Məhkəmə qərarları › İş №e-2(004)-3650/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3650/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3650/2022 15.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 1039 (bir min otuz doqquz) manat ödənilməmiş hissə, 103 (yüz üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X1, PLAYSTATİON 4, oyun diski üçün 610 (altı yüz on) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ALYANS markalı masa, ANTUANETTA mebel üçün 454 (dörd yüz əlli dörd) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, ALYANS markalı masa, VENETSİYA markalı mebel üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN MİNİ SOBA, LG PALTARYUYAN üçün 208 (iki yüz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, ELEGANT markalı mebel üçün 164 (yüz altmış dörd) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV üçün 73 (yetmiş üç) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, TEKSTİL YORGAN üçün 47 (qırx yeddi) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; ümumilikdə, 3088 manat borcun və 50.88 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə, qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia tələbi ilə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1254 manata LG Led TV-ni nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 52 manat ödəmək şərti ilə (6 manat ilkin ödəniş) 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1375.2 manata X1, Playstation 4, oyun diskini nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 76.4 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1072.8 manata ALYANS markalı masa, ANTUANETTA mebeli nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 44.7 manat ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 758 manata ALYANS markalı masa, VENETSİYA mebeli nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 31 manat (ilkin ödəniş 14 manat) ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1459.8 manata HOFFMANN MİNİ SOBA, LG PALTARYUYANİ nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 81.1 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 648 manata Elegant markalı mebeli nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 27 manat ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 336.6 manata HOFFMANN Led TV-ni nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 18.7 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 114 manata Tekstil Yorğanı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 9.5 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 4207.4 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1039 (bir min otuz doqquz) manat əsas borc, 103 (bir yüz üç) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 610 (altı yüz on) manat əsas borc, 61 (altmış bir) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 454 (dörd yüz əlli dörd) manat əsas borc, 45 (qırx beş) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 216 (iki yüz on altı) manat əsas borc, 21 (iyirmi bir) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 208 (iki yüz səkkiz) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 164 (bir yüz altmış dörd) manat əsas borc, 16 (on altı) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 73 (yetmiş üç) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 47 (qırx yeddi) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; cəmi 3088 (üç min səksən səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 50 (əlli) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1039 (bir min otuz doqquz) manat əsas borc, 103 (bir yüz üç) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 610 (altı yüz on) manat əsas borc, 61 (altmış bir) manat cərimə borcu; xx.xx.2020ci il tarixli müqaviləyə əsasən 454 (dörd yüz əlli dörd) manat əsas borc, 45 (qırx beş) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 216 (iki yüz on altı) manat əsas borc, 21 (iyirmi bir) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 208 (iki yüz səkkiz) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 164 (bir yüz altmış dörd) manat əsas borc, 16 (on altı) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 73 (yetmiş üç) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 47 (qırx yeddi) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; cəmi 3088 (üç min səksən səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 50 (əlli) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar