Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3749/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, PBR245 saylı mənzil və 186, 187 nömrəli avtomobil dayancağı üzrə alqı-satqı müqaviləsinə əsasən cavabdehin 15334,52 manat (on beş min üç yüz otuz dörd manat doqsan iki qəpik) borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 136 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15470,52 manat (on beş min dörd yüz yetmiş manat doxsan iki qəpik) məbləğin Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK Cavabdeh arasında ünvan 1 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən binanın B bloku, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 970.7 kv.m. olan (637.8 kv.m. əmlakın daxili hissəsi, 332.9 kv.m. balkon) 1407 saylı mənzilin və binanın zirzəmisində 1-ci mərtəbəsində yerləşən 186, 187 nömrəli avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2011-ci il tarixli, PBR245 saylı müqavilə imzalamışdır. xx.xx.2011-ci il tarixli, PBR245 saylı alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsində İnvestora (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) Şirkətə göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın hər kv.m. üçün hər ay 2 manat xidmət haqqı ödəyəcək. Həmin alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 6-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) avtomobil dayanacaq yerini satın almış olduqda, avtomobil dayanacaq haqqı hər sahəyə görə hər ay 10 manat təşkil edir. Həmin müqavilənin 9-cu bəndinə görə, bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və Tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Bildirmişdir ki, cavabdehin 1407 saylı mənzil, 2 dayanacaq yerləri və kommunal borc üzrə qoşmada əlavə olunan borc cədvəlində göstərildiyi kimi 2024-cü ilin iyun ayı da daxil olmaqla kommunal borc üçün 77.56 manat, mənzil və 2 dayanacaq yerləri üçün xidmət haqqı isə 15.257,36 manat olmaqla, ümumi borc məbləği 15.334,52 manat təşkil edir. xx.xx.2011-ci il tarixli, PBR245 saylı alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən cavabdeh sakin Cavabdeh 970.7 kv.m. mənzilin daxili 637.8 kv.m hissəsinin hər kvadrat metr üçün aylıq 2 manat xidmət haqqı (637.8 kv.m. x 2=1941.4 manat) və 332.9 kv.m. olan balkon hissəsinin hər kvadrat metri üçün isə aylıq 1 manat (332.9 kv.m. x 1=332.9 AZN) və həmin Əlavənin 6-cı bəndinə əsasən 2 dayanacaq yerinin hər biri üçün ayrılıqda aylıq 10 manat olmaqla (2 x 10=20 manat), ümumilikdə mənzil, balkon və dayanacaq yeri üzrə aylıq 1.628,51 manat (1941.4+332.9+10+10=1.628,51 manat) xidmət haqqı məbləği ödənilməli idi. Borcun yaranma mənbəyinə gəldikdə, xx.xx.2023-cü il tarixə aylıq xidmət haqqı məbləğinin yarısının ödənilməsi səbəbindən qalıq 600.63 manat, oktyabr 2022 - yanvar 2023-cü il (600.63+4 ay x 1.628,51=7.114,04 manat), fevral, mart, aprel, may, iyun 2024-cü il həmçinin aylıq xidmət haqları ümumiyyətlə ödənilməmişdir (5x1.628,51=8.142,55 manat) Müxtəlif vaxtlardan isə kiçik məbləğlərdə kommunal borc ödənişləri yığılmışdır. Beləliklə, ümumilikdə kommunal, mənzil və dayanacaq yerlərinin xidmət haqları üzrə 15.334.52 manat məbləğdə borc yaranmışdır (7.114,04AZN+8.142,55AZN+77.56 manat=15.334.52 manat. Əlavə olaraq müxtəlif vaxtlarda natamam edilən ödənişlərdən qalan qalıqlar). Əlavə olaraq, cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli pretenziya göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Bildirilmişdir ki, göründüyü kimi iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır. İşə məhkəmədə baxılan zaman İddiaçı MTK məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 15334,52 manat (on beş min üç yüz otuz dörd manat 52 qəpik) borcun, iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 136 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat haqqın tutularaq İddiaçı MTK-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən işə məhkəmədə baxılan zaman 1300 manat məbləğində ödəniş edilmişdir. Lakin buna baxmayaraq cavabdehin aylıq ödəməli olduğu kommunal xidmət haqları hər ay artmaqdadır ki, hazırda borcu iddia tələbində irəli sürülmüş borcdanda çoxdur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə və elektron kabinetinə yerləşdirilməklə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MTK ilə Cavabdeh arasında ünvan 1 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən binanın B bloku, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 970.7 kv.m. olan (637.8 kv.m. əmlakın daxili hissəsi, 332.9 kv.m. balkon) 1407 saylı mənzilin və binanın zirzəmisində 1-ci mərtəbəsində yerləşən 186, 187 nömrəli avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2011-ci il tarixli, PBR245 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) Şirkətə göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın hər kv.m. üçün hər ay 2 manat xidmət haqqı ödəyəcək. Həmin müqavilənin 4 saylı Əlavəsinin 6-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) avtomobil dayanacaq yerini satın almış olduqda, avtomobil dayanacaq haqqı hər sahəyə görə hər ay 10 manat təşkil edir. - İddiaçı MTK-nın 603 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 1407 saylı mənzil, 2 dayanacaq yerləri və kommunal borc üzrə qoşmada əlavə olunan borc cədvəlində göstərildiyi kimi 2024-cü ilin iyun ayı da daxil olmaqla kommunal borc ücün 77.56 AZN, mənzil və 2 dayanacaq verləri ücün xidmət haqqı isə 15.257.36 manat olmaqla, ümumi borc məbləği 15.334.52 manat təşkil edir. xx.xx.2011-ci il tarixli, PBR245 saylı alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən Cavabdeh 970.7 kv.m. mənzilin daxili 637.8 kv.m hissəsinin hər kvadrat metr üçün aylıq 2 manat xidmət haqqı (637.8 kv.m. x 2=1941.4 manat) və 332.9 kv.m. olan balkon hissəsinin hər kvadrat metri üçün isə aylıq 1 manat (332.9 kv.m. x 1=332.9 manat) və həmin Əlavənin 6cı bəndinə əsasən 2 dayanacaq yerinin hər biri üçün ayrılıqda aylıq 10 manat olmaqla (2 x 10= 20 manat), ümumilikdə mənzil, balkon və dayanacaq yeri üzrə aylıq 1.628,51 manat (1941.4+332.9+10+10=1.628,51 manat) xidmət haqqı məbləği ödənilməli idi. Borcun yaranma mənbəyinə gəldikdə, xx.xx.2023-cü il tarixə aylıq xidmət haqqı məbləğinin yarısının ödənilməsi səbəbindən qalıq 600.63 manat, oktyabr 2022 - yanvar 2023-cü il (600.63+4 ay x 1.628,51=7.114,04 manat), fevral, mart, aprel, may, iyun 2024-cü il həmçinin aylıq xidmət haqları ümumiyyətlə ödənilməmişdir (5x1.628,51=8.142,55 manat) Müxtəlif vaxtlardan isə kiçik məbləğlərdə kommunal borc ödənişləri yığılmışdır. Beləliklə, ümumilikdə kommunal, mənzil və dayanacaq yerlərinin xidmət haqları üzrə 15.334.52 manat məbləğdə borc yaranmışdır (7.114,04 manat + 8.142,55 manat + 77.56 manat = 15.334.52 manat (Əlavə olaraq müxtəlif vaxtlarda natamam edilən ödənişlərdən qalan qalıqlar). - İddiaçı MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən Cavabdeh İddiaçı MTK ilə bağlanılmış müqaviləyə əsasən 1407B nömrəli mənzil əldə etmişdir. Həmin müqaviləyə, o cümlədən, çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətlərə görə hər ay mənzilin və avtodayanacağın hər kv.m. üzrə 2 manat (iki manat) xidmət haqqı ödənilməlidir. Onun xx.xx.2024-cü il tarixinə olan ümumi xidmət haqqı və komunal borcu 15703,41 manat təşkil edir. Bu barədə ona xx.xx.2024-cü il tarixində bildiriş təqdim edilmişdir. Buna baxmayaraq, bu günə qədər borcun ödənilməsindən yayınıb. Yuxarıda qeyd olunanlara nəzərə alaraq, bu məktubu alındıqdan 10 (on) gün ərzində borcunun qoşmadakı bank hesab rekvizitlərinə ödəməyi xahiş olunmuşdur. Əks halda, müqavilənin və qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərindən məhkəməyə müraciət olunaraq xidmət haqqının ödənişi ondan məhkəmə qaydasında tələb olunacağı qeyd edilmişdir. Bildirilmişdir ki, məhkəmə qərarı əsasında borcunun ödənilməsinin təmin edilməsi üçün qanunvericiliyə uyğun olaraq zəruri məcburiyyət tədbirləri (borcun əmlaka yönləndirilməsi, bank hesablarına, əmlaklara həbs qoyulması, ölkədən çıxışa və girişə məhdudiyyət tətbiq olunması və s.) görülə bilər. Beləliklə, borcunun 10 gün müddətində ödənilmədiyi təqdirdə ona təchiz edilən isti suyun, bina tərəfindən ona təqdim edilən xidmətlərin, yəni giriş kartlarının (binadan istifadə üçün giriş kartı və parkinq üçün giriş kartı) bloklanması, idman kompleksindən və “leisure club” ərazisindən istifadə etməyi dayandırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarınında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Beləliklə, AR Mənzil Məcəlləsinin və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən binanın B bloku, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 970.7 kv.m. olan (637.8 kv.m. əmlakın daxili hissəsi, 332.9 kv.m. balkon) 1407 saylı mənzilin və binanın zirzəmisində 1-ci mərtəbəsində yerləşən 186, 187 nömrəli avtomobil dayanacağının alqı-satqısına dair İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli, PBR245 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) Şirkətə göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın hər kv.m. üçün hər ay 2 manat xidmət haqqı ödəyəcək. Həmin müqavilənin 4 saylı Əlavəsinin 6-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) avtomobil dayanacaq yerini satın almış olduqda, avtomobil dayanacaq haqqı hər sahəyə görə hər ay 10 manat təşkil edir. İddiaçı ilə Cavabdeh arasında çoxmənzilli binanın idarə edilməsi, çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmətlər göstərmək və işlər yerinə yetirmək, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməklə bağlı ödəniş etmə öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi 15334,52 manat (on beş min üç yüz otuz dörd manat doqsan iki qəpik) borc məbləğinin Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsi hissəsində, cavabdeh tərəfindən məhkəməgedişatı zamanı ödənilmiş 1300 manat məbləğində pul vəsaiti nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh ünvan 2 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən binanın B bloku, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 970.7 kv.m. olan (637.8 kv.m. əmlakın daxili hissəsi, 332.9 kv.m. balkon) 1407 saylı mənzil və binanın zirzəmisində 1-ci mərtəbəsində yerləşən 186, 187 nömrəli avtomobil dayanacaq ilə əlaqədar yaranmış 14034,52 (on dörd min otuz dörd manat 52 qəpik) manat məbləğində xidmət haqqı borcu tutularaq İddiaçı MTK-ya ödənilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin etirafedici izahatına əsasən, Cavabdeh tərəfindən işə məhkəmədə baxılan zaman mövcud borcundan 1300 (bir min üç yaz) manat İddiaçı MTK-nın hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesabına hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli vəkil orderinə əsasən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosu tərəfindən 0389 saylı müqaviləyə əsasən Vəkil hüquqi yardım göstərmək üçün İddiaçı MTK-ya vəkil təyin edilmişdir. Belə ki, sözü gedən müqavilə, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 300 (üç yüz) manatı Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilməlidir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14034,52 (on dörd min otuz dörd manat 52 qəpik) manat məbləğində pul vəsaiti və hüquqi xidmətə görə 300 (üç yüz) manattutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində dövlət rüsumunun 11,53 (on bir manat 53 qəpik) manatı iddiaçıya aid edilməli, qalan 124,47 (yüz iyirmi dörd manat 47 qəpik) manatı isə Cavabdeh İddiaçı MTK-nın xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14034,52 (on dörd min otuz dörd manat 52 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində dövlət rüsumunun 11,53 (on bir manat 53 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 124,47 (yüz iyirmi dörd manat 47 qəpik) manatı isə Cavabdeh İddiaçı MTK-nın xeyrinə tutulsun. Hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3749/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3749/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver