixli 096110 nömrəli müqavilə üçün 205,8 (iki yüz beş manat səksən qəpik) manat hissəsi ödənilməmiş hissə, 20,2 (iyirmi manat iyirmi qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 226 (iki yüz iyirmi altı ) manat, nəticədə toplamda 1593 (min beş yüz doxsan üç) manat məbləğində borc və 35,93 (otuz beş manat doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23084074 nömrəli müqavilə üzrə üçün 804,6 (səkkiz yüz dörd manat altmış qəpik) manat hissəsi ödənilməmiş hissə, 80,4 (səksən manat qırx qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 885 (səkkiz yüz səksən beş) manat, xx.xx.2021-ci il tarixli 22269358 nömrəli müqavilə üçün 439 (dörd yüz otuz doqquz) manat hissəsi ödənilməmiş hissə, 43 (qırx üç) manat isə cərimə borcu cərimə borcu olmaqla ümumilikdə 482 (dörd yüz səksən iki) manat və xx.xx.2021-ci il tarixli 096110 nömrəli müqavilə üçün 205,8 (iki yüz beş manat səksən qəpik) manat hissəsi ödənilməmiş hissə, 20,2 (iyirmi manat iyirmi qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 226 (iki yüz iyirmi altı ) manat, nəticədə toplamda 1593 (min beş yüz doxsan üç) manat məbləğində borc və 35,93 (otuz beş manat doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3597/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3597/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver