Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3751/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, çörək bişirən Gorenje, İzqara Delonghı, Tərəzı Beurer üçün 303.8 (üç yüz üç, səksən qəp) manat ödənilməmiş hissə, 30.2 (otuz, iyirmi qəp) manat cərimə; X1 üçün 171 (yüz yetmiş bir) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə; Huawei Qulaqlıq üçün 115 (yüz on beş) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə; ütü masası EUROGOLD, Ütü Braun üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; tozsoran SAMSUNG üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; Paltaryuyan HOFFMANN üçün 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; Blender Braun üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; X2 üçün 35 (otuz beş) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; ümumilikdə, 968 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 496.8 manata çörək bişirən Gorenje, İzqara Delonghi, Tərəzi Beureri nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 27.6 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 380 manata Soft Yumşaq mebelini nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 19 manat ödəmək şərti ilə 20 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 231.6 manata Huavei qulaqlığı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 19.3 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 360 manata ütü masası EUROGOLD, Ütü Braunu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 29 manat (ilkin ödəniş 12 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 342 manata tozsoran samsunqu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 19 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 605 manata paltaryuyan Hoffmann nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 55 manat ödəmək şərti ilə 11 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 260 manata blender Braunu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 14 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 135 manata X2ı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 9 manat ödəmək şərti ilə 15 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 1927.6 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 303 (üç yüz üç) manat 80 (səksən) qəpik əsas borc, 30 (otuz) manat 20 (iyirmi) qəpik cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 171 (bir yüz yetmiş bir) manat əsas borc, 17 (on yeddi) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 115 (bir yüz on beş) manat əsas borc, 11 (on bir) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 87 (səksən yeddi) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 76 (yetmiş altı) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 53 (əlli üç) manat əsas borc, 5 (beş) manat cərimə borcu; xx.xx.2019cu il tarixli müqaviləyə əsasən 42 (qırx iki) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 35 (otuz beş) manat əsas borc, 3 (üç) manat cərimə borcu; cəmi 968 (doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 303 (üç yüz üç) manat 80 (səksən) qəpik əsas borc, 30 (otuz) manat 20 (iyirmi) qəpik cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 171 (bir yüz yetmiş bir) manat əsas borc, 17 (on yeddi) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 115 (bir yüz on beş) manat əsas borc, 11 (on bir) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 87 (səksən yeddi) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 76 (yetmiş altı) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 53 (əlli üç) manat əsas borc, 5 (beş) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 42 (qırx iki) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 35 (otuz beş) manat əsas borc, 3 (üç) manat cərimə borcu; cəmi 968 (doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3751/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3751/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver