Məhkəmə qərarları › İş №e-2(004)-3677/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3677/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3677/2022 25.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo markalı kompyuter üçün 1356 manat ödənilməmiş hissə, 135 manat cərimə, cəmi 1491 manat və 34,91 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixdə cavabdeh məhkəməinin bildirişini poçt xəbərnaməsini imzalayaraq qəbul etmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2264 (iki min iki yüz altmış dörd) manat (yəni 24 ay x 80 manat + 344 manat ilkin ödəniş) Lenovo komputer üçün ümumilikdə, 1491 (bir min dörd yüz doxsan bir) manat olmaqla 1356 (bir min üç yüz əlli altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 135 (yüz otuz beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 908 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqaviləyə əsasən Lenovo markalı kompyuteri almış və nəticədə 1491 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 908 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo markalı kompyuter üçün 1356 manat ödənilməmiş hissə, 135 manat cərimə, cəmi 1491 manat və 34.91 manat manat dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo markalı kompyuter üçün 1356 (min üç yüz əlli altı manat) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş manat) manat cərimə, cəmi 1491 (min dörd yüz doxsan bir manat) manat və 34,91 (otuz dörd manat 91 qəpik) manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar