Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3759/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən. Toyota Tikiş maşını üçün 181.6 (yüz səksən bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 52.4 (əlli iki manat qırx qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG Tozsoran, X8, Manikür və pedikür dəsti, Kenwood Şirə çəkən, X7, Philips Üz qırxan üyün 719.8 (yeddi yüz on doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 216.2 (iki yüz on altı manat iyirmi qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LARA Mətbəxt dəsti, 3 ədəd X3, X4 üçün 591.4 (beş yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 180.6 (yüz səksən manat altmış qəpik) manat dəbbə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu, GORENJE İzqara, Mikser, Toster üçün 1814 (min səkkiz yüz on dörd) manat ödənilməmiş hissə. 552 (beş yiiz əlli iki) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Philips Ütü, HOFFMANN Mini soba, İMEİ kodu **********44734 olan X9 8 markalı telefon, SAMSUNG Plitə üçün 1141 (min yüz qırx bir) manat ödənilməmiş hissə, 352 (üç yüz əlli iki) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Toyota Tikiş maşını üçün 969 (doqquz yüz altmış doqquz) manat ödənilməmiş hissə, 291 (iki yüz doxsan bir) manat dəbbə; ümumilikdə 7061 manat borc, 90.61 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Toyota Tikiş maşını, SAMSUNG Tozsoran, X8, Manikür və pedikür dəsti, Kenwood Şirə çəkən, X7, Philips Üz qırxan, LARA Mətbəxt dəsti, 3 ədəd X3, X4, HOFFMANN Soyuducu, GORENJE İzqara, Mikser, Toster, Philips Ütü, HOFFMANN Mini soba, İMEİ kodu **********44734 olan X9 8 markalı telefon, SAMSUNG Plitə, Samsung LED TV, Toyota Tikiş maşını almış və nəticədə 7061 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315.6 manat (18 ay x 16.7 manat + 15 manat ilkin ödəniş) olan Toyota Tikiş maşını üçün ümumilikdə, 234 manat olmaqla ondan, 181.6 manat ödənilməmiş hissə, 52.4 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 970.8 manat (24 ay x 38.7 manat + 42 manat ilkin ödəniş) olan SAMSUNG Tozsoran, X8, Manikür və pedikür dəsti, Kenwood Şirə çəkən, X7, Philips Üz qırxan üçün ümumilikdə, 936 manat olmaqla ondan, 719.8 manat ödənilməmiş hissə, 216.2 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 752.4 manat (24 ay x 30.1 manat + 30 manat ilkin ödəniş) olan LARA Mətbəxt dəsti, 3 ədəd X3, X4 üçün ümumilikdə, 772 manat olmaqla ondan, 591.4 manat ödənilməmiş hissə, 180.6 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2453.2 manat (24 ay x 97.8 manat + 106 manat ilkin ödəniş) olan HOFFMANN Soyuducu, GORENJE İzqara, Mikser, Toster üçün ümumilikdə, 2366 manat olmaqla ondan, 1814 manat ödənilməmiş hissə, 552 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1614 manat (18 ay x 84 manat + 102 manat ilkin ödəniş) olan Philips Ütü, HOFFMANN Mini soba, İMEİ kodu **********44734 olan X9 8 markalı telefon, SAMSUNG Plitə üçün ümumilikdə, 1493 manat olmaqla ondan, 1141 manat ödənilməmiş hissə, 352 manat dəbbə” cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1839 manat (18 ay x 97 manat + 93 manat ilkin ödəniş) olan Samsung LED TV, Toyota Tikiş maşını üçün ümumilikdə, 1260 manat olmaqla ondan, 969 manat ödənilməmiş hissə, 291 manat dəbbə; cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Toyota Tikiş maşınından xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 315.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə cəmi ödədiyi məbləğ 554.4 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 315.6 manat, digər 5 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1658.2 təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında sözügedən əşyaları İddiaçı MMC-dən aldığını, lakin müqavilə üzrə ödənişləri maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini bildirdi. Məhkəmədən müqavilələr üzrə hesablanmış cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 20215762 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 315.6 manat (18 ay x 16.7 manat + 15 manat ilkin ödəniş) dəyərində əşyanı (Toyota Tikiş maşını) hər ay 16.7 manat olmaqla 18 ay müddətində ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 16.7 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 20212173 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 1839 manat (18 ay x 97 manat + 93 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung LED TV, Toyota Tikiş maşını) hər ay 97 manat olmaqla 18 ay müddətində ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 97 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 20220502 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 1614 manat (18 ay x 84 manat + 102 manat ilkin ödəniş) dəyərində əşyanı (Philips Ütü, HOFFMANN Mini soba, İMEİ kodu **********44734 olan X9 8 markalı telefon, SAMSUNG Plitə) hər ay 84 manat olmaqla 18 ay müddətində ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 84 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 20232049 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2453.2 manat (24 ay x 97.8 manat + 106 manat ilkin ödəniş) dəyərində əşyanı (HOFFMANN Soyuducu, GORENJE İzqara, Mikser, Toster) hər ay 97.8 manat olmaqla 24 ay müddətində ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində hər ay 97.8 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 20255448 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 752.4 manat (24 ay x 30.1 manat + 30 manat ilkin ödəniş) dəyərində əşyanı (LARA Mətbəxt dəsti, 3 ədəd X3, X4) hər ay 30.1 manat olmaqla 24 ay müddətində ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində hər ay 30.1 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 20244474 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 970.8 manat (24 ay x 38.7 manat + 42 manat ilkin ödəniş) dəyərində əşyanı (SAMSUNG Tozsoran, X8, Manikür və pedikür dəsti, Kenwood Şirə çəkən, X7, Philips Üz qırxan) hər ay 38.7 manat olmaqla 24 ay müddətində ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində hər ay 38.7 manat ödəniş edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixli, 20215762 nömrəli alqı-satqı müqaviləsi üzrə Toyota Tikiş maşını tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixli, 20212173 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung LED TV, Toyota Tikiş maşını tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixli, 20220502 nömrəli alqı-satqı müqaviləsi üzrə Philips Ütü, HOFFMANN Mini soba, İMEİ kodu **********44734 olan X9 8 markalı telefon, SAMSUNG Plitə tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixli, 20232049 nömrəli alqı-satqı müqaviləsi üzrə HOFFMANN Soyuducu, GORENJE İzqara, Mikser, Toster tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixli, 20255448 nömrəli alqı-satqı müqaviləsi üzrə LARA Mətbəxt dəsti, 3 ədəd X3, X4 tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixli, 20244474 nömrəli alqı-satqı müqaviləsi üzrə SAMSUNG Tozsoran, X8, Manikür və pedikür dəsti, Kenwood Şirə çəkən, X7, Philips Üz qırxan tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 90,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli X6 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 181.6 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 52.4 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 134 manat olmuşdur, ödənilməmiş məbləğ isə 181.6 manat, dəbbə pulu 52.4 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 719.8 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 216.2 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 251 manat olmuşdur, ödənilməmiş məbləğ isə 719.8 manat, dəbbə pulu 216.2 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 591.4 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 180.6 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 161 manat olmuşdur, ödənilməmiş məbləğ isə 591.4 manat, dəbbə pulu 180.6 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1814 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 552 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 639.2 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1814 manat, dəbbə pulu 552 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1141 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 352 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 473 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1141 manat, dəbbə pulu 352 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 969 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 291 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 870 manat olmuşdur, ödənilməmiş məbləğ isə 969 manat, dəbbə pulu 291 manat olmaqla, ümumilikdə Cavabdeh 7061 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqısatqısı müqavilələri bağlanmışdır. Müqavilələr üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 52.4 manat cərimənin, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 216.2 manat cərimənin, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 180.6 manat cərimənin, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 552 manat cərimənin, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 352 manat cərimənin, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 291 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 30 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 25 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 80 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 60 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 50 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20215762 nömrəli müqavilə üzrə 181.6 manat borc və 10 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20244474 nömrəli müqavilə üzrə 216.2 manat borc və 30 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20255448 nömrəli müqavilə üzrə 591.4 manat borc və 25 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20232049 nömrəli müqavilə üzrə 1814 manat borc və 80 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20220502 nömrəli müqavilə üzrə 1141 manat borc və 60 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20212173 nömrəli müqavilə üzrə 969 manat borc və 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 5671.80 (beş min altı yüz yetmiş bir manat səksən qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 90,61 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20215762 nömrəli müqavilə üzrə 181,6 (bir yüz səksən bir manat altmış qəpik) manat borc və 10 (on) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20244474 nömrəli müqavilə üzrə 719,8 (yeddi yüz on doqquz manat səksən qəpik) manat borc və 30 (otuz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20255448 nömrəli müqavilə üzrə 591,4 (beş yüz doxsan bir manat qırx qəpik) manat borc və 25 (iyirmi beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20232049 nömrəli müqavilə üzrə 1814 (bir min səkkiz yüz on dörd) manat borc və 80 (səksən) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20220502 nömrəli müqavilə üzrə 1141 (bir min yüz qırx bir) manat borc və 60 (altmış) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20212173 nömrəli müqavilə üzrə 969 (doqquz yüz altmış doqquz) manat borc və 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 5671,80 (beş min altı yüz yetmiş bir manat səksən qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90,61 (doxsan manat altmış bir qəpik) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3759/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3759/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver