Məhkəmə qərarları › İş №e-2(004)-3721/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3721/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3721/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, 2159 manat dəyərində olan əşya almışdır. Cavabdeh aldığı əşyaya görə 600 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1559 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 608 manat ödəniş etmişdir.Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 951 (doqquz yüz əlli bir) manat məbləğində əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə, 30,46 (otuz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1076,46 (min yetmiş altı manat qırx altı qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İphone 13 markalı telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 951 (doqquz yüz əlli bir) manat məbləğində əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC tərəfindən R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödəniş cədvəli məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh öhdəliklərinin icrası təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İ-phone 13 markalı telefon almış və nəticədə müqavilə öhdəliklərinə əməl etməyərək 951 (doqquz yüz əlli bir) manat əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və MM-in 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi barədə sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,46 (otuz manat qırx altı qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh R0080424 nömrəli, xx.xx.2023cü il tarixli müqavilə üzrə 951 (doqquz yüz əlli bir) manat əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu,ödənilmiş 30,46 (otuz manat qırx altı qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1076,46 (min yetmiş altı manat qırx altı qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 951 (doqquz yüz əlli bir) manat məbləğində əsas borc, 95 (doxsan beş) manat məbləğində cərimə borcu, 30,46 (otuz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1076,46 (min yetmiş altı manat qırx altı qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar