Məhkəmə qərarları › İş №e-2(004)-3671/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3671/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3671/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99915 olan “iPhone XS Max” markalı telefon üçün 2318 manat ödənilməmiş hissə, 693 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43488 olan “iPhone XS” markalı telefon üçün 1820,2 manat ödənilməmiş hissə, 546 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********52985 olan “iPhone 11” markalı telefon üçün 1431,6 manat ödənilməmiş hissə, 429,3 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26916 olan “X4 Pro” markalı telefon üçün 434,1 manat ödənilməmiş hissə, 130,2 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “HP” markalı kompüter və “Canyon” markalı kompüter çantası üçün 292,7 manat ödənilməmiş hissə, 86,4 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “HP” markalı kompüter üçün 183 manat ödənilməmiş hissə, 54,5 manat dəbbə, olmaqla ümumilikdə 8419 manat borc və 104,19 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 21233726 saylı, xx.xx.2020-ci il tarixli, 22147868 saylı, xx.xx.2020-ci il tarixli, 20249756 saylı, xx.xx.2020-ci il tarixli, 21101485 saylı, xx.xx.2019-cu il tarixli, 01000299 nömrəli və xx.xx.2020-ci il tarixli, 20024232 saylı müqavilələr bağlanmış, müqavilələr üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu vaxtında ödəməmiş, nəticədə cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99915 olan “iPhone XS Max” markalı telefon üçün 2318 manat ödənilməmiş hissə, 693 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43488 olan “iPhone XS” markalı telefon üçün 1820,2 manat ödənilməmiş hissə, 546 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********52985 olan “iPhone 11” markalı telefon üçün 1431,6 manat ödənilməmiş hissə, 429,3 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26916 olan “X4 Pro” markalı telefon üçün 434,1 manat ödənilməmiş hissə, 130,2 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “HP” markalı kompüter və “Canyon” markalı kompüter çantası üçün 292,7 manat ödənilməmiş hissə, 86,4 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “HP” markalı kompüter üçün 183 manat ödənilməmiş hissə, 54,5 manat dəbbə olmaqla ümumilikdə 8419 manat borcu yaranmışdır. Cavabdeh ümumilikdə 4989,4 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21233726 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İMEİ kodu **********99915 olan “iPhone XS Max” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22147868 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İMEİ kodu **********43488 olan “iPhone XS” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20249756 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İMEİ kodu **********52985 olan “iPhone 11” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21101485 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən İMEİ kodu **********26916 olan “X4 Pro” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20024232 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən “HP” markalı kompüter və “Canyon” markalı kompüter çantası Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 01000299 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən “HP” markalı kompüter Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 21233726 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 3792,6 manat təşkil edir və aylıq 210,7 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 22147868 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2185,2 manat təşkil edir və aylıq 364,2 manat olmaqla 6 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 20249756 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 2865,6 manat təşkil edir və aylıq 159,2 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 21101485 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 745,2 manat təşkil edir və aylıq 62,1 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 20024232 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 782,4 manat təşkil edir və aylıq 32,6 manat olmaqla 24 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 01000299 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1098 manat təşkil edir və aylıq 61 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdehnın xx.xx.2020-ci il tarixli, 21233726 saylı alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 3792,6 manat olan əsas borca 1474,6 manat ödəniş etmiş, 2318 manat ödənilməmiş hissə, 693 manat cərimə, cəmi 3011 manat, xx.xx.2020-ci il tarixli, 22147868 saylı alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 2185,2 manat olan əsas borca 365 manat ödəniş etmiş, 1820,2 manat ödənilməmiş hissə, 546 manat cərimə, cəmi 2366,2 manat, xx.xx.2020-ci il tarixli, 20249756 saylı alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 2865,6 manat olan əsas borca 1434 manat ödəniş etmiş 1431,6 manat ödənilməmiş hissə, 429,3 manat cərimə, cəmi 1860,9 manat, xx.xx.2020-ci il tarixli, 21101485 saylı alğısatqı müqaviləsi üzrə alğı-satqı qiyməti 745,2 manat olan əsas borca 311,1 manat ödəniş etmiş, 434,1 manat ödənilməmiş hissə, 130,2 manat cərimə, cəmi 564,3 manat borcu, xx.xx.2020-ci il tarixli, 20024232 saylı alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 782,4 manat olan əsas borca 489,7 manat ödəniş etmiş, 292,7 manat ödənilməmiş hissə, 86,4 manat cərimə, cəmi 379,1 manat, xx.xx.2019-cu il tarixli, 01000299 saylı alğı-satqı müqaviləsi üzrə alğı-satqı qiyməti 1098 manat olan əsas borca 915 manat ödəniş etmiş, 183 manat ödənilməmiş hissə, 54,5 manat cərimə, cəmi 237,5 manat, ümumilikdə isə 8419 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2020-ci il tarixli, 21233726 saylı müqavilə üzrə 162 manat, xx.xx.2020-ci il tarixli, 22147868 saylı müqavilə üzrə 127 manat, xx.xx.2020-ci il tarixli, 20249756 saylı müqavilə üzrə 100 manat, xx.xx.2020-ci il tarixli, 21101485 saylı müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli, 01000299 saylı müqavilə üzrə 12 manat və xx.xx.2020-ci il tarixli, 20024232 saylı müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21233726 saylı müqavilə üzrə 2318 manat əsas borc, 162 manat dəbbə borcu, xx.xx.2020ci il tarixli, 22147868 saylı müqavilə üzrə 1820,2 manat əsas borc, 127 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli, 20249756 saylı müqavilə üzrə 1431,6 manat əsas borc, 100 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli, 21101485 saylı müqavilə üzrə 434,1 manat əsas borc, 30 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli, 20024232 saylı müqavilə üzrə 292,7 manat əsas borc, 20 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli, 01000299 saylı müqavilə üzrə 183 manat əsas borc, 12 manat dəbbə borcu olmaqla ümumilikdə 6930,6 (altı min doqquz yüz otuz manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 89,3 (səksən doqquz manat otuz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 21233726 saylı müqavilə üzrə 2318 manat əsas borc, 162 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli, 22147868 saylı müqavilə üzrə 1820,2 manat əsas borc, 127 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli, 20249756 saylı müqavilə üzrə 1431,6 manat əsas borc, 100 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli, 21101485 saylı müqavilə üzrə 434,1 manat əsas borc, 30 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli, 20024232 saylı müqavilə üzrə 292,7 manat əsas borc, 20 manat dəbbə borcu, xx.xx.2019cu il tarixli, 01000299 saylı müqavilə üzrə 183 manat əsas borc, 12 manat dəbbə borcu olmaqla ümumilikdə 6930,6 (altı min doqquz yüz otuz manat altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 89,3 (səksən doqquz manat otuz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar