Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3732/2022 16.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8.414,20 (səkkiz min dörd yüz on dörd manat iyirmi qəpik) manat məbləğində borcunun, eyni zamanda məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 manat dövlət rüsumunun, cəmi 8.514,20 manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə məhkəməyə “Elektron məhkəmə informasiya sistemi” vasitəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, 8414,20 manat məbləğində borcunun eyni zamanda ödənilmiş 105 manat dövlət rüsumunun, cəmi 8514,20 manat məbləğin tutularaq İddiaçıMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş üzrə tərəflər arasında olan münasibət kommersiya münasibətidir. Haqlı olaraq bu işə ilkin olaraq baxılarkən hər iki tərəfin vergi ödəyəcisi olduğu və tərəflər arasında istehlakçı ilə satıcı münasibəti olmadığından Bakı Apellyasiya Məhkəməsi işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Bunu nəzərə alaraq, işin aidiyyət üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsi təmin edilməli, iddia tələbi üzrə mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar kommersiya mübahisələrinə aid olduğuna görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan: - “Elektron məhkəmə informasiya sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********). - Həmçinin Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-771/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2868/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, mülki iş məhkəmə aiddiyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə isə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Beləliklə, məhkəmə qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, “elektron məhkəmə informasiya sistemi”ndən edilmiş çıxarışdan göründüyü kimi, Cavabdeh vergi ödəyicisi olmaqla, fərdi sahibkar statusu əldə edən fiziki şəxs, iddiaçı isə hüquqi şəxsdir. Belə ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********) və mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar olaraq, xx.xx.2020-cı il tarixli, 24 saylı inşaat materiallarının nisyə alqı-satqı müqaviləsinə əsasında yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Bütün bunlar isə mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 31.1, 32.3, 32.4 və 32.5-ci, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-3732/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3732/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver