Məhkəmə qərarları › İş №e-2(004)-3658/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3658/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3658/2025 05.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 499,85 (dörd yüz doxsan doqquz manat səksən beş qəpik) manat məbləğində əsas və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 529,85 (beş yüz iyirmi doqquz manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2024-cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2025-ci il tarixində X1 mülkiyyətində olan qeyriyaşayış sahəsi (ticarət obyekti) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh istifadəsində olan 35 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyətinin 18 fevral 2025-ci il tarixli məktubunda və 24 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli aktında ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə (ticarət obyekti) binanın yuxarı mərtəbəsindən Cavabdeh istifadəsində olan 35 saylı mənzildən axıdılan su nəticəsində obyektin tavan hissəsinə maddi ziyan dəyməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəyindən görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (ticarət obyekti) subasma nəticəsində 800 (səkkiz yüz) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, CFİ-0016/2025-AKT83/25 nömrəli aktla 300 (üç yüz) manat azadolma məbləği və digər məbləğlər çıxılmaqla, 499,85 (dörd yüz doxsan doqquz manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Baş vermiş faktın onun mənzili ilə əlaqəsi olmamışdır. Bu ilin mart ayının sonlarında 24 saylı MKİS-nin iki nəfər əməkdaşı və alt mərtəbədə obyekt işlədən Elşad adlı şəxs mənzilinə gələrək aşağıdakı obyektə su sızıntısının olduğunu bildirərək mənzilinin sanitar qovşağına birlikdə baxış keçirilmişdir. Məlum oldu ki, su sızmasının onun mənzili ilə heç bir əlaqəsi yoxdur. Təxminən iki həftə sonra həmin şəxslər gələrək hamam otağına baxdıqda onun mənzilindən heç bir axıntının olmadığı aşkar edildi. O, hətta onlara təklif etmişdir ki, obyektdə axıntının olduğu yerin açılmasını və səbəbin müəyyən edilməsini bildirmişlər. Daha sonra onlar həmin obyektdə su axıntısı gələn tavan hissəsini açmışlar və məlum olmuşdur ki, tavan daxilində boru partlamış, partlamış boru hissəsi onun mənzilinə çatmamış hissədə olmuşdur. O, hətta özü həmin obyektdə tavanın açılmış hissəni öz borularının daxildə parlatdığına şahid olmuşdur. Həmin vaxtdan sonra onlar bir daha onu narahat etməmişlər. İddia ərizəsini poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə almışdır. Bu iddia ərizəsi onu çox təəccübləndirmişdir. Çünki su sızmasının onun mənzili ilə əlaqəsi olmamışdır. MKİS-nin aktını və işə əlavə olunmuş digər sənədlərini saxta hesab edir, həmin aktlar onun iştirakı və məlumatı olmadan tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3658/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarına nümayəndələrinin iştirakı olmadan baxılması, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 24 fevral 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 31a (yeni qaydalarla: AZ 1141 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, giriş 25D) tam mülkiyyət hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - RAZ********** nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 31a ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC tərəfindən sığortalanmışdır. - M.Paşayev, Q.Kərimov və S.Süleymanov tərəfindən tərtib olunmuş və imzalanmış xx.xx.2025-ci il tarixli akta əsasən Zahid Xəlilov küçəsi 31 A, mənzil 32 də olmuşlar. Bu ünvan hal-hazırda qeyri-yaşayış ticarət obyekti kimi fəaliyyət göstərir. Obyektin üstündə yerləşən Cavabdeh məxsus 35 saylı mənzildən, su axması nəticəsində obyektin tavan hissəsi islanaraq obyektə ziyan dəymişdir. Axıntının qarşısı alınaraq 35 saylı mənzildə təmir işləri aparılmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin "xxxx" ASC-yə ünvanladığı 18 fevral 2025-ci il tarixli cavab məktubuna əsasən sözügedən hadisə ilə bağlı aidiyyəti üzrə 24 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixində qeyri yaşayış obyektinə baş çəkməklə lazımı araşdırmalar aparılmışdır. Araşdırma nəticəsində Zahid Xəlilov küçəsi, ev 31A, mənzil 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə eyni binanın 35 nömrəli mənzilindən su sızması müəyyən olunmuşdur. Z.Xəlilov küçəsi, ev 31A, mənzil 35 ünvanı Cavabdeh məxsusdur. Mənzildə su xəttində yaranmış problem aradan qaldırılmışdır. Baş vermiş hadisə nəticəsində qeyri-yaşayış sahəsinin tavan hissəsinə müəyyən qədər zərər dəymişdir. - xx.xx.2025-ci il tarixli, CFİ-0016/2025-AKT83/25 nömrəli sığorta aktının surətindən görünür ki, 300 (üç yüz) manat azadolma məbləği və 0,15 (on beş qəpik) manat sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı çıxılmaqla, 500 (beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4900 saylı, 27 oktyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 31 a saylı evin 31 saylı qeyri-yaşayış sahəsinin istirahət otağının konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 31 a saylı evin 31 saylı qeyri-yaşayış sahəsinin istirahət otağına su axıdıldığı və nəticədə qeyriyaşayış sahəsinin tikilisinə ziyan dəydiyi müəyyən olunmuşdur. Dəymiş zərərin aradan qaldırılması üçün istirahət otağı tikilisinin tavanına vurulmuş alçipan təbəqənin sökülərək yenisi ilə əvəz olunmalı, tavan və divarlara şpaklyovka və boya qatının vurulmalıdır. Qeyd olunur ki, boru xəttinin bir hissəsinin qeyri-yaşayış sahəsinin tavanından, bir hissəsinin isə mərtəbələrarası beton paneldən keçdiyini nəzərə alaraq, su sızmasının həmin boruda yaranmış nasazlıq səbəbindən baş verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 31 a saylı evin 31 saylı qeyri-yaşayış sahəsinə baxış zamanı alçıpan ilə tavan arasında tavana keçən hissədə müəyyən təmir işləri aparıldığı aşkar görünür. Təmir işləri aparılan boru qeyriyaşayış hissəsində yerləşir, yəni sızsızma qeyri-yaşayış sahəsindən keçən boru xəttindəki nasazlıqdan yaranmışdır. Həmin borunun bir hissəsi isə mərtəbələrarası beton paneldən keçir. Lakin zədəli boru Cavabdeh mənzilindən keçmir. Susızmanın cavabdehin mənzili ilə əlaqəsi yoxdur, su həmin mənzildən axıdılmamışdır. Beləliklə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4900 saylı, 27 oktyabr 2025-ci il tarixli ekspert rəyindən və ekspertin izahatından da görünür ki, boru xəttinin bir hissəsinin Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 31 a saylı evin 31 saylı qeyri-yaşayış sahəsinin tavanından, bir hissəsinin isə mərtəbələrarası beton paneldən keçdiyini nəzərə alaraq, su sızmasının həmin boruda yaranmış nasazlıq səbəbindən baş verdiyi müəyyən edilmişdir. Bununla da, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 31 a saylı evin 31 saylı qeyri-yaşayış sahəsində istirahət otağına su axıdılması və nəticədə qeyri-yaşayış sahəsinin tikilisinə ziyan dəyməsi mövcud olmasına baxmayaraq su sızmasının cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən olduğu məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.1, 936.2-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində sığortalı mənzilə maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində su sızmanın əlamətləri mövcud olması məhkəmə tərəfindən öz təsdiqini tapsa da, həmin sahəyə su sızmanın cavabdehin sahibliyində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən axıdılmasına öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş maddi zərərin cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddiaçının hazırki halda cavabdehə münasibətdə subroqasiya qaydasında pul tələb etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə aparılmış ekspertiza xərclərinin əvəzi olan 50 (əlli) manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Cavabdeh 499,85 (dörd yüz doxsan doqquz manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar