Məhkəmə qərarları › İş №e-2(004)-3665/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3665/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3665/2023 04.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Azsamand RX” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Babək prospektində hərəkət edən zaman “Kia Optima” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar ilə “Azsamand RX” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 469.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə iddiaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsinin könüllü sığortası üzrə sığortalanmış “Kia Optima” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 600 manat maddi zərər müəyyən edilmişdir. MİB230007 nömrəli sığorta şəhadətnaməsinə və AK230086 nömrəli xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən iddiaçı tərəfindən 350 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən sözügedən məbləğ cavabdehdən tələb olunsa da, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən AK230086 nömrəli xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən 350 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan AK230086 nömrəli xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 600 manat, sığorta ödənişinin məbləği isə 350 manat təşkil etmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsinin könüllü sığortası şəhadətnaməsinə əsasən müəyyən olunur ki, sığortaçı "xxxx" ASC olmaqla xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il tarixədək olan müddət ərzində “Kia Optima” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən müəyyən edilir ki, “Kia Optima” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş yekun zərər 600 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərara əsasən müəyyən olunur ki, “Azsamand RX” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936-cı maddəsi çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Azsamand RX” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Babək prospektində hərəkət edən zaman “Kia Optima” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar ilə “Azsamand RX” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə iddiaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsinin könüllü sığortası üzrə sığortalanmış “Kia Optima” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 600 manat maddi zərər müəyyən edilmişdir. MİB230007 nömrəli sığorta şəhadətnaməsinə və AK230086 nömrəli xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən iddiaçı tərəfindən 350 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu qaydada cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 350 (üç yüz əlli) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar